2-01-2025, 15:19 453

Prezident 2025-ci ilin prioritetini elan etdi - “Böyük Qayıdış proqramı”nın icrası sürətlənəcək - ŞƏRH

Azərbaycan Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində əldə olunan uğurların yalnız bəzilərini sadaladı. İl ərzində görülən işlərin statistikasını sadalayan Prezident bəyan etdi ki, 2024-cü ili uğurla başa vururuq və qarşıya qoyulan bütün məsələlər öz həllini tapıb. Ən mühüm uğurlardan biri şübhəsiz ki, ötən il Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı işlərin uğurla getməsi ilə bağlı olub.

“Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır”, - Prezident vurğulayıb.

2025-ci ildə işğaldan azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işləri 4 milyard manat məbləğində vəsaitin ayrılması da nəzərdə tutulur. 2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunub ki, 2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq məqsədləri üçün 17,5 mlrd. manata yaxın vəsait ayrılıb.

Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan torpaqlarının işğaldan azad olunmasının sevincini və qürurunu yaşayır. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızı işğaldan azad etdi və hazırda da qarşıda dayanan əsas vəzifə azad olunmuş ərazilərdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Artıq böyük inkişafın təməlləri atılır və məqsəd də regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. Bütün dünya 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda canlanmanın və məskunlaşmanın şahididir.
Əvvəlki illərdə olduğu kimi, 2024-cü il də Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə növbəti səfəri də bir sıra vacib layihələrə start verilməsi və əhəmiyyətli layihələrin reallaşması ilə yadda qaldı.

2024-cü ildə “Böyük Qayıdış”a dair I Dövlət Proqramının icrası istiqamətində görülən işlər həqiqətən də fantastikdir. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, şəhərlərin, kəndlərin yenidən tikilməsi, əhalinin “Böyük Qayıdış”a dair I Dövlət Proqramına əsasən məskunlaşdırılması, həmin bölgələrdə sosial-iqtisadi infrastrukturun yaradılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə işlər 2024-cü ildə də yüksək sürətlə və keyfiyyətlə davam etdirilib. Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanış olub, yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edib.

Bərpa-quruculuq işlərində fantastik sürət

Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərə 2024-cü ildə ilk səfərini fevralın 26-da Xocalı şəhərinə edib. Prezident İlham Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, sonra Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, sakinlərlə birlikdə şəhərdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub. Qeyd edək ki, 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Aprelin 25-də Ağdamın Xıdırlı kənd tam orta məktəbin təməli qoyulub. Mayın 10-da – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə də Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfər edib. Dövlətimizin başçısı bu səfərdə Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilmiş birinci tunelin, Şuşada “Şirin su” hamamının, Mamayı məscidinin açılışlarında iştirak edib, şəhərdə inşa olunacaq üçüncü yaşayış kompleksinin və Turşsu qəsəbəsinin təməllərini qoyub.
Bu səfəri daha əlamətdar edən hadisə isə Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub. Görüşdə diqqətə çatdırılıb ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksində 450 mənzil var. Şuşaya ilk köç edən ailələrlə görüşən dövlətimizin başçısı mənzillərin açarlarını sakinlərə təqdim edərək deyib: “Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək”.

Laçın rayonunun Sus kəndində 60-a yaxın fərdi ev tikilib, 132 şagird yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının açılışlarını edib. Qeyd edək ki, “Böyük Qayıdış”a dair I Dövlət Proqramına uyğun olaraq indiyədək Laçın şəhərində 552 ailə məskunlaşıb və 2031 laçınlının yurd həsrəti sona çatıb. Həmçinin Dövlət Proqramına əsasən rayonun Sus kəndinə 59 ailənin (214 sakin), Zabux kəndinə isə 217 ailənin (823 sakin) köçürülməsi təmin olunub.

Mayın 18-də Şərqi Zəngəzura səfər edən Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin, Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməllərini qoyub, “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib. Qeyd edək ki, 2040-cı ilədək Mincivan qəsəbəsində 9088 nəfər üçün 630 fərdi ev və yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Azərbaycan ilə İranın dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Bu hidroqovşaqlar həm yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin edilməsində, həm də əkin torpaqlarının suvarılmasında xüsusi rol oynayacaq.

On gün sonra dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizə yenidən səfər edib, Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinin təməllərini qoyub. Sonra Prezident İlham Əliyev Xocalıda 180 mənzildən ibarət 15 binada yaradılan şəraitlə tanış olub, şəhərə köçən sakinlərlə görüşüb, evlərin açarlarını onlara təqdim edib.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə növbəti səfəri sentyabrın 2-də Kəlbəcər rayonuna olub. Dövlətimizin başçısı Tərtər çayı üzərində yerləşən 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının (SES) açılışını edib. İşğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində strategiyaya uyğun olaraq tikilən bu stansiya Vətən müharibəsində Qələbəmizdən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir.

Dövlətimizin başçısı bu səfər çərçivəsində Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin və inzibati binanın, həmçinin İstisu qəsəbəsinin təməllərini qoyub, 524 ailəlik yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olub, “İstisu” mineral su zavodunun, 110/35 kV-luq “İstisu” yarımstansiyasının, 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının (KSES-in) və 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışlarında iştirak edib və rayon sakinləri ilə görüşüb.

Bərpa olunan Qarabağ və Şərqi Zəngəzur

Azərbaycan Prezidentinin Qarabağa və Şərqi Zəngəzura hər səfəri zamanı yeni müəssisələrin təməli qoyulur, hazır olanların açılışları edilir. Dövlətimizin başçısının sentyabrın 19-20-də Qarabağa növbəti səfəri də bu baxımdan yaddaqalan olub. Prezident İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlini qoyub, Kəngərli kəndində və Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılış mərasimlərində iştirak edib. Bu parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin məşğulluğunun artırılmasıdır.

Sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin və bu ali məktəbin tələbə yataqxanasının təmirdən sonra açılış mərasimi baş tutub. Oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak edib. Dövlətimizin başçısı, həmçinin Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, rayonda “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməllərini qoyub.

Bu səfər çərçivəsində Zəngilan rayonunda da olan Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışlarında iştirak edib, Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub, 104 mənzilli yaşayış və istirahət komplekslərində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

4 Oktyabr – Cəbrayıl Şəhəri Günündə Prezidenti İlham Əliyev rayon mərkəzində inşa olunmuş yaşayış kompleksinin açılışı olub. Qeyd edək ki, ümumi sahəsi 7,9 hektar olan bu kompleksdə tikilmiş beşmərtəbəli və dördmərtəbəli 33 yaşayış binasında 712 mənzil var.

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. Yaxın üç ildə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir. Əminliklə deyə bilərik ki, əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurları artmaqda davam edəcək.

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR