
Moskvadan gələn son məlumatlara görə, Rusiya Federasiyasının prezidenti V.Putin Rusiyanın Ukraynaya qarşı müharibədəki uğursuzluqlarını Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun boynuna qoymağa hazırlaşır.
Avesta.az xəbər veri ki, bu barədə Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev "Facebook"-da yazıb.
"Şoyqu Ukraynadakı uğursuzluqlara görə "günah keçisi" təyin edilib. Orduda korrupsiya və yeyintilər indi "üzə çıxacaq". Eyni zamanda rəqib də aradan götürüləcək...", - keçmiş Rusiya deputatı belə yazıb.
Xatırladaq ki, hələ Ukrayna savaşından xeyli öncə bir sıra şərhçilər Putindən sonra hakimiyyət başına RF müdafiə naziri Sergey Şoyqunun gələ biləcəyini ehtimal edib.
Qeyd edək ki, S.Şoyqu milliyyətcə türkmənşəlidir. Atası tuva türkü, anası rusdur.