8-01-2025, 15:17 480

İslam dünyasında dəstəklənməyən Tehran - səhvlərini təkrarlayan İran - ANALİZ

İrandakı hakimiyyət müsəlman dövlətləri tərəfindən nə dəstəklənir, nə də müdafiə olunur. Çünki o, islam dünyasında daim ayrı-seçkilik edir. Yaxud, özünün siyasi-ideoloji maraqlarını üstün tutur. Bu da nəticədə beynəlxalq miqyasda Tehran hakimiyyətinin tək qalması ilə sonuclanır.

Müstəqilliyini bərpa edəndən İslam Respublikası Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib. Fürsət düşəndə isə ona zərbə endirib.

Tehranın kəmfürsət əməllərinin sayını sadalamaqla bitməz. Suriyada baş verənlərin fonunda İranın anti-Azərbaycan, anti-Türkiyə, təriqətlərarası münasibətləri qızışdırmaqla bağlı bəzi faktları xatırlatmaq yerinə düşər:

- Şuşanın işğalında Tehran hakimiyyətinin rolu;

- Azərbaycan torpaqlarını işğal edən Ermənistana yanacaq, ərzaq və başqa yardımların edilməsi;

- İrana aid şirkətlərin Qarabağda separatçılar və terrorçularla birgə fəaliyyəti;

- 80-dən çox İran şirkətinin separatçılar tərəfindən “qeydiyyat”a alınması;

- işğal altında olan ərazilərdə bütün növ binaların sökülməsində, dağıdılmasında ermənilərlə birgə fəaliyyət göstərməsi;

- nəzarətdən kənar qalan Azərbaycan torpaqlarında separatçılarla birgə narkotik bitkilərin yetişdirilməsi, narkotik maddələrin qanunsuz yolla yayılması;

- Tarixi, dini abidələrin dağıdılmasına göz yumması;

- İrəvanda Göy məscidin və başqa abidələrin “fars mədəni irsi” kimi təqdimatına imkan verməsi;

- Birinci və İkinci Qarabağ müharibəsində erməni terrorçularla İran xüsusi xidmət orqanlarının əməkdaşlığı (ASALA-nın rəhbərlərindən biri olmuş beynəlxalq terrorçu Monte Melkonyanın Azərbaycan torpaqlarının işğalı zaman İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşü);

- 44 günlük müharibə zamanı Ermənistana hərbi texnika və avadanlığın İran ərazisindən ötürülməsi;

- bu müharibə zamanı və ondan sonra Azərbaycana qarşı təbliğat aparılması;

- Azərbaycan cəmiyyətini parçalamaq cəhdləri;

- Ayətullah Seyid Əli Xaməneinin xüsusi nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejatın Azərbaycan Respublikasında beşinci kolon yaratmaq istiqamətində fəaliyyəti;

- Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra da erməni separatizmini müdafiə etməsi;

- Zəngəzur yolunun açılmasına süni maneələr yaratması;

- Tehranın Bakıdakı səfirliyinin terror fəaliyyətinin ifşası;

- Azərbaycanın bu qonşu ölkədəki səfirliyinə terror hücumu və cinayətkarların hələ də cəzalanmaması;

- İranın COP-29 beynəlxalq iqlim konfransında hökumət başçısı səviyyəsində təmsil olunmaması (bununla Ermənistan və Fransa kimi davranıb);

- Yaxın Şərqdəki hadisələrlə bağlı Azərbaycan və Türkiyəni yersiz, əsassız ittiham etməsi;

- Ərdəbilin cümə imamı höccətülislam Həsən Amulinin Azərbaycan, Türkiyə əleyhinə təbliğat təşkil etməsi və s.

Seyid Əli Xaməneinin xüsusi nümayəndəsinin təşkil etdiyi tədbir müsəlman dünyasına, onun birliyinə zərb vurmaq cəhdidir. Bir neçə ay öncə İran rəsmiləri müsəlman birliyindən danışır, onları “ittihada” çağırırdı. Ancaq həmin çıxışlardan heç 40 gün keçməmiş təriqətlərarası qarşıdurma yaratmağa çalışıblar. Amuli Tehran hakimiyyətinin tərənnümçüsüdür. Bununla İranın islam birliyinə maneə olduğu da təsdiqlənir.

İslam Respublikası rəhbərliyi Qəzza zolağı, Livan və Suriyadakı uğursuzluqlarını qəbul edə bilmir. Bu cəbhələrdə dostları Çin və Rusiya İrandan imtina edib. Həmin məsələdə heç bir müsəlman dövləti onu müdafiə etmədi, çağırışlarına belə qoşulmadı. Göründüyü kimi, Tehran apardığı hikkəli siyasəti ilə təklənib. Belə bir şəraitdə isə pozuculuq fəaliyyəti ilə məşğul olmağa üstünlük verib. Amuli də bu işdə əsas rollardan birini oynayıb.

Tehran hakimiyyəti vədinə də xilaf çıxıb. O, Azərbaycana verdiyi sözə bir ildən artıqdır əməl etmir.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunu törədənin hələ də cəzalanmadığını vurğulayaraq deyib:

“İranın mərhum xarici işlər naziri, vertolyot qəzasında həlak olmuş cənab Abdullahian gəlib mənə söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək”.

Ancaq indiyədək İslam Respublikası bu vədinə əmələ etməyib.

Amuli qurduğu anti-Azərbaycan, anti-Türkiyə, anti-islam məclisində özünün və təmsil etdiyi hakimiyyətin də əxlaqını, tərbiyəsini nümayiş etdirib. Dövlət başçısı onlara cavab olaraq deyib: “Bu, eyni zamanda, mətbuatda həmin o təhqir kampaniyası ilə müşayiət olunurdu. Çünki bu, görünür, bəzi hakim dairələrin belə iş üslubudur. Əslində, təhqir gücsüzlüyün rəmzidir. Sən əgər nəyəsə çata bilmirsənsə, - yəni, mən ədəbsiz olan insanları nəzərdə tuturam, - təhqirə keçirlər. Yəni, təhqir edən, əslində, özünü təhqir edir".

Amuli əvvəllər də Azərbaycana qarşı çıxışlar edib. O iddia edirdi ki, Azərbaycan torpaqlarını heç vaxt işğaldan azad edə bilməyəcək. Ancaq Azərbaycan Qarabağı və ətraf bölgələri işğaldan təmizlədikdən sonra o, iddia etdi ki, guya Qarabağın işğaldan azad edilməsi ilə bağlı Xamənei fətva verib. Yeri gəlmişkən, bu yalanın yayılmasına o vaxt Azərbaycandakı bəzi din xadimləri də başçılıq edirdi.

O, İmam Hüseyninin (Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin ikinci oğlu) şəhid olmasının rəmzi 40 mərasimindəki çıxışında tarixi hadisələri təhrif edərək Azərbaycan və Türkiyə arasında ixtilaf salmağa səy göstərib. O, guya “Şah İsmayılın Anadolu müftiləri tərəfindən təhqir edildiyini” iddia etməklə təmsil etdiyi rejimin islam dinində bölücü olduğunu növbəti dəfə göstərmişdi.

İran rəhbərliyi Suriyadakı müvəqqəti hakimiyyəti qəbul edə bilmir. Yeni qüvvələrə qarşı yeni “müqavimət hərəkatının” başladığını iddia edir. Dəməşqin hazırkı baş təmsilçisi Əhməd əş-Şəra Tehrandakı rejim barədə bunları deyib: “İranın təsiri altında olan bütün ölkələr məzhəb gərginliyi və vətəndaş müharibəsi yaşayır”.

O, "Əl-Ərəbiyyə"yə müsahibəsində vurğulayıb ki, İraq, Livan və Suriya da daxil olmaqla İranın nüfuz sahibi olduğu hər ölkədə “çox geniş miqyasda məzhəblərarası gərginlik baş verir. Bu isə vətəndaş müharibəsinə gətirib çıxarır".

Əhməd əş-Şəra İran hakimiyyətini narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda da ittiham edib: “İran İslam Respublikasının təsiri altında olan ölkələr “captagon” kimi narkotik maddələr istehsal edərək bütün regiona və dünyaya yayır”.

İran hakimiyyəti islam dünyası üçün xoşagəlməz örnəyə çevrilib. O, günahların etirafını, bağışlanmasını, tövbəni təbliğ etsə də, Azərbaycan əleyhinə fəaliyyətinə, çıxışlarına görə bir dəfə də olsun üzr istəməyib. Üzr istəmək yanlışlıqları aradan qaldırmaq üçün tərbiyəli əməldir.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana gəlib. Bunu Tehran hakimiyyətinin etiraf səfəri kimi də dəyərləndirmək olar. Hələ ki vəziyyət dəyişməyib.

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR