19-12-2024, 11:07 407

Azərbaycanın məhv edilən tarixi abidələri – UNESCO Ermənistana faktaraşdırıcı missiya göndərəcəkmi? - ŞƏRH

Azərbaycan xalqına məxsus maddi və qeyri-maddi irs 30 illik işğal nəticəsində talan olunub, dağıdılıb və mənimsənilib. Təəssüflər olsun ki, istər işğal illərində, istərsə də sonrakı illərdə heç bir beynəlxalq təşkilat, dövlət bu məsələyə nəinki toxunub, əksinə, işğalçının hərəkətlərinə dəstək nümayiş etdirib.

Ermənistanla Azərbaycan arasında yaşanan münaqişənin həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri – ABŞ və Fransa bu sırada xüsusilə ermənipərəst mövqe nümayiş etdirib.

Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti bunları araşdırmaq, erməni vandalizminin nəticələrini, Azərbaycanın mədəni irsinin talan edilməsini qələmə almaq və bunun üçün bu ərazilərə səlahiyyətli missiya göndərməklə bağlı müraciətlər etsə də, buna hələ ki reaksiya yoxdur.

Ötən gün də müvafiq müraciətlərdən biri edilib. Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri UNESCO-nun Baş direktoru Odri Azuleyə açıq məktub ünvanlayıblar. Qeyd olunub ki, Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində Qərbi Zəngəzur, Qafan, İrəvan, Göyçə, Nüvədi, Vedi və digər bölgələrdə Azərbaycan xalqının mədəni irsi məhv edilib, mənimsənilib.

Məsələn, İrəvanda yerləşən Dəmirbulaq məscidi 1990-cı illərin əvvəllərində buldozerlə dağıdılıb, XVI əsrə aid Sərdar məscidi isə bir neçə mərhələdə məhv edilib. Qala məscidi, Şah Abbas məscidi, Təpəbaşı məscidi, Zal Xan məscidi, Sərtib Xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər bəy məscidi, Rəcəb Paşa məscidi, Məhəmməd Sərtib Xan məscidi, Hacı İnam məscidi və Ermənistan ərazisində yerləşən 300-dən artıq digər dini və mədəni abidələri eyni aqibətlə üzləşib.

Bundan əlavə, Ermənistan ərazisində Aşağı Şorca, Qullubulaq, Saral və Ağadada kimi 500-dən artıq Azərbaycan qəbiristanlığı təhqir edilərək dağıdılıb.

Azərbaycan QHT-ləri bunu qəbuledilməz sayıb, bildiriblər ki, bu genişmiqyaslı kampaniya yalnız fiziki dağıntılarla məhdudlaşmayaraq, Azərbaycan kəndlərinin tarixi adlarının da tamamilə dəyişdirilməsi və erməni adları ilə əvəzlənməsi ilə müşayiət edilib: “Ermənistan ərazisində qalan yeganə məscid - İrəvandakı Göy Məscid saxtalaşdırılaraq “fars məscidi” kimi təqdim edilir”.

Məktubda xüsusi qeyd edilir ki, Azərbaycanın QHT nümayəndələri UNESCO-dan Ermənistan ərazisinə faktaraşdırıcı missiya göndərməsini, xalqımıza məxsus mədəni irsin vəziyyətini monitorinq etməsini və sənədləşdirməsini, Ermənistandan UNESCO sənədləri də daxil olmaqla, beynəlxalq konvensiyalar çərçivəsində mədəni irsin qorunması üzrə öhdəliklərinə əməl etməsinin tələb olunmasını bir daha xahiş edir.

Ermənistan tərəfi də dəfələrlə faktları saxtalaşdıraraq Qarabağda “erməni mədəni-tarixi irsinin dağıdıldığını" iddia edib. Maraqlıdır ki, Azərbaycan mədəni irsinin dağılması, özü də 30 illik tarixinin UNESCO-da, yumşaq desək, soyuqqanlılıqla qəbul edildiyi halda, ermənilərin bir-iki illik “yaratdığı problem” UNESCO-nun diqqət mərkəzinə düşür.

Xatırladaq ki, UNESCO-nun ən vacib sənədlərinə əsasən, “mədəniyyət xalqların mədəni irslərində əksini tapmış mədəni müxtəliflik” deməkdir. Bir sözlə, UNESCO-nun ən vacib öhdəliklərindən biri xalqlara məxsus olan mədəni irsin, xristian, müsəlman, türk, Avropa mədəniyyətindən asılı olmayaraq, qorumaqdan ibarətdir. Bu cür yanaşmanın olmadığı və irs anlayışına ikili standart tətbiq edildiyi halda, bu beynəlxalq təşkilat Nizamnaməsinə aid funksiyaları tam yerinə yetirə bilməz və bununla vəzifələrini icra etməkdən qaçmış olur.

Yeri gəlmişkən, bu yaxınlarda ABŞ Dövlət Departamenti Ermənistandakı səfirliyi vasitəsilə 2025-ci il üçün mədəniyyətin qorunub saxlanılması barədə növbəti proqram və qrant layihəsi ilə çıxış edib. Proqramda diqqət çəkən məqamlardan biri odur ki, səfirlik Qarabağdan könüllü çıxan erməni sakinlərlə bağlı qeyri-maddi irsin saxlanması layihələrinin təqdim edilməsini təşviq edir.

Hətta hər bir layihəyə 500 min ABŞ dollarınadək vəsait də ayrılır. “Report” bu məsələyə həsr etdiyi məqalədə bu məsələni analiz edib. Qeyd olunub ki, əslində, Birləşmiş Ştatların Ermənistan ərazisində maddi-mədəniyyət abidələrinin qorunub saxlanması, bərpası istiqamətində apardığı işlər təəccüb doğurmamalıdır. Analoji tədbirlər bütün ölkələrdə həyata keçirilir.

Sadəcə ABŞ-nin Ermənistandakı səfirliyi vasitəsilə əzəli Azərbaycan torpağında erməni irsinin qorunması ilə bağlı layihələrin proqrama daxil etməsi riyakarlıq və təxribatın bariz nümunəsidir. Bunu təsdiq edən daha bir məqam erməni lobbisinin təsiri altında olan Bayden administrasiyası və ABŞ-nin İrəvandakı səfirliyinin Qərbi Azərbaycan ərazisində min illərlə yaşayan 300 min azərbaycanlıya məxsus tarixi, maddi, mədəni abidələrin qorunması ilə bağlı heç bir təşəbbüslə çıxış etməməsidir.

Bununla bağlı tam məlumat almaq üçün “Report” ABŞ-nin Azərbaycandakı səfirliyinə Ermənistandan qovulmuş azərbaycanlıların mədəni irsinin araşdırılması və qorunması ilə bağlı layihələr barədə müvafiq sorğu da göndərib.

Qərb unutmamalıdır ki, tarixən türk torpaqları olan Qərbi Azərbaycanda dağıdılan tarixi və dini abidələrimizin sayı yüzlərlədir. Rəsmi Bakı da dəfələrlə bu məsələni qabardıb. Təqdim edilən faktlar və rəqəmlər sadəcə erməni vandalizminin bir hissəsidir.

Bununla belə, elə sadalanan faktlar da məsələyə aydınlıq gətirə bilər. Sadəcə, bu faktları Qərb dövlətləri diqqətə alsa, yaxşı olardı. Əks təqdirdə, bu, onun qərəz və ikili yanaşmasının növbəti təzahürü kimi qiymətləndirilə bilər.

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR