
Xəbər verildiyi kimi, bu gün Bakı vaxtı ilə səhər saat 6-7 radələrində ABŞ prezidenti Co Bayden ABŞ Konqresi qarşısında ənənəvi illik çıxışında "Dövlətin vəziyyəti" nitqi ilə çıxış edib.
Avesta.az bu haqda Ukrayna mediasına istinadla xəbər verir.
Baydenin dedikləri... - Əsas tezislər:
Putin Ukraynanı ələ keçirəcəyini və dünyanın razılaşacağını düşünürdü, amma Ukrayna xalqı ilə üz-üzə gəldi...
ABŞ Ukrayna xalqı ilə çiyin-çiyinə dayanacaq: “Biz tarixin dərslərini bilirik: diktator dayandırılmasa, o, irəli gedir”, - Bayden deyib.
ABŞ bütün Rusiya uçuşları üçün hava məkanını bağlayır...
ABŞ qoşunları Ukraynada döyüşməyəcək. Lakin onlar əllərində olan hər vasitə ilə NATO ərazisinin hər qarışını müdafiə edəcəklər...
Rusiya fond bazarı sanksiyalar nəticəsində kapitallaşmanın 40%-ni itirib və buna görə də Putin məsuliyyət daşıyır...
“Müttəfiqlərimizlə birlikdə biz güclü iqtisadi sanksiyalara əl atırıq, Putinin hərbi fondunu tamamilə mənasız edirik”, - Bayden əlavə edib.
ABŞ Ədliyyə Nazirliyi rusiyalı oliqarxların cinayətlərini araşdırmaq üçün xüsusi qrup yaradacaq...
Putin başda olmaqla Rusiyalı oliqarxların xaricdəki mənzilləri, yaxtaları, hesabları müsadirə olunacaq...
Putin heç vaxt dünyadan bu qədər təcrid olmamışdı və bundan sonra onu nə gözlədiyini hələ bilmir...
Bayden bu qarşıdurmanın Rusiya Federasiyası prezidentinin məğlubiyyəti ilə yekunlaşacağını proqnozlaşdırır:
“Sonradan tarixə yazacaqlar ki, Putin Rusiyanı zəiflədib..."