
Almaniya Bundesliqasının 2022/2023 mövsümünün VII turu çərçivəsində Mönhenqladbax "Borussiya"sı "RB Leypsiq"i qəbul edib.
"Report"un məlumatına görə, "Borussiya-Park" stadionunda keçirilən görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Meydan sahiblərinin yarımmüdafiəçisi Yonas Hoffman dubl edib – o, qolları 10 və 35-ci dəqiqələrdə fərqlənib. Üçüncü – sonuncu qolu əlcəzairli müdafiəçi Rami Bensebaini rəqibin qapısından keçirib.
Beləliklə, Almaniya çempionatında keçirilən yeddi oyundan sonra “Qladbax” 12 xal (hazırda turnir cədvəlində yeddinci yerdə), "RB Leypsiq" isə 8 xal (12-ci yer) toplayıb. Bundesliqada milli komandaların oyunlarında fasilədən sonra "Borussiya" "Verder"lə, "Leypsiq" isə "Bohum"la qarşılaşacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.