
Cəlilabadda oteldə baş verən yanğın söndürülüb.
Bu barədə "AVESTA.AZ"un sorğusuna cavab olaraq Fövqaladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayon ərazisində fəaliyyət göstərməyən ikimərtəbəli hotelin 2-ci mərtbəsində bir otaqda yanğın qeydə alınıb:
"Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb".
Cəlilabad şəhərindəki "Göl" hotelində yanğın başlayıb.
"AVESTA.AZ"un Muğan bürosunun məlumatına görə, hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.