8-10-2024, 12:40 428

NATO Cənubi Qafqaza girməyə can atır: Ermənistan poliqona çevrilir - ŞƏRH

Ermənistanla NATO arasında əlaqələr son illər yeni mərhələyə daxil olub. Bu, təxminən 2018-ci ildən, yəni Ermənistanda baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonrakı dövrə təsadüf edir. Belə ki, qərbyönümlü siyasətçi olan N.Paşinyandan özlərinin maraqları naminə istifadə edən böyük güclər oyunlarını davam etdirməkdədirlər.

Məlum olduğu kimi, NATO və Rusiya bir çox regionlarda, o cümlədən Cənubi Qafqazda opponentdirlər. İki böyük güc təsir imkanları uğrunda mübarizə aparırlar. Belə demək mümkünsə, birinin dediyi digərinin boğazından keçmir.

NATO və onun əsas üzvlərindən biri olan ABŞ bölgəyə girmək üçün Cənubi Qafqazın ən zəif bəndi olan Ermənistandan istifadə etməyə davam edir. Bu, Vaşinqtonun İrəvanla ikitərəfli münasibətlərində də hiss olunur.

Ermənistan və NATO arasında ikitərəfli əlaqələrin inkişafı, həmçinin rəsmi İrəvanın Alyans təlimlərində iştirak etməsi onu deməyə əsas verir ki, ABŞ və onun bir çox müttəfiqi Cənubi Qafqaza soxulmaqda israrlıdır.

Oktyabrın 2-dən 5-dək NATO Beynəlxalq Hərbi Qərargahının baş direktoru, general-leytenant Yanuş Adamçak Ermənistanda səfərdə olub.

Bu barədə qurumun rəsmi saytında məlumat paylaşılıb.

Bildirilib ki, İrəvanda olarkən Yanuş Adamçak hərbi rəhbərlər və yüksək vəzifəli şəxslərlə görüşüb. Onların müzakirələrinə hərbi əməkdaşlıq, müdafiə islahatları və regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi daxil olub.

“Biz Ermənistanın son iki ildə NATO ilə əməkdaşlıq səviyyəsini yüksəltməsini alqışlayırıq. Bura Kosovodakı KFOR missiyamıza əlavə qoşun töhfələri də daxildir”, - deyə Yanuş Adamçak bildirib.

O, Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi general-leytenant Edvard Asryan ilə görüşündə NATO-nun Ermənistanla tərəfdaşlığı inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.

Ən diqqətçəkən məqam Y.Adamçakın NATO-nun Ermənistanla tərəfdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirməsidir. Yəqin ki, belə də olacaq.
Aydın görünür ki, Ermənistan NATO ilə yaxınlaşdıqca Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşır. Bu proses paralel davam edir. Bu, Alyansın Ermənistanla yaxınlaşmasının səbəblərini bir daha izah edir. Məsələ burasındadır ki, Ermənistan bir dövlət kimi NATO üçün o qədər də əhəmiyyətli deyil. Ermənistanın imkanları NATO müttəfiqləri ilə müqayisədə çox azdır. Yəni Ermənistan hər nə qədər belə düşünsə də, yaxud belə rəy yaratmağa cəhd etsə də, əslində Alyansın diqqətini çəkən heç bir halda onun hərbi potensialı deyil. Sadəcə olaraq NATO özünün siyasi ambisiyaları naminə rəsmi İrəvandan istifadə edir. ABŞ və müttəfiqləri bununla nəyə nail olmaq istəyir?

Birincisi, regiondakı təsir imkanlarını gücləndirmək.

İkincisi, Rusiyanın Cənubi Qafqazdakı “rıçaqlarını” zəiflətmək.

Üçüncüsü, Ermənistanı özündən asılı vəziyyətə salmaqla gələcək “sifarişlərin” “icraçısını” müəyyənləşdirmək.

Üstəgəl, onu da nəzərə almaq lazımdır ki, NATO-nun əsas müttəfiqi olan ABŞ bu gün dünyanın fərqli regionlarında gərginlik yaradır. Məqsəd aydındır: silah biznesini təmin etmək. Bu, Cənubi Qafqaz üçün də istisna deyil. Bəzi NATO dövlətləri Ermənistanı təhrik etməklə regionda yeni gərginlik yaratmaqda və ardınca bu dövlətə silah satmaqda maraqlıdır.

Yada salmaq yerinə düşər ki, Şərqi Avropada müharibənin başlanma səbəbi NATO-nun şərqə doğru genişlənmə cəhdləri olub. Rusiya bu cəhdlərə cavab olaraq Ukraynaya müdaxilə etdi. İndi isə Alyans Ermənistan vasitəsilə Cənubi Qafqaza girməyə çalışır. Bu, Rusiyanın maraqlarına uyğun deyil. Deməli, perspektivdə Cənubi Qafqazda Şərqi Avropa ssenarisinin təkrarlanması və davam edən təhriklərin məntiqi nəticəsi olaraq Ermənistanın Qərblə Rusiya arasında hərbi poliqona çevrilməsi mümkündür. Əlbəttə, bu, rəsmi İrəvan üçün arzuolunmaz ssenaridir.

Onu da deyək ki, NATO-nun davam edən cəhdləri Rusiya ilə münasibətləri daha da gərginləşdirməklə yanaşı, həm də Alyans daxilində fikir ayrılığını gücləndirə bilər. Bu, xüsusilə Türkiyə-ABŞ ikitərəfli münasibətlərində müşahidə edilə bilər. Çünki rəsmi Ankara Vaşinqtonun qurduğu oyunda iştirakçı olmaq istəmir. Türkiyə ABŞ-dan fərqli olaraq bölgədə gərginlikdə yox, sabitlikdə maraqlıdır. Beləliklə, oyun davam edir...

Paylaş

Xəbər lenti

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur Bu gün, 07:48 İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb Bu gün, 00:48 İsraildə İran kəşfiyyatına məlumat ötürməkdə şübhəli bilinən şəxs tutuldu Dünən, 23:48 Süni intellekt bumunda gözlənilməz geriləmə: Şirkətlər 4,2 trilyon dollar itirdi Dünən, 23:48 İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək Dünən, 22:48 Yeni tibb fakültələri açılır: Həkim çatışmazlığı aradan qalxacaq? Dünən, 22:48 Gəncədə binada köməksiz qalan uşaq xilas edildi Dünən, 22:48 Kür çayında suyun səviyyəsi xeyli artıb Dünən, 21:48 Husilər strateji boğazda nəzarəti ələ keçirdi: Yəmən ordusu geri çəkildi Dünən, 21:48 Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb Dünən, 21:48 Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb Dünən, 20:48 Bakıda torpaq sürüşməsi: Hasarlar arasındakı məsafə üç metrə çatdı Dünən, 20:48 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur" Dünən, 20:48 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" Dünən, 20:48 Miri Yusif "ağsaqqal" sözünə təəccübləndi Dünən, 20:48 Marketlərdə satılan doğranmış meyvələrlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Azərbaycanda xəstəxananın şöbə müdiri infarktdan öldü Dünən, 19:48 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub Dünən, 19:48 Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın Dünən, 19:48 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib Dünən, 19:48 Sabah Bakıda bu ərazilərdə su olmayacaq Dünən, 18:48 Ağstafada sursat partlayıb: 1 nəfər həlak olub, daha biri xəsarət alıb Dünən, 18:48 Padel üzrə Respublika Kuboku yekunlaşdı! Dünən, 18:48 "Sən gəlməz oldun" ailəyə 1 milyon dollar qazandırıb" Dünən, 18:48 Milli Qəhrəmanla vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı Dünən, 18:48 Bakıda və Abşeronda küləyin sürəti 27 m/s-ə çatıb Dünən, 18:48 Cüdo üzrə Bakı çempionatına yekun vurulub Dünən, 18:48 Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb Dünən, 17:48 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi Dünən, 17:48 Azərbaycanda dəhşətli hadisə: İki nəfər minaya düşdü Dünən, 17:48 Şamaxıda doqquz ton meyvə ətrafa dağıldı, YOL BAĞLANDI Dünən, 17:48 Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıldı Dünən, 17:48 Dörd ay davam edəcək - Noyabr, dekabr, yanvar və fevral Dünən, 16:48 Sürücülərə XƏBƏRDARLIQ - Yollarda görünüş 500 metrədək məhdudlaşacaq Dünən, 16:48 Yataqxanada meyiti tapılan Elviranın müəmmalı ölümü ilə bağlı AÇIQLAMA Dünən, 16:48 Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib Dünən, 16:48 Əməkdar artist Arif Mirzəyev DƏFN EDİLDİ Dünən, 16:48 SpaceX tarixə düşdü: Kosmik gəmi havada mexaniki qollarla tutuldu Dünən, 15:48 Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb Dünən, 15:48 Can Yamanın son görünüşü müzakirələrə səbəb olub Dünən, 15:48 Təyyarənin qaçırılacağı iddiası Moskvaya uçuşu iki saat gecikdirdi Dünən, 14:48 Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu Dünən, 14:48 İran Trampı PUA hücumu ilə hədəfə almağı planlaşdırır Dünən, 14:48 Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq Dünən, 14:48 Çin Nvidia-nın keçmiş rəhbərini kəşfiyyat hədəfinə çevirib? – WSJ-dən iddia Dünən, 14:48 Makron: Ukrayna NATO-da tamhüquqlu yerini tutmalıdır Dünən, 13:48 Portuqaliya millisindən Ronaldoya xüsusi JEST Dünən, 13:48 Sabah bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR