
Fransanın "Marsel" klubunun futbolçusu Samuel Jiqo karyerasını İtaliya təmsilçisi "Latsio"da davam etdirəcək.
"AVESTA.AZ" "Relevo"ya istinadən xəbər verir ki, hər iki klub transferlə bağlı razılığa gəlib.
Keçidin baş tutması üçün Roma təmsilçisi futbolçu ilə müqavilə şərtlərini razılşadırmalıdır.
Qeyd edək ki, S.Jiqo 2022-ci ildən formasını geyindiyi "Marsel"in heyətində meydana çıxdığı 66 matçda 5 qol vurub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.