
Moskva birjası açılanda Rusiya valyutasının kursu hətta "dib"ə də çata bilər...
Artıq səhər alqı-satqısının başlandığı Tokio birjasında rubl əvvəlcə 30%, sonra isə 40% kəskin ucuzlaşıb.
Avesta bu haqda Belarusun "MoyBY" nəşrinə istinadla xəbər verir.
Rusiyanın valyutadəyişmə məntəqələrində bazar günü, fevralın 27-də dolların məzənnəsi 100-190 rubl arasındadır. Rusiya Federasiyası Mərkəzi Bankının rəsmi məzənnəsi isə bir dollar üçün 83,5 rubl təşkil edir.
Maliyyəçilər istisna etmirlər ki, fevralın 28-də hərracların açılışında rublun 1 dollar üçün 300-ə çatacaq.
Qeyd edək ki, Rusiya Bankı Moskva birjasının valyuta və pul bazarlarında alqı-satqıya Moskva vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 11:00) başlamağı qərara alıb.