
Ermənilərin törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Fərid Quliyev dəfn olunub.
"Report" xəbər verir ki, şəhidin nəşi Qaradağ rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rayon rəsmiləri, hərbçilər, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ermənilərin törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Fərid Quliyevlə vida mərasimi başlayıb.
"Report" xəbər verir ki, şəhidin nəşi Qaradağ rayonunun Lökbatan qəsəbəsinə gətirilib.
Şəhidlə qəsəbədə yaşadığı evində vida mərasimi keçirilir.
Vida mərasimindən sonra şəhidin nəşi Qaradağ rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.