
Gürcüstanın hakim “Gürcü Arzusu” və “Xalqın Gücü” partiyaları parlament seçkilərində vahid siyahı ilə iştirak edəcək.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze partiyanın seçki kampaniyasının və yeni mərkəzi ofisinin açılışında bildirib.
Onun sözlərinə görə, "Xalqın Gücü" ictimai hərəkat olaraq 2022-ci ildə "Gürcü Arzusu"nun deputatları tərəfindən yaradılıb.
2024-cü ilin mart ayında “Xalqın Gücü” hərəkatı partiyaya çevrilərək parlament seçkilərində iştirak etmək planlarını açıqlayıb. O, ABŞ və digər Qərb tərəfdaşlarını tənqid etməkdə tanınır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.