12-09-2024, 18:54 592

USAID-in Ermənistana dəstəyi Rusiyanı bölgədən uzaqlaşdırmağa hesablanıb - RƏY

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana ciddi maliyyə dəstəyi göz önündədir.

Bunu “Report”a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

“Şübhə yoxdur ki, bu, məhz İrəvanın Moskvadan uzaqlaşması və onun siyasi, iqtisadi, hərbi nəzarətindən çıxarılması məqsədi ilə edilir. Bu, həmçinin idarəçilik və iqtisadi islahatları təşviq edən Avropa İttifaqını (Aİ) Ermənistanla Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinə (CEPA) uyğun gəlir”, - ekspert vurğulayıb.

Politoloq hesab edir ki, bu məsələdə diqqət çəkən nüans yardımların uzun müddətli və hissə-hissə verilməsidir:

“USAID-in Ermənistana beşillik yardım paketini iki dəfədən çox artıraraq, 120 milyon dollardan 250 milyon dollara çatdırması barədə məlumat heç də təəccüblü qarşılanmadı. Çünki Ermənistana yardımlar edilməsi barədə yardım Avropa İttifaqının da müxtəlif maliyyə qurumları tərəfindən məlumatlar daxil olmuşdu. Diqqəti çəkən məqam isə edilən yardımların uzun müddətli və hissə-hissə verilməsidir. Yəni hər iki tərəfdən Ermənistana müəyyən miqdarda yardım edilir və əvəzində onun Rusiyaya qarşı tələb olunan addımı atması gözlənilir. Əgər Ermənistan maliyyə təqdim edən tərəfin Rusiya ilə bağlı tələbini yerinə yetirirsə, növbəti il yeni yardım paketi təqdim olunur. Əksinə, əgər Ermənistan Rusiyaya qarşı tələb olunan addımı atmırsa, nəzərdə tutulan və hətta ayrılan yardımlar bu və ya digər səbəblər gətirilərək dayandırılır”.

Politoloqun sözlərinə görə, ayrılan vəsaitin ilk tranşı Ermənistanın Rusiya sərhədçilərini “Zvartnots” hava limanından çıxarılması qarşısında alacağı mükafatdır.

“Hazırda həm Avropa İttifaqı, həm də ABŞ tərəfindən Ermənistana ayrılan vəsaitin ilk tranşı ya verilib, ya da verilmək ərəfəsindədir. Bu, Ermənistanın Rusiya sərhədçilərini “Zvartnots” hava limanından çıxarılması qarşısında ona çatacaq mükafatdır. Növbəti il üçün isə İrəvanın qarşısında Rusiyaya qarşı atacağı yeni addımlar durur. Bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı onun qəbul edəcəyi qərar ola bilər. Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə, Ermənistan-İran sərhədindən çıxarılması məsələsi də gündəmdədir. Elə məhz buna görə də Ermənistan parlamentinin spikeri Alen Simonyan iki gün əvvəl Ermənistan-Türkiyə, Ermənistan-İran sərhədindəki rus sərhədçiləri barədə məsələnin gündəliyə gətirilməsinə çalışdı”, - o əlavə edib.

Ə.İbrahimov hesab edir ki, Ermənistan KTMT ilə bağlı son qərarı qəbul edə bilməyəcək:

“Rusiya tərəfindən Ermənistana çatdırılan mesajlara əsasən mülahizə yürütmək olar ki, Ermənistanın Rusiyaya qarşı manevr imkanları artıq tükənib. O nə Rusiya sərhədçilərini qeyd olunan sərhədlərdən çıxara biləcək, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı son qərarı qəbul edəcək. Onun Rusiyaya qarşı ata biləcəyi digər addım varmı? Düşünürəm ki, Rusiya Ermənistanın bundan sonra edəcəyi bütün hərəkətləri cavablandıracaq. Deməli, Ermənistanın Qərb və ABŞ-dəki maliyyə dəstəkçilərindən növbəti tranşı almaq şansı aradan qalxır”.

Politoloq onu da bildirib ki, nəticə etibarı ilə USAID-in Ermənistana dəstəyi guya sosial-iqtisadi dayanıqlılığı gücləndirmək, ticarətin şaxələndirilməsini dəstəkləmək və keçmiş Qarabağ münaqişəsindən sonra məcburi köçkünlərə kömək etmək məqsədi daşısa da, əslində ABŞ Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqla yanaşı, Ermənistandakı revanşist qüvvələri qızışdırmağa çalışır.

Paylaş

Xəbər lenti

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur Bu gün, 07:48 İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb Bu gün, 00:48 İsraildə İran kəşfiyyatına məlumat ötürməkdə şübhəli bilinən şəxs tutuldu Dünən, 23:48 Süni intellekt bumunda gözlənilməz geriləmə: Şirkətlər 4,2 trilyon dollar itirdi Dünən, 23:48 İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək Dünən, 22:48 Yeni tibb fakültələri açılır: Həkim çatışmazlığı aradan qalxacaq? Dünən, 22:48 Gəncədə binada köməksiz qalan uşaq xilas edildi Dünən, 22:48 Kür çayında suyun səviyyəsi xeyli artıb Dünən, 21:48 Husilər strateji boğazda nəzarəti ələ keçirdi: Yəmən ordusu geri çəkildi Dünən, 21:48 Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb Dünən, 21:48 Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb Dünən, 20:48 Bakıda torpaq sürüşməsi: Hasarlar arasındakı məsafə üç metrə çatdı Dünən, 20:48 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur" Dünən, 20:48 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" Dünən, 20:48 Miri Yusif "ağsaqqal" sözünə təəccübləndi Dünən, 20:48 Marketlərdə satılan doğranmış meyvələrlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Azərbaycanda xəstəxananın şöbə müdiri infarktdan öldü Dünən, 19:48 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub Dünən, 19:48 Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın Dünən, 19:48 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib Dünən, 19:48 Sabah Bakıda bu ərazilərdə su olmayacaq Dünən, 18:48 Ağstafada sursat partlayıb: 1 nəfər həlak olub, daha biri xəsarət alıb Dünən, 18:48 Padel üzrə Respublika Kuboku yekunlaşdı! Dünən, 18:48 "Sən gəlməz oldun" ailəyə 1 milyon dollar qazandırıb" Dünən, 18:48 Milli Qəhrəmanla vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı Dünən, 18:48 Bakıda və Abşeronda küləyin sürəti 27 m/s-ə çatıb Dünən, 18:48 Cüdo üzrə Bakı çempionatına yekun vurulub Dünən, 18:48 Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb Dünən, 17:48 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi Dünən, 17:48 Azərbaycanda dəhşətli hadisə: İki nəfər minaya düşdü Dünən, 17:48 Şamaxıda doqquz ton meyvə ətrafa dağıldı, YOL BAĞLANDI Dünən, 17:48 Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıldı Dünən, 17:48 Dörd ay davam edəcək - Noyabr, dekabr, yanvar və fevral Dünən, 16:48 Sürücülərə XƏBƏRDARLIQ - Yollarda görünüş 500 metrədək məhdudlaşacaq Dünən, 16:48 Yataqxanada meyiti tapılan Elviranın müəmmalı ölümü ilə bağlı AÇIQLAMA Dünən, 16:48 Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib Dünən, 16:48 Əməkdar artist Arif Mirzəyev DƏFN EDİLDİ Dünən, 16:48 SpaceX tarixə düşdü: Kosmik gəmi havada mexaniki qollarla tutuldu Dünən, 15:48 Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb Dünən, 15:48 Can Yamanın son görünüşü müzakirələrə səbəb olub Dünən, 15:48 Təyyarənin qaçırılacağı iddiası Moskvaya uçuşu iki saat gecikdirdi Dünən, 14:48 Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu Dünən, 14:48 İran Trampı PUA hücumu ilə hədəfə almağı planlaşdırır Dünən, 14:48 Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq Dünən, 14:48 Çin Nvidia-nın keçmiş rəhbərini kəşfiyyat hədəfinə çevirib? – WSJ-dən iddia Dünən, 14:48 Makron: Ukrayna NATO-da tamhüquqlu yerini tutmalıdır Dünən, 13:48 Portuqaliya millisindən Ronaldoya xüsusi JEST Dünən, 13:48 Sabah bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR