
Sumqayıtda küçədə 40-45 yaşlı kişi (şəxsiyyəti dəqiqləşdirilir-red) meyiti aşkarlanıb.
“AVESTA.AZ”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Sülh prospektində yerləşən parkların birində qeydə alınıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.