
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 2 nəfər ağır xəsarətlər alıb.
Onlardan- 1994-cü il təvəllüdlü V.Kərimli dünyasını dəyişib, 1990-cı il təvəllüdlü V.Nazirov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.