1-10-2022, 15:57 770

Ombudsman Füzuli və Tərtərdə baş vermiş mina partlayışları ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Dəfələrlə çağırışlar edilməsinə baxmayaraq, Ermənistan tərəfindən işğal dövründə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində basdırılmış minaların dəqiq xəritələrinin hələ də ölkəmizə təhvil verilməməsi hərbi qulluqçularla bərabər, mülki şəxslərin də həyat və sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqdadır.

Təəssüflər olsun ki, 2022-ci 30 sentyabr tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndinin minalardan təmizlənməmiş ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Əsədov Amid Fətullah oğlu və 2007-ci il təvəllüdlü Quluzadə Çərkəz Bahadur oğlu həlak olmuş, 1973-cü il təvəllüdlü Quliyev Bahadur Məhi oğlu isə yaralanmışdır.

Eyni zamanda, 2022-ci il 1 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən minalardan təmizlənməmiş “Üçüncü Sovxoz” adlı yerdə piyada əleyhinə minanın partlaması nəticəsində 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu ağır xəsarət almış və ilkin məlumata əsasən ayaqları amputasiya edilmişdir.

Bir daha beynəlxalq təşkilatlara müraciət edərək, işarələnməmiş minaların insan həyatı üçün potensial təhlükə mənbəyi olması ilə bağlı narahatlığımızı təkrar diqqətə çatdırır və bununla əlaqədar təxirəsalınmaz addımlar atmağa çağırırıq.

Ermənistan tərəfi minaların dəqiq xəritələrini ölkəmizə təhvil verməklə beynəlxalq humanitar hüquq normalarına əməl etməli, insan hüquqlarına hörmət bəsləməli, regionda davamlı sülhün və təhlükəsizliyin təmini ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

Paylaş

Xəbər lenti

Kürdəmirdə AĞIQ QƏZA: Ölən və yaralanan var Bu gün, 09:48 Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış Bu gün, 09:48 Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb Bu gün, 09:48 Mətbuat Şurasının IX qurultayı keçirilir Bu gün, 09:48 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib Bu gün, 09:48 Günay Qurbanova dünya çempionatında gümüş medal qazandı Bu gün, 09:48 Birbank Invest vasitəsilə "EmbaFinans" BOKT istiqrazlarına investisiya etmək imkanı Bu gün, 09:48 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib Bu gün, 08:48 Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək Bu gün, 08:48 Avropa və Konfrans Liqalarında günün oyunları keçirildi - NƏTİCƏLƏR Bu gün, 08:48 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi Bu gün, 08:48 Günel Zeynalovanın atası : "Allah qarşısına namuslu adam çıxartsın" Bu gün, 02:48 Nigar Camal: "Elə bilirsiniz ki, bunu edəndə Allah sizi sevəcək?" Bu gün, 01:48 Məleykə Əsədovadan İranda vəfat edən bacısı qızı ilə bağlı paylaşım Bu gün, 00:48 Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər Bu gün, 00:48 Azərbaycan XİN: AQEM-in VII Zirvə Görüşü regional dialoqun inkişaf etdirilməsində mühüm mərhələdir Bu gün, 00:48 Soyuq havada başınızı çiyinlərinizə çəkirsinizsə, diqqətli olun! Bu gün, 00:48 Hollivud aktyoru qadınlara təcavüzdə ittiham edilir Dünən, 23:48 Rəqsanə İsmayılova: "Bu gün həmin Xalq artistləri mənim fanatlarımdır" Dünən, 23:48 Ukrayna kapitulyasiya edəcək? - Kiyevdən kritik açıqlama Dünən, 23:48 Murat Bozla Demet Özdemirin xilas edilmə anları Dünən, 23:48 Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı Dünən, 23:48 Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub? Dünən, 22:48 ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb Dünən, 22:48 AAYDA İdarə Heyətinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclası keçirilib Dünən, 22:48 Amina: "Hər bir dində müəyyən dərəcədə narsizm var" Dünən, 22:48 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir Dünən, 21:49 Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:49 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb Dünən, 21:48 İdmanı dayandıranda əzələlər piyə çevrilir? - Professor açıqladı Dünən, 21:48 Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib Dünən, 21:48 Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb Dünən, 21:48 Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb Dünən, 21:48 Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar? Dünən, 20:49 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib Dünən, 20:48 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi Dünən, 20:48 Azərbaycan bu ölkələrə milyonlarla yumurta satır - SİYAHI Dünən, 20:48 SEPAH: Hörmüz boğazında qayda pozan neft tankerində yanğın baş verib Dünən, 20:48 Nazirlər Kabinetindən "Azərişıq" və "Azərenerji" ödənişləri ilə bağlı YENİ QƏRAR Dünən, 19:48 Deputat: "AQEM-ə sədrliyin uzadılması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir" Dünən, 19:48 İpoteka ilə alınan ev sahibinin vəfatından sonra kredit borcu kimə qalır? Dünən, 19:48 "ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi müzakirə edilib Dünən, 19:48 Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK - Yeni ilə qədər... Dünən, 18:48 Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib Dünən, 18:48 Fyodor Şukin Dağıstanın rəhbəri seçilib Dünən, 18:48 Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb Dünən, 18:48 Kənd yumurtası BAHALAŞIB - Qiymət artımının səbəbləri açıqlandı Dünən, 18:48 Cəbrayılda GES tikintisinə icazə alınması müddəti uzadılıb Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR