4-10-2022, 08:02 670

Peru mətbuatında Ermənistanın son hərbi təxribatı barədə danışılıb

Perunun aparıcı mətbu orqanlarından olan “La Republica” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları ilə bağlı müsahibəsi dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən “AVESTA.AZ”a bildirilib ki, müsahibədə sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində Ermənistanın silahlı qüvvələri tərəfindən törədilən irimiqyaslı hərbi təxribatlar barədə məlumat verilib. Bu təxribatın son iki ayda Ermənistanın silahlı qüvvələri tərəfindən həyata keçirilən silsilə hərbi təxribatların davamı, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın kobud şəkildə pozulması olduğu vurğulanıb.

Müsahibədə Azərbaycan Ordusunun mövqelərinin intensiv atəşə tutulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilərin olduğu, hərbi infrastruktura ciddi zərər vurulduğu bildirilib.

Məqalədə həmçinin, Ermənistanın 2020-ci ildə tərəflər arasında imzalanmış Üçtərəfli Bəyanata məhəl qoymayaraq öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, torpaqlarımzı minalamaqla irimiqyaslı təxribat və terror aktları həyata keçirdiyi və bununla da humanitar hüququn müddəalarını kobud şəkildə pozduğu qeyd olunub və Ermənistanın bu cür işğalçılıq fəaliyyətlərinin regionda münasibətlərin normallaşdırılması prosesini ləngitmək məqsədi daşıdığı vurğulanıb.

Müsahibə zamanı keçmiş münaqişənin tarixi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazilərini 30 illik erməni işğalından azad etdiyi 44 günlük Vətən Müharibəsinin nəticələri, torpaqlarımızın dağıdılması, talan edilməsi, kütləvi şəkildə minalanması barədə məlumat verilib.

Müsahibədə Azərbaycanın regionda hərbi eskalasiyada maraqlı olmadığı və hər zaman münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı olduğu vurğulanıb və Azərbaycanın Ermənistanı beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmət etməyə çağırdığı qeyd olunub.

Müsahibədə həmçinin, ölkə rəhbərliyi tərəfindən işğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa işləri, o cümlədən Azərbaycanla Ermənistan arasındakı sərhədlərin delimitasiyası və demarkasiyası, regional kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanması istiqamətində atdığı konstruktiv addımlardan bəhs edilib.

Sonda təmsilçimiz Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzünün davam edən normallaşma və sülh prosesinə tamamilə zidd olduğunu, həmçinin Qafqaz regionunda təhlükəsizlik və sabitliyə təhdid yaratdığını vurğulayıb.

Paylaş

Xəbər lenti

Gəncədə 33 yaşlı kişi bıçaqlanıb Bu gün, 09:48 Muxtar Babayev: İqlim dəyişikliyi fermerlərin istehsal şəraitinə təsir edir Bu gün, 09:48 39 yaşlı qadın bıçaqlandı - Şübhəli qardaşıdır Bu gün, 09:48 Apteklərdən pulsuz dərmanları nə vaxtdan ala biləcəyik? - RƏSMİ Bu gün, 09:48 51 yaşlı aktyor anasının yanında dəfn olundu Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq Bu gün, 09:48 Bakıda ilk beynəlxalq etik haker konfransı – CyberHackCon 2026 keçiriləcək Bu gün, 09:48 Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimləri Xankəndiyə səfər ediblər Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 108 dolları ötüb Bu gün, 09:48 Xalq artisti Aleksandr Şarovski vəfat edib Bu gün, 09:48 Bakıda və rayonlarda İŞIQ SÖNƏCƏK - Saat 10:00-dan etibarən... Bu gün, 08:48 SEPAH ABŞ-nin iki esminesi və 8 neft tankerinə zərbə endirib Bu gün, 08:48 "Real Madrid" "İnter"lə oyunda çətin qələbə qazandı Bu gün, 08:48 Zərdabda DƏHŞƏTLİ QƏZA: 5 nəfər yanaraq ölüb - ADLAR Bu gün, 08:48 Üç milyardlıq plan: İsraillə Yunanıstanın hərbi əməkdaşlığı region üçün nə vəd edir? Bu gün, 08:48 Zubirin yeni klubunda gözlənilməz problem yarandı Bu gün, 08:48 Yüksək sürət yenə CAN ALDI Bu gün, 00:48 Sonuncu "Miss Avstriya" müsabiqəsinin qalibi 22 yaşında vəfat etdi Bu gün, 00:48 Karni: ABŞ ilə razılaşma yalnız hər iki tərəfin maraqları nəzərə alınmaqla mümkündür Dünən, 23:48 UFC reytinqləri yeniləndi: Rafael Fiziyev ilk onluğa qayıtdı Dünən, 23:48 Azərbaycan atleti Tehran Məmmədov tələbələr arasında dünya çempionatında qızıl medal qazanıb Dünən, 23:48 ABŞ İranın aviasiyasına qarşı sanksiyalar tətbiq etdi Dünən, 23:48 "Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq Dünən, 23:48 Böyük Britaniya İrana qarşı sanksiyaları sərtləşdirəcək Dünən, 22:48 İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq Dünən, 22:48 SEPAH Hörmüz boğazında ABŞ-yə məxsus sualtı aparatı ələ keçirib Dünən, 22:48 Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib Dünən, 22:48 Həkim göstərişi olmadan uşaqlara vitamin verməyin hansı təhlükələri var? Dünən, 22:48 "Hizbullah"ın məğlubiyyəti və İranın sükutu Dünən, 21:48 "Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib Dünən, 21:48 ABŞ İran aviasiyası ilə əlaqəli 36 qurum və şəxsə qarşı sanksiyalar tətbiq edib Dünən, 21:48 Bakının yollarında görünməyən təhlükə: Asfalt örtüyünün altında nə baş verir? Dünən, 21:48 Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb Dünən, 20:48 Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib Dünən, 20:48 Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib Dünən, 20:48 Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir Dünən, 20:48 AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb Dünən, 20:48 Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır Dünən, 19:48 Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər həyatını itirdi Dünən, 19:48 Serbiya uzaqmənzilli ballistik raket istehsal edəcək Dünən, 19:48 ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır Dünən, 19:48 Putin və Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər Dünən, 19:48 Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib Dünən, 18:48 Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə bağlı qərar verib Dünən, 18:48 Dövlət büdcəsinin gəlirləri AÇIQLANDI Dünən, 18:48 Avropa avtomobil sənayesinin çöküşü ilə üz-üzədir Dünən, 18:48 İpoteka və Kredit Zəmanət Fondunun yeni sədri kollektivə təqdim edilib Dünən, 17:48 Bu ərazi üzrə PENSİYALAR VERİLDİ Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR