12-10-2024, 17:57 453

Paşinyanın “Sülh qovşağı”: erməni xalqı üçün növbəti iqtisadi avantüra - ŞƏRH

Qlobal nəqliyyat marşrutlarındakı cari tendensiyaları təhlil edərkən, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki münaqişələr kimi geosiyasi hadisələrin logistika marşrutlarının yenidən qiymətləndirilməsinə və dəyişdirilməsinə səbəb olduğu aydın olur. Cənubi Qafqaz ölkələri də yeni nəqliyyat dəhlizlərinin yaradılmasına maraq göstərirlər. Hazırda Azərbaycan Türkiyə, Mərkəzi Asiya ölkələri ilə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz, TBNM) inkişaf etdirməyə, onun yükdaşıma qabiliyyətini artırmağa çalışır. Əlbəttə ki, Ermənistan da son dövrlərdə perspektivli görünən sahədə geridə qalmaq istəmir. Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkəsi təşəbbüs göstərdiyi “Sülh qovşağı” layihəsinin reallaşdırılması nəticəsində 10 milyardlarla dollar məbləğində gəlir əldə edə bilər. Amma N.Paşinyanın bu ambisiyalı fikirlərinin heç bir iqtisadi əsası yoxdur, çünki ölkəsi ən nikbin proqnozlarla belə, tranzitdən bu məbləğdə gəlir əldə edə bilməz. Lakin bu proqnozlar Ermənistanın məhdud tranzit potensialını nəzərə alaraq reallığa uyğun deyil.

Bu ilin ilk 6 ayında Ermənistan yük maşınlarının Gürcüstan ərazisindən tranziti üçün təxminən 13 milyon ABŞ dolları ödənilib. Qeyd edək ki, ümumilikdə yanvar-iyun aylarında Gürcüstan ərazisindən 249,4 min yük maşını keçib və bununla büdcəyə 32,3 milyon ABŞ dolları daxil olub. Gürcüstandan tranzitlə keçən ağır yük maşınlarının 99 min 760-ı Ermənistanın payına düşüb. Ermənistan bu ölkəyə yük maşınlarının tranziti müqabilində 12 milyon 968 min 800 ABŞ dolları ödəyib. Hər nəqliyyat vasitəsinin Gürcüstan ərazisindən tranziti üçün 130 ABŞ dolları məbləğində rüsum ödənilir.

Bu məqamda qeyd edək ki, 2021-ci ilin yanvarından etibarən Gürcüstan büdcəsi Ermənistan nəqliyyat vasitələrinə tətbiq olunan tranzit rüsumlarından ümumilikdə təxminən 73 milyon ABŞ dollar məbləğində gəlir əldə edib. Yəni qonşu Gürcüstan 3 il ərzində Ermənistandan gələn yük maşınlardan heç bir milyard dollar da qazanmayıb.

Beləliklə, bu onu göstərir ki, Gürcüstandan fərqli olaraq dənizə çıxışı olmayan Ermənistan da öz ərazisindən keçən nəqliyyat vasitələrinə tətbiq edəcəyi tranzit rüsumlarından xəyal etdiyi qədər gəlir əldə edə bilməyəcək. Ermənistanın tranzitdən 10 milyardlarla dollar qazanması üçün bu ölkədən təxminən 77 milyon ədəd yük maşını keçməlidir. Onun bu fantastik göstəriciyə çatması mümkün deyil.

Yeri gəlmişkən, Ermənistan hökuməti iddia edir ki, “Sülh qovşağı”nın işə düşməsinin ilk ilində Ermənistanın nəqliyyat sistemi 4,7 milyon ton yükün tranzitini təmin edə bilər. Eyni zamanda, 2050-ci ilə qədər bu həcmin 10 milyon tona çatacağı proqnozlaşdırılır. Nəzərə alsaq ki, yüklərin əksər hissəsi avtomobillərlə daşınacaq və yük maşınının birini 10 tondan götürsək (beynəlxalq statistikaya görə, yük maşını 15-20 ton olur) 26 il ərzində 26 milyon avtomobil keçə bilər. Bu, ən azından 10 milyard ABŞ dolları qazanmaq üçün tələb olunan avtomobil sayının üçdə birini təşkil edir.

Hətta Ermənistanda belə, N.Paşinyanın bununla bağlı fikirlərinin utopik olduğunu başa düşürlər. Məsələn, “Zham.am” nəşrində dərc olunan məqalədə qeyd edilib ki, N.Paşinyanın irəli sürdüyü “Sülh qovşağı” layihəsi əslində insanları aldatmaqdan başqa bir şey deyil: “Bu, zaman keçdikcə hər kəsi qıcıqlandıra bilər və region dövlətləri belə yanaşmaya görə Ermənistanı cəzalandırmaq üçün kollektiv qərar qəbul edəcəklər”.

Beləliklə, dənizə çıxışı olmayan və məhdud nəqliyyat infrastrukturunu nəzərə alaraq, Ermənistanın bu qədər yüksək tranzit həcmlərinə nail olması ehtimalı azdır. Bundan əlavə, böyük miqyaslı nəqliyyat layihələrinin həyata keçirilməsi Ermənistanda müşahidə olunmayan əhəmiyyətli investisiyalar tələb edir. Potensial investorlar infrastrukturu, siyasi sabitliyi və regional layihələrə inteqrasiyanı investisiya qərarları üçün əsas amillər kimi nəzərdən keçirirlər. Hazırda Ermənistan qonşu ölkələrdən, məsələn Azərbaycandan fərqli olaraq, böyük regional təşəbbüslərdən kənarda qalıb ki, bu da onun kapital cəlb etmək şanslarını azaldır.

Beləliklə, Ermənistan rəhbərliyinin tranzit gəlirlərinin əhəmiyyətli dərəcədə artırılması imkanları barədə bəyanatları iqtisadi cəhətdən əsaslandırılmış olmaqdan daha çox siyasidir. Azərbaycan onu beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya edən infrastruktur layihələrini fəal şəkildə təşviq etdiyi halda, Ermənistan dənizə çıxışın olmaması və infrastrukturun kifayət qədər inkişaf etməməsi kimi ciddi məhdudiyyətlərlə mübarizə aparmağa məcburdur. Qlobal marşrutlar və nəqliyyat dəhlizləri transformasiya olunmağa davam etdikcə, region ölkələri üçün uğurun əsas amili artıq mövcud olan və inkişaf edən logistika sistemlərinə inteqrasiya olunmaq qabiliyyəti olacaq. Azərbaycan öz təbii və geosiyasi üstünlüklərindən istifadə edərək artıq Cənubi Qafqazdakı qonşularından daha əlverişli mövqe tutur.

Paylaş

Xəbər lenti

İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb Bu gün, 00:48 İsraildə İran kəşfiyyatına məlumat ötürməkdə şübhəli bilinən şəxs tutuldu Dünən, 23:48 Süni intellekt bumunda gözlənilməz geriləmə: Şirkətlər 4,2 trilyon dollar itirdi Dünən, 23:48 İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək Dünən, 22:48 Yeni tibb fakültələri açılır: Həkim çatışmazlığı aradan qalxacaq? Dünən, 22:48 Gəncədə binada köməksiz qalan uşaq xilas edildi Dünən, 22:48 Kür çayında suyun səviyyəsi xeyli artıb Dünən, 21:48 Husilər strateji boğazda nəzarəti ələ keçirdi: Yəmən ordusu geri çəkildi Dünən, 21:48 Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb Dünən, 21:48 Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb Dünən, 20:48 Bakıda torpaq sürüşməsi: Hasarlar arasındakı məsafə üç metrə çatdı Dünən, 20:48 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur" Dünən, 20:48 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" Dünən, 20:48 Miri Yusif "ağsaqqal" sözünə təəccübləndi Dünən, 20:48 Marketlərdə satılan doğranmış meyvələrlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Azərbaycanda xəstəxananın şöbə müdiri infarktdan öldü Dünən, 19:48 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub Dünən, 19:48 Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın Dünən, 19:48 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib Dünən, 19:48 Sabah Bakıda bu ərazilərdə su olmayacaq Dünən, 18:48 Ağstafada sursat partlayıb: 1 nəfər həlak olub, daha biri xəsarət alıb Dünən, 18:48 Padel üzrə Respublika Kuboku yekunlaşdı! Dünən, 18:48 "Sən gəlməz oldun" ailəyə 1 milyon dollar qazandırıb" Dünən, 18:48 Milli Qəhrəmanla vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı Dünən, 18:48 Bakıda və Abşeronda küləyin sürəti 27 m/s-ə çatıb Dünən, 18:48 Cüdo üzrə Bakı çempionatına yekun vurulub Dünən, 18:48 Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb Dünən, 17:48 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi Dünən, 17:48 Azərbaycanda dəhşətli hadisə: İki nəfər minaya düşdü Dünən, 17:48 Şamaxıda doqquz ton meyvə ətrafa dağıldı, YOL BAĞLANDI Dünən, 17:48 Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıldı Dünən, 17:48 Dörd ay davam edəcək - Noyabr, dekabr, yanvar və fevral Dünən, 16:48 Sürücülərə XƏBƏRDARLIQ - Yollarda görünüş 500 metrədək məhdudlaşacaq Dünən, 16:48 Yataqxanada meyiti tapılan Elviranın müəmmalı ölümü ilə bağlı AÇIQLAMA Dünən, 16:48 Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib Dünən, 16:48 Əməkdar artist Arif Mirzəyev DƏFN EDİLDİ Dünən, 16:48 SpaceX tarixə düşdü: Kosmik gəmi havada mexaniki qollarla tutuldu Dünən, 15:48 Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb Dünən, 15:48 Can Yamanın son görünüşü müzakirələrə səbəb olub Dünən, 15:48 Təyyarənin qaçırılacağı iddiası Moskvaya uçuşu iki saat gecikdirdi Dünən, 14:48 Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu Dünən, 14:48 İran Trampı PUA hücumu ilə hədəfə almağı planlaşdırır Dünən, 14:48 Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq Dünən, 14:48 Çin Nvidia-nın keçmiş rəhbərini kəşfiyyat hədəfinə çevirib? – WSJ-dən iddia Dünən, 14:48 Makron: Ukrayna NATO-da tamhüquqlu yerini tutmalıdır Dünən, 13:48 Portuqaliya millisindən Ronaldoya xüsusi JEST Dünən, 13:48 Sabah bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq Dünən, 13:48 Fransa vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR