22-11-2024, 17:47 462

Qazaxın azad olunan kəndlərində Azərbaycan bayrağı dalğalanır - Ermənistanla sərhəddən REPORTAJ

Sərhədlərin mühafizəsi hər bir dövlətin ümumi təhlükəsizliyi üçün prioritetdir. Son zamanlar narkotik qaçaqmalçılığı, xarici dövlətlərdə fəaliyyət göstərən cinayətkar qruplaşmalar, kütləvi qırğın silahları və onların komponentlərinin sərhədlərdən qanunsuz keçirilməsi cəhdləri, həmçinin qlobal miqyasda sərhəd mühafizəsində yaranan xarici təhdidlərin artması dövlətləri bu istiqamətdə nəzarəti daha da gücləndirməyə məcbur edib.

Azərbaycan da sərhədlərinin mühafizəsi istiqamətində yeni dövrə qədəm qoyub. Qarabağ və ətraf ərazilər işğaldan azad olunduqdan sonra orada yeni sərhəd strukturları yaradılıb. Bununla yanaşı, sərhədlərin mühafizəsi üzrə peşəkar kadrların yetişməsi üçün tədris müəssisələrinin imkanları artırılıb.

Azərbaycan sərhədlərinin mühafizəsi prosesi ilə yaxından tanış olmaq üçün Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı ilə Sərhəd Qoşunlarının "Şəmkir" Sərhəd Dəstəsinin ərazisinə yollandıq.

Burada "Qazax" Əlahiddə Diviziyasının işi ilə yanaşı, Qazax rayonunun işğaldan azad olunan kəndlərində qoşunların fəaliyyəti ilə tanış olmaq imkanımız da yarandı.

Əvvəlcə DSX-nin Sərhəd Qoşunlarının "Şəmkir" Sərhəd Dəstəsində qoşunların fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov qoşunların tarixi və fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin diqqəti nəticəsində hələ sovet hökuməti dövründə peşəkar sərhədçilərin yetişməsinə böyük önəm verilib.

O dedi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Sərhəd Qoşunlarının maddi-texniki təminatı artırılıb, sərhdəçilər lazım olan bütün avadanlıqlarla təchiz olunub.

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərhədçilərə göstərdiyi diqqətin nəticəsidir ki, o, 17 dəfə sərhədçilərlə görüşüb. Ali Baş Komandanın ilk görüşü 2004-cü ilin iyul ayının 21-də “Xudat” Sərhəd Dəstəsinin şəxsi heyəti ilə olub və bununla da sərhəd mühafizəsində yeni səhifə açılıb.

2005-ci il dekabr ayının 23-də “Şəki” Sərhəd Dəstəsinin, 2006-cı il aprel ayının 14-də “Zaqatala”, 2010-cu il aprel ayının 29-da “Göytəpə”, 2013-cü il sentyabr ayının 27-də “Horadiz”, 2014-cü il yanvar ayının 7-də “Şəmkir”, 2021-ci il oktyabr ayının 21-də “Zəngilan”, 2021-ci il oktyabr ayının 25-də “Qubadlı” Sərhəd dəstələri, 2019-cu il fevral ayının 28-də “Naxçıvan” və 2023-cü il avqust ayının 7-də isə “Qazax” Əlahiddə Sərhəd diviziyaları inşa edilib, qarnizon kompleksləri əsaslı təmir edilərək xidməti istifadəyə verilib", - deyə general-leytenant qeyd etdi.

DSX-nin Sərhəd Qoşunları Komandanlığının fəaliyyətə başladığı dövrdən bu günədək sərhəd pozucularına qarşı mübarizədən danışan A.Məmmədov dedi ki, Sərhəd Qoşunları fəaliyyətə başladığı 2017-ci ildən bu günədək 162 milyon 610 min 694 manat dəyərində olan narkotiki qanunsuz dövriyyədən çıxarıb.

"Eyni zamanda narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 6 ton 928 kq olan narkotik vasitə və 533 min 406 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb və saxlanılan narkotik vasitələrin ümumi təxmini dəyəri 162 milyon 610 min 694 manat təşkil edib", - deyə o bildirib.

Sərhəd Qoşunları komandanı, həmçinin əlavə edib ki, Sərhəd Qoşunları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilən 29-cu sessiyasına (COP29) hazırlıqla əlaqədar zəruri tədbirlər görüb və qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib.

Sonra Sərhəd Qoşunlarının "Şəmkir" Sərhəd Dəstəsinin xidməti ərazisinə baxış keçirildi. Media nümayəndələrinə dəstənin fəaliyyəti barədə məlumat verildi. Sərhəd Dəstəsinin xidməti itləri müvafiq tapşırıqlar icra etdilər. Qeyd olundu ki, bu itlər sərhədlərin mühafizəsində etibarlı vasitədir. Həmçinin, media nümayəndələrinə hərbi hissədə olan silah-sursatlar, onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verildi.

Daha sonra DSX-nin Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasına yollandıq.

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının baş leytenantı Bəybala Bağırbəyli dedi ki, zastavada olan Azərbaycanın istehsal etdiyi "İstiqlal" snayper tüfəngi Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur:

"Silahın satışı məhduddur və az sayda ölkələrə satılır. Bu silah Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur. Silahın çapı 14.5 mm-dir. Nişanalma məsafəsi mexaniki və optik nişangahla iki min metrdir. Silah lülə qutusu və lülədən ibarətdir".

Sonra Azərbaycan və Gürcüstan sərhədində yerləşən "Babəkər" zastavasında şərti sərhəd pozucularının zərərsizləşdirilməsi əməliyyatını müşahidə etdik.

Qeyd edildi ki, ərazidə quraşdırılan kameralar vasitəsilə 20 kilometrlik ərazini müşahidə etmək mümkündür. Bu kameraların dövlət sərhədinin mühafizəsi işində effektiv vasitə olduğu bildirildi.

DSX-nin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, baş leytenant Qoşqar Behbudzadə dedi ki, DSX-nin Sərhəd Qoşunları istənilən şəraitdə gecəgörmə cihazları, dronlar, termal kameralar, eləcə də yeni nəsil texnoloji vasitələrlə dövlət sərhədinin mühafizəsini həyata keçirir.

Zabit əlavə etdi ki, qoşunlarda “KS 205” müşahidə sistemləri mövcuddur və həmin sistemlər vasitəsilə çətin relyefdə sərhəd pozucuları vaxtında aşkar olunur: "Dövlət sərhədinin toxunulmazlığı daim nəzarətimizdədir. Sərhədlərimizi etibarlı şəkildə mühafizə və müdafiə edirik. Sərhəd pozucularına qarşı odlu silahdan istifadə son zərurətdir. Onlarla mübarizə hüquq-mühafizə orqanlarının təlimatına uyğun tənzimlənir. Sərhəd pozucuları dövlət sərhədini pozmağa cəhd göstərdikdə, silahlı müqavimət göstərdikdə və digər hallarda sərhəd naryadı qanunla müəyyən olunmuş qaydalarla silah tətbiq edir".

"Babəkər" Sərhəd Zastavasının fəaliyyəti ilə tanış olduqdan sonra Qazax rayonunun işğaldan azad olunan Xeyrimli kəndinə yola düşdük. Bu kənddə DSX-nin Sərhəd Qoşunlarının hərbçiləri xidmət göstərir. Bir neçə metr irəlidə delimitasiya olunmuş Azərbaycan-Ermənistan sərhədi görünür.

Zastavanın xidmət göstərdiyi ərazidə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Buradan qarşı tərəf daim müşahidə altında saxlanılır. Hər hansı bir hərəkətlənmə qeydə alınarsa, dərhal aidiyyəti üzrə məruzə edilir.

Sərhəd Qoşunları komandanı Araz Məmmədov qeyd etdi ki, gələn il Qazaxın işğaldan azad olunan kəndlərində yeni sərhəd zastavaları yaradılacaq. Onun sözlərinə görə, hazırda Qazax rayonunun Xeyrimli kəndi ərazisindəki zastava müvəqqəti qurulub: "Gələn il Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərinin bərpasına başlanılacaq. Bu zaman orada yeni zastavalar da tikiləcək".

Xatırladaq ki, Azərbaycan sərhədçiləri bu ilin may ayında Ermənistanla sərhədin delimitasiyası prosesi çərçivəsində qaytarılan Qazax rayonunun dörd kəndini nəzarətə götürüb. Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri üzərində Azərbaycan bayrağı ucaldılıb, bu barədə Dövlət Sərhəd Qoşunlarının komandiri Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə edib.

Qeyd edək ki, Qazax rayonunun bu kəndləri 90-cı illərin əvvəllərində erməni silahlı birləşmələri tərəfindən işğal olunub. Kəndlər yandırılıb, sakinlərin bir hissəsi həlak olub, bir hissəsi isə qaçqın düşüb.

Paylaş

Xəbər lenti

Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb Bu gün, 01:48 "Reuters": Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batıb Bu gün, 00:48 Küsülü olduğu bacısından danışan Hadise kövrəldi Bu gün, 00:48 İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür Bu gün, 00:48 "Neftçi"nin baş məşqçisi Konstantinos Vasiliadis: "Azərbaycanlı basketbolçularda istedad var" Dünən, 23:48 Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı Dünən, 23:48 İran sonsuz müharibə və nəticəsiz danışıqlar aparmaq niyyətində deyil Dünən, 23:48 Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video Dünən, 23:48 Britaniya Ukraynaya öz istehsalı olan HHM sistemlərinin tədarükünü sürətləndirəcək Dünən, 22:48 İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb Dünən, 22:48 Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib Dünən, 22:48 Hər gün telefon işlədənlərin NƏZƏRİNƏ - Boyun fəqərələri sıradan çıxır Dünən, 22:48 Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın! Dünən, 22:48 Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib Dünən, 22:48 "44" bədii filminin daha bir tizeri yayımlandı Dünən, 22:48 Qarabağın gələcək ulduzları necə yetişirlər? Dünən, 21:48 Qlobal bazarda ŞOK ENİŞ - İlin ən aşağı göstəricisi qeydə alındı Dünən, 21:48 Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər Dünən, 21:48 Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana gəlib Dünən, 21:48 İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb Dünən, 21:48 Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir Dünən, 21:48 Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir Dünən, 20:48 Taksi sürücüsünün 30 il əvvəlki qətli: İttiham olunanlardan təzminat tələb edildi Dünən, 20:48 UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi Dünən, 20:48 Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub Dünən, 20:48 Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub Dünən, 20:48 Banklararası ödənişlərdə xidmət haqları endirildi: Vətəndaşları nə gözləyir? Dünən, 19:48 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı Dünən, 19:48 Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib Dünən, 19:48 Bakı tıxacından qurtulmağın YENİ YOLU - Funikulyor "BakıKart"a keçəcək? Dünən, 19:48 Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb Dünən, 19:48 İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub Dünən, 19:48 Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib Dünən, 19:48 DƏMX-də İctimai Şura üzvləri ilə əməyin mühafizəsinə dair görüş keçirilib Dünən, 19:48 Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib Dünən, 19:48 İlham Əliyev "Bir kəmər, bir yol" layihəsinin önəmini qeyd edib Dünən, 19:48 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib Dünən, 19:48 ABŞ Venesuela parlamentinin sədri Xorxe Rodriqesə qarşı sanksiyaları ləğv edib Dünən, 19:48 Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib Dünən, 18:49 Həkim əməliyyatdan sonra tamponu xəstənin başında unutdu Dünən, 18:49 Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub Dünən, 18:49 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib Dünən, 18:49 Azərbaycan və Kamboca baş nazirləri ikitərəfli əlaqələri müzakirə ediblər Dünən, 18:48 Bu kəndlərdə yaşayanlara MÜJDƏ: 7,3 milyon manat ayrıldı Dünən, 18:48 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi Dünən, 18:48 "Şahinlərin Görüşü-2026": Təyyarə və helikopterlərin uçuşları həyata keçirilib Dünən, 18:48 Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib Dünən, 17:49 Ərzaq qiymətlərində artım: Azərbaycanda bahalaşmanın yeni mərhələsi? Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR