
"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
"Report"un məlumatına görə, Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçrə təmsilçisi "Bazel"lə üz-üzə gələcək.
Qarşılaşma saat 18:00-da start götürəcək. Görüşü qazaxıstanlı Rustam Omarov idarə edəcək.
Qeyd edək ki, ilk matçda "Bazel" 6:0 hesablı qələbəyə sevinib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.