14-10-2024, 13:56 382

Ermənistanın destruktiv ritorikası  - İrəvan sülh prosesinin qarşısını almağa çalışır - TƏHLİL

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar bölgədə sülh və sabitliyin, əməkdaşlıq mühitinin təmin olunması üçün unikal şərait yaradıb. Ermənistan isə artıq dörd ildir ki, bu imkandan istifadə etmək əvəzinə, müxtəlif yollarla sülh prosesindən yayınır, saxta iddialarla çıxış edir. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl “Sülh qovşağı: təhlükəsizlik və demokratiyanın vəhdəti” adlı forumda çıxışı zamanı növbəti dəfə Azərbaycana qarşı heç bir əsası olmayan iddialar səsləndirib. O, Azərbaycandakı "hərbi əsirlər"in Ermənistana qaytarılmadığını iddia edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə N.Paşinyanın bu iddialarına cavabında bildirib ki, Ermənistan tərəfinin "hərbi əsirlər"in qaytarılmadığını iddia etməsi gülüncdür.

Qeyd olunub ki, Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib:

"Erməniəsilli hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə isə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil".

Aydın məsələdir ki, bu, rəsmi İrəvanın destruktiv mövqeyinin növbəti təzahürüdür. Məsələ burasındadır ki, Azərbaycanda heç bir hərbi əsir yoxdur. Hərbi əsirlər döyüş zamanı ələ keçirilən hərbçilərə deyilir. Onlar isə çoxdan qarşı tərəfə qaytarılıb.

Böyük ehtimalla N.Paşinyan Azərbaycanda hərbi əsirlərin olduğunu deməklə hərbi cinayətkarlara və separatçı rejimin nümayəndələrinə işarə edir. Onların arasında 2022-2023-cü illərdə qondarma DQR-in “dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyan, qondarma qurumun “müdafiə ordusu komandanının birinci müavini" David Manukyan, "Dağlıq Qarabağın xarici işlər naziri" David Babayan, separatçı rejimin rəhbəri olmuş Araik Arutyunyan və başqaları var. Həmin şəxslərin hər biri cinayətkardır. Onların bu və ya digər formada Azərbaycanın mülki əhalisinə qarşı terror aktlarında, habelə müharibə zamanı mülki şəhərlərimizin atəşə tutulmasında əli var.

Yeri gəlmişkən, xatırladaq ki, vaxtı ilə A.Arutyunyan Gəncənin məhz onun əmri ilə bombalandığını etiraf etmişdi.

Adıçəkilən şəxslər arxayın idilər. Elə bilirdilər ki, cinayətləri cəzasız qalacaq. Ancaq 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində xunta rejimi ləğv olunandan sonra sözügedən terrorçular növbə ilə saxlanılaraq Bakıya gətirildi. Bu gün onlar təcridxanada barələrində çıxarılacaq məhkəmə qərarını gözləyirlər. Əminliklə söyləyə bilərik ki, Azərbaycanın mülki sakinlərinə qarşı cinayətlərdə əli olan şəxslər, şübhəsiz ki, layiqli cəzalarını alacaqlar.

Onu da xatırladaq ki, Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyanın da Azərbaycana qarşı törətdiyi cinayətlərdə əli var. Perspektivdə rəsmi Bakı Ermənistan hakimiyyətindən adıçəkilən siyasətçilərin hər ikisinin Azərbaycana verilməsini tələb edə bilər.

Belə bir vəziyyətdə Paşinyan R.Vardanyan, D.Babayan, A.Arutyunyan kimi canilərə “hərbi əsir” deməklə nəinki qarşılıqlı etimad mühitinin yaranmasına mane olur, həm də sanki onlara bəraət qazandırmağa çalışır. Bu isə istər-istəməz belə düşünməyə əsas verir ki, Ermənistan hakimiyyəti cinayətkarları müdafiə edir.

Bir daha diqqətə çatdırmaq yerinə düşər ki, Azərbaycanda saxlanılan erməni cinayətkarlar müvafiq qaydada məsuliyyətə cəlb olunublar və cəzalarını alacaqlar. Beynəlxalq hüquq da bunu tələb edir. Odur ki, Ermənistan hakimiyyətinin özünü pis vəziyyətə salmasına, belə demək mümkünsə, “pis kişi” obrazına düşməsinə dəyməz. Bu, Ermənistanın özü-özünü ifşa etməsi, sülhlə bağlı dağıdıcı ritorikasını ortaya qoyması deməkdir.

Paylaş

Xəbər lenti

İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb Bu gün, 00:48 İsraildə İran kəşfiyyatına məlumat ötürməkdə şübhəli bilinən şəxs tutuldu Dünən, 23:48 Süni intellekt bumunda gözlənilməz geriləmə: Şirkətlər 4,2 trilyon dollar itirdi Dünən, 23:48 İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək Dünən, 22:48 Yeni tibb fakültələri açılır: Həkim çatışmazlığı aradan qalxacaq? Dünən, 22:48 Gəncədə binada köməksiz qalan uşaq xilas edildi Dünən, 22:48 Kür çayında suyun səviyyəsi xeyli artıb Dünən, 21:48 Husilər strateji boğazda nəzarəti ələ keçirdi: Yəmən ordusu geri çəkildi Dünən, 21:48 Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb Dünən, 21:48 Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb Dünən, 20:48 Bakıda torpaq sürüşməsi: Hasarlar arasındakı məsafə üç metrə çatdı Dünən, 20:48 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur" Dünən, 20:48 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" Dünən, 20:48 Miri Yusif "ağsaqqal" sözünə təəccübləndi Dünən, 20:48 Marketlərdə satılan doğranmış meyvələrlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Azərbaycanda xəstəxananın şöbə müdiri infarktdan öldü Dünən, 19:48 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub Dünən, 19:48 Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın Dünən, 19:48 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib Dünən, 19:48 Sabah Bakıda bu ərazilərdə su olmayacaq Dünən, 18:48 Ağstafada sursat partlayıb: 1 nəfər həlak olub, daha biri xəsarət alıb Dünən, 18:48 Padel üzrə Respublika Kuboku yekunlaşdı! Dünən, 18:48 "Sən gəlməz oldun" ailəyə 1 milyon dollar qazandırıb" Dünən, 18:48 Milli Qəhrəmanla vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı Dünən, 18:48 Bakıda və Abşeronda küləyin sürəti 27 m/s-ə çatıb Dünən, 18:48 Cüdo üzrə Bakı çempionatına yekun vurulub Dünən, 18:48 Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb Dünən, 17:48 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi Dünən, 17:48 Azərbaycanda dəhşətli hadisə: İki nəfər minaya düşdü Dünən, 17:48 Şamaxıda doqquz ton meyvə ətrafa dağıldı, YOL BAĞLANDI Dünən, 17:48 Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıldı Dünən, 17:48 Dörd ay davam edəcək - Noyabr, dekabr, yanvar və fevral Dünən, 16:48 Sürücülərə XƏBƏRDARLIQ - Yollarda görünüş 500 metrədək məhdudlaşacaq Dünən, 16:48 Yataqxanada meyiti tapılan Elviranın müəmmalı ölümü ilə bağlı AÇIQLAMA Dünən, 16:48 Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib Dünən, 16:48 Əməkdar artist Arif Mirzəyev DƏFN EDİLDİ Dünən, 16:48 SpaceX tarixə düşdü: Kosmik gəmi havada mexaniki qollarla tutuldu Dünən, 15:48 Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb Dünən, 15:48 Can Yamanın son görünüşü müzakirələrə səbəb olub Dünən, 15:48 Təyyarənin qaçırılacağı iddiası Moskvaya uçuşu iki saat gecikdirdi Dünən, 14:48 Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu Dünən, 14:48 İran Trampı PUA hücumu ilə hədəfə almağı planlaşdırır Dünən, 14:48 Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq Dünən, 14:48 Çin Nvidia-nın keçmiş rəhbərini kəşfiyyat hədəfinə çevirib? – WSJ-dən iddia Dünən, 14:48 Makron: Ukrayna NATO-da tamhüquqlu yerini tutmalıdır Dünən, 13:48 Portuqaliya millisindən Ronaldoya xüsusi JEST Dünən, 13:48 Sabah bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq Dünən, 13:48 Fransa vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR