
Bakının Sabunçu rayonunda 17 yaşlı gənc qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
"AVESTA.AZ"un məlumatına görə, Zabrat-Maştağa avtomobil yolunda 2005-ci il təvəllüdlü Nağızadə Gülzar Nizami qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.