
Cəlilabad rayonunda evdə yanğın başlayıb.
"AVESTA.AZ"un Muğan bürosunun məlumatına görə, hadisə Azərbaycan küçəsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.
Məlumata görə, yanğın zamanı iki azyaşlı uşaq evdə qalıb.
Hazırda onların xilas olunması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.