
Gədəbəy rayonunda atdan yığılan 21 yaşlı gənc aldığı xəsarətdən ölüb.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun "Mal bazarı" adlanan ərazisində olub.
Gədəbəy rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Abbasov at üzərində hərəkətdə olan zaman at hürkərək özünü yaxınlıqdan keçən "VAZ-21021" markalı avtomobilə çırpıb.
Bu zaman E.Abassov atdan yıxılaraq ağır xəsarət alıb və hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.