
Qubadlı rayonunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.
"Report"un Muğan bürosunun məlumatına görə, Qubadlıda təmir-tikinti şirkətlərindən birində çalışan 48 yaşlı Sabir Kərimov hündürlükdən yıxılaraq dünyasını dəyişib.
Onun meyiti sakini olduğu Biləsuvar rayonuna gətirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.