
Xüsusi hərbi əməliyyat başlayandan bugünədək Ukraynanın 2911 hərbi obyekti məhv edilib.
Avesta.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov müharibənini 15-ci günü ilə bağlı mediaya açıqlamasında deyib.
“Məhv edilən hərbi obyektlər arasında 97 təyyarə, 107 PUA, 141 HHM zenit-raket kompleksi, 86 radiolokasiya məntəqəsi, 986 tank və digər zirehli hərbi maşın, 107 reaktiv yaylım atəşli sistem, 368 artilleriya və minaatan, 749 xüsusi avtomobil var”, - general bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.