16-12-2024, 11:36 463

Suriya: Gərginliklərin mərkəzi və beynəlxalq güc mübarizəsi - ANALİZ

Suriyada 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsi nəhayət, ötən həftə məntiqi sonluğuna çatdı. Suriyanın siyasi tarixində dərin iz buraxmış Əsəd ailəsinin 53 illik, Baas partiyasının isə 61 illik hakimiyyətinə son qoyuldu. 2011-ci ildə - "Ərəb baharı" dalğasının bir hissəsi kimi ölkədəki avtoritar idarəçiliyə qarşı xalq narazılıqları ilə başlayan etirazlar tədricən bölgədəki ən mürəkkəb və qlobal təsir gücünə malik böhranlardan birinə çevrilib. İlkin olaraq daxili siyasi böhran kimi görünən bu münaqişə, qısa müddətdə müxtəlif qrupların, regional güclərin və beynəlxalq aktorların iştirak etdiyi çoxsəviyyəli müharibəyə səbəb olub, güc balansını pozub. Bu prosesdə Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşması, Suriya Milli Ordusu, kürdlərin Milli Birlik Partiyası – PYD, onun hərbi qanadı YPG qüvvələri və digər qruplaşmalar arasında ərazilərə və strateji məntəqələrə nəzarət uğrunda mübarizə başlayıb.

Sonrakı müddətdə ABŞ, Rusiya və Türkiyə kimi beynəlxalq aktorların iştirakı ilə münaqişənin miqyası böyüyüb. ABŞ regionda kürdləri dəstəkləmək və İŞİD-ə qarşı mübarizə aparmaq, Rusiya Bəşər Əsədi hakimiyyətdə saxlamaq, Türkiyə isə sərhədlərin təhlükəsizliyini təmin etmək və PKK ilə əlaqəli qüvvələri məhdudlaşdırmaq üçün Suriyaya müdaxilə edib. Bundan ən çox əziyyət çəkənlər isə sadə insanlar olub. Belə ki, münaqişə dağıdıcı humanitar nəticələr doğurub, milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb, onlara humanitar yardım isə bölgədəki gərginlik səbəbindən məhdudlaşdırılıb.

Suriyada on ildən artıqdır ki, davam edən münaqişə, ölkə daxilində müxtəlif güc mərkəzləri arasında davamlı mübarizə ilə xarakterizə olunur. Bu münaqişənin əsas aktyorları Bəşər Əsəd rejimi, Heyət Təhrir əş-Şam qruplaşması, Suriya Milli Ordusu və kürd silahlı qüvvələridir. Hər bir qrupun münaqişədə fərqli məqsədləri, strategiyaları və xarici dəstəkçiləri mövcuddur ki, bu da ölkədəki güc balansını daima dəyişib, hərbi qarşıdurmaların sona çatmasını çətinləşdirib. Bu illər ərzində Suriya hakimiyyəti ölkənin əhəmiyyətli hissəsinə nəzarət etməyi bacarıb, bunun üçün İran və Rusiyadan hərbi və maliyyə dəstəyi ilə alıb, həm daxili, həm də beynəlxalq səviyyədə mövqelərini gücləndirib. İran Bəşər Əsəd rejimini bölgədəki strateji maraqlarının qorunması üçün əsas tərəfdaş hesab etdiyindən onu həm siyasi, həm də hərbi səviyyədə dəstəkləyib. Rusiya isə rejimin beynəlxalq səviyyədə legitimliyini qorumaq və Suriyadakı hərbi bazalarını təmin etmək məqsədilə ona güclü hərbi dəstək verib. Odur ki, hakimiyyət hərbi əməliyyatlar vasitəsilə müxalif qüvvələri zəiflədib, Suriyanın Dəməşq, Hələb və Hama kimi böyük şəhərlərini yenidən nəzarət altına alıb. Bununla belə, ölkənin şimal-qərbinə nəzarət rejim üçün hələ də ciddi problem olaraq qalıb.

Heyət Təhrir əş-Şam qruplaşmasına gəlincə isə o Suriyada fəaliyyət göstərən ən güclü silahlı müxalifət qruplarından biridir və ölkənin əsasən İdlib vilayətində mövqelərini qoruyur. Qruplaşma radikal dini ideologiyaya əsaslanır və beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınır. Onun məqsədi Suriyada İslam dövləti qurmaqdır. Qrup hərbi gücü və təşkilatlanması ilə müxalifət düşərgəsində ən təsirli qüvvələrdən birinə çevrilib. O, həm rejimin qüvvələri ilə, həm də digər müxalif qruplarla intensiv mübarizə aparır. Bununla belə, Heyət Təhrir əş-Şamın daxilində müəyyən gərginlik mövcuddur və onun uzunmüddətli fəaliyyətini şübhə altına qoyur.

Sevinc Gülməmmədova
Sevinc Gülməmmədova

Suriya Milli Ordusu isə əsasən Türkiyənin dəstəklədiyi müxalif qüvvələrdən ibarət bir koalisiyadır. Bu qrup Suriyanın şimalında rejimə və kürdlərin Milli Birlik Partiyasına qarşı mübarizə aparır. Türkiyənin məqsədi sərhəd bölgələrini təhlükəsiz saxlamaq və PYD-nin təsirini məhdudlaşdırmaqdır. Suriya Milli Ordusu xüsusilə "Fərat qalxanı" və "Barış Pınarı" əməliyyatlarında Türkiyənin əsas müttəfiqi kimi fəaliyyət göstərib. O müxtəlif müxalif qrupların birləşməsindən formalaşdığı üçün daxildə bir sıra çətinliklərlə üzləşir, buna baxmayaraq şimalda xeyli ərazini nəzarətdə saxlayır.

YPG Suriyanın şimal-şərqində fəaliyyət göstərir və ABŞ-ın dəstəyi ilə güclü mövqelər əldə edib. Qrupun əsas məqsədi Suriyanın şimalında muxtariyyət əldə etməkdir və onlar İŞİD-ə qarşı mübarizədə ABŞ-ın ən güclü müttəfiqi olub. Bununla belə, Türkiyə bu qüvvəni Kürd Fəhlə Partiyası - PKK-nın davamı hesab edir və onun təsirini məhdudlaşdırmaq üçün müxtəlif hərbi əməliyyatlar həyata keçirib. Hazırda kürdlərin Milli Birlik Partiyası özünüidarəetmə strukturlarını gücləndirmək üçün çalışır və həm rejimin qüvvələri, həm də Türkiyə ilə qarşıdurma vəziyyətindədir.

ABŞ-ın Suriyadakı əsas maraqları terrorizmə qarşı mübarizə aparmaq, xüsusilə İŞİD-i məğlub etmək və bölgədəki strateji mövqelərini qorumaqdır. Rəsmi Vaşinqton bunun üçün YPG-ni dəstəkləyir, onlarla sıx əməkdaşlıq edir, kürdlərin Milli Birlik Partiyasını Suriyada sabitliyin təminatçısı kimi görür və bu qüvvələr vasitəsilə Suriyanın şimal-şərqində nəzarət etdiyi ərazilərdə muxtariyyət yaratmağa çalışır.

ABŞ-ın kürdlərə dəstəyi Türkiyə ilə münasibətlərdə ciddi gərginliyə səbəb olub. Türkiyə YPG-ni PKK-nın davamı hesab edir və milli təhlükəsizliyinə birbaşa təhdid kimi görür. Son nəticədə kürdlərə hərbi və maliyyə yardımları, Vaşinqton və Ankara arasındakı strateji tərəfdaşlığı zəiflədib. Bundan başqa, ABŞ-ın Suriya siyasətindəki qeyri-müəyyənlik, məsələn, qoşunların Suriyadan çıxarılması ilə bağlı qarışıq mesajlar, bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirir.

Rusiya isə Suriyadakı münaqişədə Bəşər Əsəd rejiminin əsas beynəlxalq müttəfiqi olub. Şimal qonşumuzun hərbçilərinin 2015-ci ildə postsovet məkanı hüdudlarından kənarda keçirdikləri ilk hərbi əməliyyat hesabına Suriyadakı rejimin mövqeləri güclənib və hakimiyyətin dağılmasının qarşısı alınıb. Rusiyanın Suriyadakı əsas maraqları hərbi-strateji və iqtisadi xarakter daşıyır. Tartus və Hmeymimdəki hərbi bazaları Rusiyanın Aralıq dənizindəki strateji maraqlarını qorumaq üçün həyati əhəmiyyətə malikdir. Odur ki, rəsmi Moskva Bəşər Əsəd rejiminin siyasi və hərbi mövqelərini qorumaq üçün hərbi əməliyyatlara və hava hücumlarına geniş şəkildə dəstək verib, eyni zamanda, Moskva, münaqişənin həlli üçün danışıqlar masasında qalmaq istədiyindən Astana prosesi kimi təşəbbüslərdə fəal iştirak edib.

Türkiyə Suriya Milli Ordusuna dəstək verərək, bu ölkənin şimal bölgələrində "təhlükəsiz zonalar" yaratmağa çalışır. Fərat Qalxanı, Zeytun Budağı və Barış Pınarı kimi hərbi əməliyyatlar vasitəsilə Türkiyə PYD və YPG-nin sərhəd bölgələrində mövqelərini zəiflədib və qaçqınlar üçün təhlükəsiz ərazilər yaratmağa çalışıb. Bununla yanaşı, Türkiyə, Suriyanın şimal-qərbindəki İdlib bölgəsində mövqelərini qorumaq üçün aktiv hərbi fəaliyyət göstərir.

Bu arada, Türkiyə-Rusiya münasibətləri Suriyada maraqlı bir dinamikaya malikdir. İki ölkə müəyyən məsələlərdə əməkdaşlıq etsə də, İdlibdəki vəziyyət və kürd silahlılar kimi mövzularda gərginlik davam edir. Rəsmi Ankaranın Astana prosesində iştirakı onun Suriyadakı güclü mövqeyini göstərsə də, Moskva ilə davamlı rəqabətə səbəb olur.

Rusiyanın Ukrayna ilə apardığı müharibə birincinin hərbi və maliyyə resurslarını əhəmiyyətli dərəcədə azaltdığından rəsmi Moskva Bəşər Əsəd rejiminə verdiyi dəstəyi məhdudlaşdırmağa, Suriyadakı bəzi hərbi qüvvələrini Ukraynaya yönəltməyə məcbur olub. Bu isə Suriyadakı rejimin həm müxalif qüvvələr, həm də regional güclər qarşısında zəifləməsinə gətirib çıxarıb. Bununla da, münaqişənin mərkəzi olan Şam şəhəri ətrafındakı hərbi qüvvələrin müdafiə potensialının azalması rejimə qarşı daxili təzyiqləri nəzərə çarpacaq dərəcədə artırıb.

İran Bəşər Əsəd rejiminin əsas regional müttəfiqi kimi çıxış etsə də, onu həm siyasi, həm də hərbi səviyyədə dəstəkləsə də, son vaxtlar İsraillə artan qarşıdurma fonunda Suriyadakı təsir gücü zəifləyib. İsrail İranın Suriyada qurduğu hərbi infrastrukturu birbaşa təhlükə kimi qiymətləndirir və bu mövqelərə hava zərbələri endirməkdə davam edir. Son nəticədə İranın Suriyadakı fəaliyyəti məhdudlaşıb və rəsmi Tehran diqqətini sərhədlərinin təhlükəsizliyinə yönəldib. Eyni zamanda, İranın daxilindəki siyasi narazılıqlar və iqtisadi çətinliklər onun Suriyadakı rejimə davamlı dəstək göstərməsini çətinləşdirib, Şamda rejimin daha da təcrid olunmasına gətirib-çıxarıb.

Son illər İranla yanaşı, Rusiyanın da diqqətinin başqa münaqişələrə yönəlməsi Əsəd rejiminin Şamdakı nəzarətini ciddi şəkildə zəiflədib. Müxalif qüvvələr, xüsusilə Heyət Təhrir əş-Şam və Suriya Milli Ordusu rejimin zəifləyən mövqelərindən istifadə etməyə, daxili müdafiə xətlərini sarsıdan əməliyyatlar həyata keçirməyə çalışıb. Onların irəliləməsi və beynəlxalq güclərin göstərdiyi təzyiqlər, rejimin sıradan çıxmasını sürətləndirib.

Bəşər Əsəd devrilsə də, Suriyada vəziyyətin düzəldiyini, münaqişəyə son qoyulduğunu demək olmaz. Eskalasiyalar nəticəsində artan mülki itkilər, qaçqın axını və infrastrukturun məhv edilməsi ölkənin sosial-iqtisadi vəziyyətini daha da pisləşdirir. BMT və digər beynəlxalq təşkilatların göstərdiyi humanitar yardımlara baxmayaraq, təhlükəsizlik problemləri bu yardımların effektivliyini məhdudlaşdırır. Nəticə olaraq, münaqişənin həlli üçün kompleks və davamlı diplomatik səylər tələb olunur. Ölkədə bütün hərbi qarşıdurmaların sona çatması və sülhün bərqərar olunması, yalnız daxili qüvvələr arasında dialoq və beynəlxalq səviyyədə genişmiqyaslı əməkdaşlıq hesabına mümkün ola bilər. Lakin indiki vəziyyət Suriyanın hələ uzun müddət qeyri-sabitlik içində qalacağını göstərir. Ölkənin gələcəyi, daxili və beynəlxalq aktyorların addımlarından, maraqlarının uyğunlaşdırılmasından çox asılıdır.

Baku.TV-nin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Sevinc Gülməmmədova

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR