24-10-2024, 15:26 498

Türkiyəni regional savaşa qatmaq cəhdi – 93 ildir əməl olunan Atatürk vəsiyyəti - ANALİZ

Türkiyənin təhlükəsizliyi yenə təhdid olunub. Paytaxt Ankaradan 40 km aralı yerləşən Türkiyə Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) yaxınlığında törədilən terror nəticəsində beş nəfər ölüb, 22 nəfər yaralanıb. Yaralıların yeddisi polis əməkdaşı olub. Daxili işlər naziri Ali Yerlikaya terror aktını törədən iki nəfərin, qadın və kişinin öldürüldüyünü bildirib. Onun sözlərinə görə, terror hücumunu İnqilabi Xalq-Azadlıq Partiyası/Cəbhəsinin ( DHKP/C) üzvləri törədib. Yayılan məlumatlara əsasən, bu terror qruplaşması Türkiyədə belə cinayətləri PKK ilə birlikdə törədir. Hücum zamanı zərərsizləşdirilənlərdən birinin kod adı “Rojger”dir. Ali Örekin adlı bu şəxsin PKK terror qruplaşması üzvü olduğu müəyyənləşib. Qadının da kimliyi araşdırılır. Bu baxımdan məlum hadisəni həm də PKK terror qruplaşmasının törətdiyi kimi dəyərləndirmək olar.

TUSAŞ şirkəti 1973-cü ildə yaradılıb və ölkənin aerokosmik sənayesi üzrə aparıcı texnologiya mərkəzlərindəndir. Müxtəlif kommersiya və hərbi təyyarələri dizayn, inkişaf etdirir və istehsal edir. Bu şirkət Türkiyə ordusunun istifadəsi üçün köhnə təyyarələrinin təmir-bərpası ilə məşğul olur. Son illərdə şirkət “F-16” qırıcılarının istehsalında ABŞ-ni müşayiət edib.

Son illər istehsal etdiyi dron və təyyarələri təkmilləşdirməklə də məşğuldur. Terror hücumunun baş verdiyi zavodun səhmlərinin çoxu şirkətə məxsusdur.

Türkiyənin Milli Müdafiə Nazirliyi bu terror hücumuna cavab olaraq Suriyanın şimalında qruplaşmanın 32 mövqeyini məhv etdiklərinə dair açıqlama yayıb.

ABŞ, Almaniya, Azərbaycan, Böyük Britaniya, Yunanıstan, Rusiya, Çin və başqa ölkələrin rəsmiləri, NATO-nun baş katibi Mark Rutte bu terror hücumunu pisləyiblər. Alyansın baş katibi bildirib ki, NATO-dakı müttəfiqləri Türkiyəni dəstəkləyir, terrorizmin istənilən formasını qınayırlar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bunu “Türkiyə müdafiə sənayesinin lokomotiv təşkilatlarından olan TUSAŞ-a qarşı terror hücumu” adlandırıb: “Bu, “tam Müstəqil Türkiyə” idealımızın simvolu olan ölkəmizin sağ qalmasını, millətimizin əmin-amanlığını və müdafiə təşəbbüslərimizi hədəf alan alçaq bir hücumdur”.

O, Türkiyəyə uzanan cinayətkar əllərin mütləq qırılacağını vurğulayaraq deyib ki, ölkənin təhlükəsizliyini təhdid edən, hədəfləyən heç bir quruluş, terror təşkilatı, öz məqsədlərinə çata bilməyəcək: “Hər cür terror təhdidlərinə və onların dəstəkçilərinə qarşı mübarizəmiz qətiyyətlə, sərt və çoxölçülü şəkildə davam edəcək”.

Son zamanlar Türkiyədə PKK qruplaşması və onun tərəfdarları ilə bağlı məsələ yenidən gündəlikdədir. Bir neçə gün əvvəl Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel Xalq Demokrat Partiyasının PKK-nı dəstəkləyən lideri Səlahəttin Demirtaşla həbsxanada görüşüb.

Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Bahçeli isə parlamentdə çıxışında "PKK-nın məhbus başçısı Abdullah Öcalanı terrorçuluğa son qoymaq haqqında çağırış etmək üçün sərbəst buraxmaq lazımdır" demişdi. O, bundan əvvəlki çıxışlarından birində terrorçuların rəhbərinə xatırladaraq demişdi: “Həbs ediləndə dövlətə xidmət etməyə hazır olduğunu deyirdin, indi gəl, terror qruplaşmanı burax”.

Türkiyə Xalqların Bərabərliyi və Demokratiya Partiyasından (DEM Partiya) olan deputat, Öcalanın qardaşı oğlu Ömər Ocalan oktyabrın 23-də əmisi ilə İmralıda həbsxanada görüşüb. PKK başçısı ictimaiyyətə bu ismarışı göndərib: “Təcrid davam edir. Şərait yaranarsa bu prosesi qarşıdurma və münaqişədən hüquqi və siyasi müstəviyə çəkəcək nəzəri və praktik gücə sahibəm”.

Yeri gəlmişkən, qeyd edək ki, uzun müddət idi Türkiyədə terrorlar törədilmirdi. Bu il fevralın 6-da Çağlayan Ədliyyə İdarəsinin binası qarşısında törədilmiş terror hücumu nəticəsində üçü polis əməkdaşı olmaqla altı nəfər yaralanmışdı.

Dövlət Bahçeli
Dövlət Bahçeli

Belə bir şəraitdə TUSAŞ zavodu qarşısında terror hücumu kimə və nəyə xidmət edir?

PKK başçısının “gücə sahibəm” ismarışından sonra belə bir cinayətin törədilməsi Aponun liderliyinə şübhəni artırır. Belə qənaətə gəlmək olar ki, PKK-ya Abdulla Öcalan nəzarət etmir. Yaxud, bu terror qruplaşması daxilində parçalanma var. Əks halda qruplaşmanın üzvləri bu cinayəti özbaşına törətməyə çətin ki cəsarət edərdi.

Yaxud, Türkiyəyə təzyiq etmək üçün bu qruplaşmadan istifadə olunması taktikası davam edir. Başqa sözlə, əsas hədəf Türkiyədə iğtişaş yaratmaq, onu regional münaqişəyə cəlb etməkdir.

Bu baxımdan terror hücumunun səbəblərini aşağıdakı kimi qruplaşdırmaq olar:

-Türkiyənin Qara dəniz, Cənubi Qafqaz, Afrikanın Şimalı, Yaxın Şərqdə və Türküstanda oynadığı rolu əngəlləmək istəyənlər;

- ABŞ və qərb blokuna daxil bir çox ölkələr tərəfindən PKK terrorçu təşkilat elan edilib. Hətta İraq hökuməti də bu qruplaşmanı terrorçu olaraq tanıyır. Onun adının rəsmi mənbələrdə hallanması qadağan edilib. İraqın Şimalındakı yeli özünüidarəetmə hökumətinin baş naziri Məsrur Bərzani bildirmişdi: “Türkiyə PKK-ya qarşı vuruşur, bizə qarşı deyil. Bu müharibəyə səbəb PKK-dır. Əgər biz bu müharibənin dayandırılmasını istəyiriksə və PKK Kürdüstana iddia edirsə, qoy bu müharibəni dayandırsın”. O qeyd edib ki, PKK terror təşkilatı özünü oraların hakimi hesab edir, xalqımızdan xərac alır, ona problem yaradır və gənclərimizi qaçırır. Bu yanaşmaya əsasən, ehtimal etmək olar ki, PKK qruplaşmasına münasibət birmənalı deyil. Odur ki, törədilən terror hücumu bu qruplaşmanın Abdulla Öcalandan da başqa bir yiyəsinin, liderinin, ağasının olduğunu iddia etməyə də əsas verir. Bu baxımdan ehtimal etmək olar ki, həmin terror aktının sifarişçisi də onlardır;

- Qonşu dövlətlərdə Türkiyə HƏMAS və “Hizbullah”ı dəstəkləmədiyi üçün tənqid edilir. Odur ki, terrorun törədilməsində onlar da maraqlı ola bilər;

- Türkiyə PKK/YPG-PYD-ni Qərb bloku və müttəfiqlərinin himayə etdiyini, silahlandırdığını bildirir. Onları isə rəsmi Ankaranın Yaxın Şərqdə baş verənlər fonunda tərəfsizliyini qoruyub, saxlaya bilməsi qane etmir. Bu baxımdan həmin qüvvələr Türkiyədə terror aktı keçirməyə sövq edə bilərlər;

- Son illər Türkiyə hərbi sənaye kompleksi texnologiya və istehsal sahəsində inkişaf edib. Silah və hərbi avadanlıq bazarında onun nüfuzunu zəiflətmək.

Terror aktının izini itirməyə də səy göstərilir. Hadisə FETÖ lideri Fətullah Gülən öləndən iki gün sonra törədilib. Cinayətin təşkilatçıları və icraçıları bundan istifadə edərək hadisə törədilməsində onlardan şübhələnilməsinə səy ediblər.

Bütün hallarda bu ölkəyə qarşı başqalarının əlində alət olan əsas terror qruplaşması PKK/YPG-PYD-dir. Ondan Suriya və İraqda istifadə etdikləri kimi, Türkiyəyə qarşı da faydalanmaq istəyirlər. Bu qüvvələrin məqsədi Cümhuriyyəti Suriyada baş verəcək mümkün post-HƏMAS və post-“hizbullah” müharibəsinə cəlb etməkdir. Ancaq Mustafa Kamal Atatürkün "Yurdda sülh, cahanda sülh” vəsiyyətinə 93 ildir əməl edilir. İkinci Dünya savaşına onu qata bilmədilər. Odur ki, Türkiyəni bir əsrdir parçalamağı hədəfləyənlər regional qarşıdurmalara da onu qoşa bilməyəcək.

Paylaş

Xəbər lenti

İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb Bu gün, 00:48 İsraildə İran kəşfiyyatına məlumat ötürməkdə şübhəli bilinən şəxs tutuldu Dünən, 23:48 Süni intellekt bumunda gözlənilməz geriləmə: Şirkətlər 4,2 trilyon dollar itirdi Dünən, 23:48 İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək Dünən, 22:48 Yeni tibb fakültələri açılır: Həkim çatışmazlığı aradan qalxacaq? Dünən, 22:48 Gəncədə binada köməksiz qalan uşaq xilas edildi Dünən, 22:48 Kür çayında suyun səviyyəsi xeyli artıb Dünən, 21:48 Husilər strateji boğazda nəzarəti ələ keçirdi: Yəmən ordusu geri çəkildi Dünən, 21:48 Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb Dünən, 21:48 Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb Dünən, 20:48 Bakıda torpaq sürüşməsi: Hasarlar arasındakı məsafə üç metrə çatdı Dünən, 20:48 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur" Dünən, 20:48 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" Dünən, 20:48 Miri Yusif "ağsaqqal" sözünə təəccübləndi Dünən, 20:48 Marketlərdə satılan doğranmış meyvələrlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Azərbaycanda xəstəxananın şöbə müdiri infarktdan öldü Dünən, 19:48 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub Dünən, 19:48 Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın Dünən, 19:48 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib Dünən, 19:48 Sabah Bakıda bu ərazilərdə su olmayacaq Dünən, 18:48 Ağstafada sursat partlayıb: 1 nəfər həlak olub, daha biri xəsarət alıb Dünən, 18:48 Padel üzrə Respublika Kuboku yekunlaşdı! Dünən, 18:48 "Sən gəlməz oldun" ailəyə 1 milyon dollar qazandırıb" Dünən, 18:48 Milli Qəhrəmanla vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı Dünən, 18:48 Bakıda və Abşeronda küləyin sürəti 27 m/s-ə çatıb Dünən, 18:48 Cüdo üzrə Bakı çempionatına yekun vurulub Dünən, 18:48 Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb Dünən, 17:48 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi Dünən, 17:48 Azərbaycanda dəhşətli hadisə: İki nəfər minaya düşdü Dünən, 17:48 Şamaxıda doqquz ton meyvə ətrafa dağıldı, YOL BAĞLANDI Dünən, 17:48 Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıldı Dünən, 17:48 Dörd ay davam edəcək - Noyabr, dekabr, yanvar və fevral Dünən, 16:48 Sürücülərə XƏBƏRDARLIQ - Yollarda görünüş 500 metrədək məhdudlaşacaq Dünən, 16:48 Yataqxanada meyiti tapılan Elviranın müəmmalı ölümü ilə bağlı AÇIQLAMA Dünən, 16:48 Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib Dünən, 16:48 Əməkdar artist Arif Mirzəyev DƏFN EDİLDİ Dünən, 16:48 SpaceX tarixə düşdü: Kosmik gəmi havada mexaniki qollarla tutuldu Dünən, 15:48 Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb Dünən, 15:48 Can Yamanın son görünüşü müzakirələrə səbəb olub Dünən, 15:48 Təyyarənin qaçırılacağı iddiası Moskvaya uçuşu iki saat gecikdirdi Dünən, 14:48 Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu Dünən, 14:48 İran Trampı PUA hücumu ilə hədəfə almağı planlaşdırır Dünən, 14:48 Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq Dünən, 14:48 Çin Nvidia-nın keçmiş rəhbərini kəşfiyyat hədəfinə çevirib? – WSJ-dən iddia Dünən, 14:48 Makron: Ukrayna NATO-da tamhüquqlu yerini tutmalıdır Dünən, 13:48 Portuqaliya millisindən Ronaldoya xüsusi JEST Dünən, 13:48 Sabah bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq Dünən, 13:48 Fransa vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR