
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçını keçirəcək.
“AVESTA.AZ”un məlumatına görə, komanda B Liqasının V qrupunda Kiprlə üz-üzə gələcək.
Kiprin Pafos şəhərindəki “Peyia Municipal” stadionunda keçiriləcək matç saat 13:00-da başlayacaq.
Qeyd edək ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda buna qədər qrupda İsveçrə yığmasına 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.