
Qax rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un məlumatına görə, sürücü, 1989-cu il təvəllüdlü Kamalov Kamal Əlyar oğlu rayonun mərkəzi hissəsində avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil daş hasara çırpılıb.
Ağır xəsarətlər alan yaralı əvvəlcə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona boyun fəqərisinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.