
Bu gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov komitənin Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Mazımqara” gömrük postunda olub.
Bu barədə “Report"a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, postda mövcud infrastrukturun vəziyyəti ilə tanış olan Ş. Bağırov xidmət səviyyəsinin yüksəldilməsi, beynəlxalq tranzitin sürətləndirilməsinə dəstək verən tədbirlərin həyata keçirilməsi, sərhədkeçmə proseslərində yubanmalara yol verilməməsi, gömrük nəzarətinin səmərəli şəkildə reallaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.