
Daşkəsəndə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, Yuxarı Daşkəsən qəsəbəsində avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1989-cu il təvəllüdlü O.Məmmədov və 1990-cı il təvəllüdlü O.İsayev xəsarət alıblar.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.