16-09-2022, 21:00 808

Şuşada Türk Biznes Forumu keçirilib - YENİLƏNİB

Sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçirilib. Forum İqtisadiyyat Nazirliyinin, Türk Dövlətləri Təşkilatının, Türk Ticarət və Sənaye Palatasının dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə Türk Dövlətləri Təşkilatının daimi üzvlərinin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak ediblər.

Forumun məqsədi Türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunmasıdır.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Forumda kənd təsərrüfatı naziri İnam Kərimov, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Türk Ticarət və Sənaye Palatasının və Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti M.Rifat Hisarcıklıoğlu, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qırğızıstanın Ticarət və Sənaye Palatası Şurasının sədri Kubaniçbek Kasımalıyev, Özbəkistan Ticarət və Sənaye Palatası sədrinin müavini Farhodjon Toşpulatov Türk dövlətləri arasında iqtisadi-ticarət və investisiya əməkdaşlığına, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafında Türkdilli ölkələrin biznes qurumlarının iştirakına, bu sahədə əməkdaşlıq imkanlarına və dövlət-özəl sektor tərəfdaşlığına dair fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində keçirilmiş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda investisiya imkanları” mövzusunda xüsusi ssesiyada Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev çıxış ediblər.

Tədbirdə “yaşıl” infrastruktur, kənd təsərrüfatı, qida, bərpa olunan enerji, tekstil, turizm, mədən sənayesi, İKT sektorları üzrə ikitərəfli görüşlər keçirilib.

Forum çərçivəsində Qırğızıstan Respublikasının Ticarət və Sənaye Palatası Şurası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Azərbaycan-Qırğızıstan Biznes Şurasının yaradılması haqqında Saziş imzalanıb, Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında birgə tədbirlərin həyata keçirilməsinə dair Yol Xəritəsi təsdiq olunub. Həmçinin, “Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası” İctimai Birliyi və Türkiyənin “Kut Ticarət və Marketinq Məhdud Şirkəti”, “Bakı Tekstil Fabriki” MMC və Türkiyənin “İnmak Şirkətlər Qrupu” arasında anlaşma memorandumları imzalanıb.

Forum iştiraçıları həmçinin, Şuşa Qalasında, Cıdır Düzündə, Vaqifin muzey-məqbərə kompleksində olub, Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal zamanı güllələnmiş büstləri ilə tanış olublar.

10:51

Bu gün Şuşada işğaldan azad edilmiş ərazilərin bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumu keçirilir.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, forum Türk Dövlətləri Təşkilatının, Türk Ticarət və Sənaye Palatasının, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, eləcə də Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatının 4 daimi üzvü (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak edirlər. Forumun məqsədi türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunmasıdır.

Forumda rəsmi şəxslərin çıxışları, ikitərəfli görüşlər, "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya imkanları” mövzusunda xüsusi sessiyanın keçirilməsi nəzərdə tutulur.

Paylaş

Xəbər lenti

İran ABŞ və İsrailə qarşı daha dağıdıcı əməliyyat planı hazırladığını açıqlayıb Bu gün, 13:48 Türkiyə millisinin müvəqqəti baş məşqçisi müəyyənləşdi Bu gün, 13:48 Almaniyada türkiyəli narkobaron silahlı şəxslərin köməyi ilə həbsdən qaçıb Bu gün, 13:48 Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb Bu gün, 12:48 Qırğızıstanda TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək Bu gün, 12:48 Litvada dron təhlükəsi ilə bağlı qırmızı hava həyəcanı elan edilib Bu gün, 12:48 Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb: İki nəfər ölüb Bu gün, 12:48 Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil Bu gün, 12:48 Türkiyə Azərbaycana Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ünvanlayıb Bu gün, 12:48 Şouları ilə dünyaya səs salan azərbaycanlı qardaşlar: "Biz hələ də məşq edirik" Bu gün, 12:48 Holann Premyer Liqa tarixində yeni rekorda imza atıb Bu gün, 12:48 Zelenskidən sonra Ukrayna prezidentinin səlahiyyətlərini yalnız parlament sədri icra edə bilər Bu gün, 12:48 Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı Bu gün, 12:48 "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu Bu gün, 12:48 Papa XIV Leo ağciyərindəki şişlə bağlı əməliyyatdan sonra xəstəxanadan evə buraxılıb Bu gün, 10:48 BƏƏ-yə məxsus yedək gəmisinə mərmi atılıb, yaralı var Bu gün, 10:48 Polşada hava məkanının pozulması ehtimalı araşdırılır Bu gün, 10:48 Antalyadan Moskvaya uçan təyyarə Sankt-Peterburqa yönləndirilib Bu gün, 10:48 Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb Bu gün, 10:48 Kanadada hərbi bazada partlayış: Ölən və yaralananlar var Bu gün, 10:48 İnter Mayami səfərdə Atlanta Yunayted üzərində qələbə qazanıb Bu gün, 10:48 Kürdəmirdə qatar yoluna çıxan kişi öldü - ADY-dən açıqlama Bu gün, 10:48 "Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb Bu gün, 09:48 Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım Bu gün, 09:48 Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq Bu gün, 09:48 Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürülüb Bu gün, 09:48 Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür Bu gün, 09:48 U-23 dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi medal qazanıb Bu gün, 09:48 Tramp: İranla müharibə bitəndən sonra benzinin qiyməti düşəcək Bu gün, 09:48 Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib Bu gün, 00:48 Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur" Bu gün, 00:48 Fransada etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib Bu gün, 00:48 Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür Bu gün, 00:48 Sudan ordusu Çevik Hərəkət Qüvvələrinin onlarla döyüşçüsünün öldürüldüyünü açıqlayıb Dünən, 23:48 Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar" Dünən, 23:48 Qurban Qurbanov: "Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır" Dünən, 23:48 Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb Dünən, 23:48 Azərbaycanda quş əti və yumurta istehsalı kəskin artıb Dünən, 22:48 İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır Dünən, 22:48 Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb Dünən, 22:48 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü Dünən, 21:48 "Qarabağ"dan dramatik qurtuluş: "Neftçi" qələbəni əldən verdi Dünən, 21:48 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir Dünən, 21:48 Anthropic: Süni intellekt ABŞ iqtisadiyyatını 2030-cu ilədək 44 trilyon dollara çatdıra bilər Dünən, 21:48 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb Dünən, 21:48 Qərbi Azərbaycan həqiqətləri: Ağudi kəndinin tarixi və demoqrafiyası Dünən, 20:48 Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır Dünən, 20:48 "Qarabağ"ın işi çətinləşdi: "Neftçi" hesabı artırdı Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR