28-11-2024, 16:55 431

Azərbaycan Avropanın təmiz elektrik enerjisinin təminat qapısıdır

Noyabr ayında Bakıda keçirilən COP29 sammitində qəbul edilən mühüm qərarlardan biri karbohidrogen ehtiyatlarından istifadəni azaltmaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq və alternativ, bərpa olunan enerji mənbələrindən əldə edilən enerjinin həcmini artırmaqla bağlıdır. Bu qərar, planetimizin qorunması və davamlı inkişafın təmin edilməsi üçün atılması zəruri addımlardan biridir. Bu sahədə artıq bir çox ölkədə müsbət təcrübələr mövcuddur və hər il günəş, külək və digər təmiz enerji mənbələrindən istifadə artmaqdadır.

Bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biri də Azərbaycandır. Statistikaya nəzər salsaq, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt həcmində qiymətləndirilir. Onların iqtisadi potensialı isə 27 QVt təşkil edir ki, bu da külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji üzrə 380 MVt və dağ çaylarının potensialı üzrə 520 MVt deməkdir. Bu səbəbdən, zəngin enerji resurslarına və dünya miqyasında böyük enerji ixracatçısı statusuna malik olmasına baxmayaraq, Azərbaycan təmiz enerji istehsalını genişləndirmək və dünyaya bərpa olunan enerji ixrac etmək niyyətindədir.

Tarixən neft və təbii qazla zəngin olan Azərbaycan, hazırda enerji keçidi prosesinə xüsusi diqqət ayıraraq enerji kompleksində bərpa olunan enerji mənbələrinin payını artırmağa çalışır. Statistikaya əsasən, 2024-cü ilin ilk 10 ayında külək elektrik stansiyalarında 45,6 milyon kilovat/saat, günəş elektrik stansiyalarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 dəfə artımla 486,3 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Bundan əlavə, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 166,5 milyon kilovat/saat (illik 6,9 % artım) elektrik enerjisi istehsal olunub. Bu nəticələr Azərbaycanın qalıq yanacaqlardan asılılığını azaltmaq istiqamətindəki qətiyyətini nümayiş etdirir.

Azərbaycan, zəngin neft və qaz ehtiyatlarına baxmayaraq, ekoloji narahatlıqlar, qlobal enerji trendləri və uzunmüddətli enerji təhlükəsizliyi zərurəti əsasında enerji kompleksini şaxələndirməyin vacibliyini yaxşı anlayır və bu istiqamətdə ciddi addımlar atır.

Bərpa olunan enerji mənbələrinə fokus

Azərbaycanın enerji keçidi yalnız külək və günəş enerjisi ilə məhdudlaşmır, həmçinin bioyanacaq və hidroenergetikadan da geniş istifadəni əhatə edir. Ölkə bərpa olunan enerji sahəsində təxminən 27 giqavatlıq iqtisadi potensialı ilə qlobal təmiz enerji sənayesində mühüm rol oynamağa hazırlaşır. Bu keçid, beynəlxalq iqlim məqsədlərinə uyğun olaraq, həm regional, həm də qlobal səviyyədə ciddi təsirlər yaratmaqla yanaşı, Azərbaycanın məsuliyyətli qlobal enerji oyunçusu kimi mövqeyini daha da gücləndirir. Təmiz və bərpa olunan enerji mənbələrinə keçid istiqamətində atılan addımlar Azərbaycanın günəş enerjisi sahəsində gələcəyinin çox ümidverici olduğunu göstərir.

COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisi üzrə keçirilən hərracın qalibi elan olunub. Stansiyanın 2027-ci ildə istismara verilməsi planlaşdırılır və hər il təxminən 260 milyon kilovat/saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu isə ildə 57 milyon kubmetr təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan yaradacaq.

Eyni zamanda, COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavatlıq külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu layihə, Azərbaycanın külək enerjisi potensialını reallaşdırmaqla yanaşı, ölkənin təmiz enerji istehsalını artıracaq və beynəlxalq iqlim məqsədlərinə töhfə verəcək.

Azərbaycanın bu addımları enerji siyasətində bərpa olunan mənbələrin əhəmiyyətli yer tutduğunu, ölkənin qlobal "yaşıl enerji keçidi"nə fəal şəkildə qoşulduğunu və təmiz enerji sənayesində liderlərdən birinə çevrilmək niyyətini təsdiq edir.

Bərpa olunan enerji mənbələrinin təşviqi

Azərbaycan bərpa olunan enerji sahəsində müxtəlif strateji təşəbbüslərlə fəal addımlar atır. Məsələn, 2023-cü ildə ölkədə bərpa olunan enerji istehsal gücü 373,6 meqavat artıb. Bu göstəricidə “Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) xüsusi rolu var. “Masdar” şirkəti tərəfindən inşa edilən və ümumi gücü 230 meqavat olan stansiya istifadəyə verildiyi ilk ildə 458,8 milyon kilovat/saat elektrik enerjisi istehsal edib.

“ACWA Power” şirkəti tərəfindən inşa edilən və ümumi gücü 240 meqavat olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının isə yaxın gələcəkdə istifadəyə verilməsi planlaşdırılır. Gözləntilərə görə, stansiya ildə təxminən 1 milyard kilovat/saat elektrik enerjisi istehsal edəcək ki, bu da 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan çox karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.

Azərbaycan, həmçinin, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji zonaları"nın yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Əsas məqsəd bu əraziləri "yaşıl enerji zonası"na çevirməkdir. İlkin hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 9 200 meqavat bərpa olunan enerji potensialı mövcuddur. Bunlardan 7 200 meqavatdan çoxu günəş, 2 000 meqavatı isə külək enerjisi üzrə potensialdır. Xüsusilə Füzuli, Cəbrayıl və Zəngilan rayonları günəş enerjisi potensialı ilə, Laçın və Kəlbəcər rayonları isə külək enerjisi imkanları ilə zəngindir.

Hazırda Cəbrayıl rayonu ərazisində 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisi davam edir. Laçın və Kəlbəcər rayonlarında isə 400 meqavat gücündə külək elektrik stansiyalarının inşası planlaşdırılır. Bununla yanaşı, Qarabağın yerli su ehtiyatlarının 25 %-ə qədərinin bu ərazilərdə formalaşdığını nəzərə alaraq, burada geniş hidroenerji potensialının mövcud olduğunu da vurğulamaq olar.

Təmiz enerji keçidində əsas oyunçu

Azərbaycan günəş enerjisinə sərmayə qoymağı davam etdirərək, beynəlxalq təmiz enerji keçidində əsas oyunçulardan birinə çevrilir. Günəş enerjisi sektoruna daxil olması ölkənin geosiyasi əhəmiyyətini artırır, regional enerji təhlükəsizliyini gücləndirir və Avropa İttifaqının bərpa olunan enerji üzrə məqsədləri ilə uzlaşır. 2016-cı ildən etibarən bərpa olunan enerjinin Avropa İttifaqına ixracı Azərbaycanın etibarlı enerji təchizatçısı kimi potensialını nümayiş etdirir. Dayanıqlığa verdiyi əhəmiyyət və beynəlxalq tərəfdaşlıqları ilə Azərbaycan təmiz enerjiyə keçidə liderlik etməyə və geniş potensialını reallaşdırmağa hazırdır.

Bu inkişaflar sübut edir ki, Azərbaycan enerji bazarında, xüsusilə də təmiz enerji sektorunda qlobal oyunçuya çevrilmək istiqamətində ciddi irəliləyişlər əldə edir. Ölkənin artan potensialı və nüfuzu onu Avropanın təmiz elektrik enerjisinin əsas təminatçılarından birinə çevirib. Bu yanaşma enerji tələbatının ödənilməsinə, enerji təhlükəsizliyinin təmin edilməsinə və ətraf mühitlə bağlı çağırışlara perspektivli həll yolları təqdim edir.

Azərbaycanın Avropa İttifaqına bərpa olunan enerji ixracında artan rolu onun davamlı inkişaf təcrübələrinə sadiqliyini göstərir və qlobal davamlılıq səylərinə mühüm töhfə verir. Ölkədə inkişaf edən günəş enerjisi sənayesi Azərbaycanın etibarlı və dayanıqlı enerji təminatçısı kimi mövqeyini möhkəmləndirir, daxili infrastrukturun gücləndirilməsinə töhfə verir və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə ekoloji cəhətdən təmiz təcrübələri təşviq edir.

Kamil Məmmədov

Paylaş

Xəbər lenti

İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb Bu gün, 00:48 İsraildə İran kəşfiyyatına məlumat ötürməkdə şübhəli bilinən şəxs tutuldu Dünən, 23:48 Süni intellekt bumunda gözlənilməz geriləmə: Şirkətlər 4,2 trilyon dollar itirdi Dünən, 23:48 İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək Dünən, 22:48 Yeni tibb fakültələri açılır: Həkim çatışmazlığı aradan qalxacaq? Dünən, 22:48 Gəncədə binada köməksiz qalan uşaq xilas edildi Dünən, 22:48 Kür çayında suyun səviyyəsi xeyli artıb Dünən, 21:48 Husilər strateji boğazda nəzarəti ələ keçirdi: Yəmən ordusu geri çəkildi Dünən, 21:48 Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb Dünən, 21:48 Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb Dünən, 20:48 Bakıda torpaq sürüşməsi: Hasarlar arasındakı məsafə üç metrə çatdı Dünən, 20:48 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur" Dünən, 20:48 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" Dünən, 20:48 Miri Yusif "ağsaqqal" sözünə təəccübləndi Dünən, 20:48 Marketlərdə satılan doğranmış meyvələrlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Azərbaycanda xəstəxananın şöbə müdiri infarktdan öldü Dünən, 19:48 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub Dünən, 19:48 Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın Dünən, 19:48 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib Dünən, 19:48 Sabah Bakıda bu ərazilərdə su olmayacaq Dünən, 18:48 Ağstafada sursat partlayıb: 1 nəfər həlak olub, daha biri xəsarət alıb Dünən, 18:48 Padel üzrə Respublika Kuboku yekunlaşdı! Dünən, 18:48 "Sən gəlməz oldun" ailəyə 1 milyon dollar qazandırıb" Dünən, 18:48 Milli Qəhrəmanla vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı Dünən, 18:48 Bakıda və Abşeronda küləyin sürəti 27 m/s-ə çatıb Dünən, 18:48 Cüdo üzrə Bakı çempionatına yekun vurulub Dünən, 18:48 Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb Dünən, 17:48 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi Dünən, 17:48 Azərbaycanda dəhşətli hadisə: İki nəfər minaya düşdü Dünən, 17:48 Şamaxıda doqquz ton meyvə ətrafa dağıldı, YOL BAĞLANDI Dünən, 17:48 Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıldı Dünən, 17:48 Dörd ay davam edəcək - Noyabr, dekabr, yanvar və fevral Dünən, 16:48 Sürücülərə XƏBƏRDARLIQ - Yollarda görünüş 500 metrədək məhdudlaşacaq Dünən, 16:48 Yataqxanada meyiti tapılan Elviranın müəmmalı ölümü ilə bağlı AÇIQLAMA Dünən, 16:48 Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib Dünən, 16:48 Əməkdar artist Arif Mirzəyev DƏFN EDİLDİ Dünən, 16:48 SpaceX tarixə düşdü: Kosmik gəmi havada mexaniki qollarla tutuldu Dünən, 15:48 Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb Dünən, 15:48 Can Yamanın son görünüşü müzakirələrə səbəb olub Dünən, 15:48 Təyyarənin qaçırılacağı iddiası Moskvaya uçuşu iki saat gecikdirdi Dünən, 14:48 Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu Dünən, 14:48 İran Trampı PUA hücumu ilə hədəfə almağı planlaşdırır Dünən, 14:48 Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq Dünən, 14:48 Çin Nvidia-nın keçmiş rəhbərini kəşfiyyat hədəfinə çevirib? – WSJ-dən iddia Dünən, 14:48 Makron: Ukrayna NATO-da tamhüquqlu yerini tutmalıdır Dünən, 13:48 Portuqaliya millisindən Ronaldoya xüsusi JEST Dünən, 13:48 Sabah bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq Dünən, 13:48 Fransa vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR