14-01-2025, 14:06 454

ABŞ-Ermənistan strateji müttəfiqliyi – Vaşinqtonun Rusiyaya qarşı aləti - ANALİZ

Erməni etnik qrupu havadarını aldatmaq, ona nankorluq etmək adətini davam etdirir. Bir zamanlar, Qacar, Osmanlı dövlətlərinə, keçmiş SSRİ-yə etdiyi xəyanəti indi Rusiyaya qarşı açıq-aşkar şəkildə edir.

Yanvarın 14-də Bakı vaxtı ilə saat 22.00-da Vaşinqtonda ABŞ ilə Ermənistan arasında strateji əməkdaşlıq haqqında sənəd imzalanacaq. Sənədi ABŞ-nin dövlət katib Antoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan imzalayacaq.

Ancaq yanvarın 9-da Dövlət Departamentindən ABŞ-nin Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmadığı bildirilmişdi: “Hazırda Ermənistanla strateji tərəfdaşlıq sənədinin imzalanması ilə bağlı "nəzərdən keçirəcəyimiz və ya elan edəcəyimiz heç nə yoxdur”.

Ararat Mirzoyan isə bir gün əvvəl mətbuat konfransında qeyd etmişdi ki, ABŞ ilə strateji tərəfdaşlıq sənədinin müzakirəsi üçün görüş hazırlayırlar. Onun sözlərinə görə, tərəflər arasında strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa razılaşdıqları strateji dialoq mövcuddur.

Dövlət Departamentinin bir neçə gün öncə yaydığı açıqlamadan belə qənaətə gəlmək olar ki, ABŞ yenə yanlış bəyanat verir.

İstər-istəməz, 2024-cü il aprelin 5-də Antoni Blinken, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə ABŞ-Aİ-Ermənistan razılaşması imzalanıb. Onda rəsmi Bakı bu sənəddə hərbi əməkdaşlıq kimi regional təhlükəsizliyə problem yaradacaq məsələlərin olacağına etiraz etmişdi.

Antoni Blinken isə Ermənistanla iqtisadi, ticarət, mədəni əlaqələrə dair sənəd imzalanacağını demişdi. Ancaq sonradan dövlət katibinin yalan danışdığı təsdiqləndi. Məlum oldu ki, tərəflər arasında müxtəlif sahələrə aid 20 maddəlik müqavilə imzalanıb.

Bu sənədə əsasən, Vaşinqtonla İrəvan arasında strateji müdafiə və Ermənistanın yeni hərbi doktrinasının hazırlanması üzrə ABŞ ekspert dəstəyini verəcək. Onda bu məqsədlə Ermənistana 65 milyon dollar yardım da ayrılmışdı. Bu, Qərbin Cənubi Qafqazda hərbi fəaliyyətinin genişlənməsinə xidmət edəcək.

Yeri gəlmişkən, Avropa İttifaqı Mülki Müşahidə missiyası Azərbaycan-Ermənistan şərti sərhədində fəaliyyətini başa çatdırmalı idi. Yayılan xəbərlərə əsasən, monitorinq missiyası fəaliyyət müddətini uzadır.

Sənəddə NATO ilə Ermənistan arasında əməkdaşlıq, əlaqələrin genişlənməsi kimi məsələlər də öz əksini tapıb.

ABŞ Ermənistanın hərbi və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirmək, sərhəd nəzarəti və təhlükəsizliyini gücləndirmək üçün lazımi yardımı göstərəcək, o cümlədən İranla sərhədə xüsusi diqqət yetirəcəyi də anlaşmada vurğulanıb.

Bu il yanvarın 1-dən İran-Ermənistan sərhəd-keçid məntəqələrindən Rusiya sərhədçiləri artıq çıxarılıb.

Sənəddə göstərilib ki, ABŞ hava hücumundan müdafiə sistemi ilə bağlı Ermənistanla hərbi qarşılıqlı fəaliyyət strukturunun dəyişdirilməsində maraqlıdır.

Ştatların qiymətləndirmə qruplarının Ermənistana yerləşdirilməsi ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hava hücumundan müdafiə sisteminə inteqrasiyası fonunda Ermənistan Hərbi Hava Qüvvələri və hava hücumundan müdafiə sisteminin yenidən qiymətləndirilməsi və təşkilinə yönəlmiş strategiyanın bir hissəsidir.

Bu, ABŞ-nin təxminən 10 ay öncə verdiyi yalan açıqlamadan sonra qəbul edilən sənəddən bir nümunədir.

Ştatlarla Ermənistan arasında strateji əməkdaşlıq üzrə müqavilənin mətni ilə bağlı açıqlama yayılmayıb. Ehtimal etmək olar ki, onun əsasını bu sənəd təşkil edə bilər. Odur ki, 10 ay əvvəlki kimi, Dövlət Departamenti beş gün öncə eyni yanlışlığa yol verib.

İrəvanla Vaşinqtonun əməkdaşlığı, istənilən səviyyədə ikitərəfli müqavilə imzalaması, hətta Ermənistanın Kanadadan sonra ABŞ-nin 52-ci ştatı olmasına dair anlaşması onların müstəsna hüququdur.

Bu məsələdə regional sabitlik və təhlükəsizliyə diqqət edilməsi də vacibdir. Çünki Ermənistanla strateji əməkdaşlığa Cənubi Qafqaza ABŞ hərbçilərinin yerləşdirilməsi kimi məsələlər də daxil ola bilər. Bu halda Rusiya və İran necə davranacaq? Əgər Moskva və Tehran onların regiona yerləşdirilməsini sakit müşahidə edərlərsə, o zaman bu qoşun regiona kim üçün və hansı məqsədlə yeridilə bilər?

Region dövlətlərinin bunu sakit qarşılayacaqları inandırıcı deyil. Ona görə də ABŞ hərbçilərinin regiona yerləşdirilməsi cəhdi Rusiya və İran üçün qıcıq yaradacaq. Bu isə Azərbaycan başda olmaqla qonşu ölkələrin təhlükəsizliyinin təhdid edilməsi anlamına gələr. Çünki Ermənistanla Azərbaycan arasında sülh sazişi rəsmi İrəvanın məlum şərtlərə əməl etməməsi səbəbindən imzalanmayıb, habelə, iki ölkənin dövlət sərhədləri hələ müəyyənləşməyib. Belə bir şəraitdə həmin müqavilə Azərbaycanın, eləcə də Cənubi Qafqazın təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edə bilər.

Aprel görüşü öncəsi Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışığında bu tədbirin “Azərbaycana qarşı olmadığını” və “əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələləri”nin təşkil etdiyini bildirmişdi.

Heç şübhəsiz, Dövlət Departamenti növbəti açıqlamalarından birində Ermənistanla strateji müttəfiqliyin Azərbaycanı təhdid etmədiyini yenə bəyan edəcək. Ancaq Rusiya və ya İran Ermənistana qarşı aksiyaya başlayarsa, o halda Cənubi Qafqazda sabitlik pozula bilər.

Hələ ötən il Rusiya Brüssel görüşündən narahatlığını bəyan etmişdi. Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova "Telegram" kanalında yazmışdı: “Rusiya belə görüşlərdən ona görə narahatdır ki, ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa bu görüşlərin əsas fokusunun Rusiyaya qarşı olduğunu deyirlər. Bunu açıq mətnlə bildirirlər”.

Ermənistanla imzalanacaq müqavilə Rusiyanı yenə rahatsız edəcək. Ötən ilin ilk 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 10,2 milyard dollar təşkil edib. Bu isə Ermənistan iqtisadiyyatının hələ də Rusiyadan asılı olduğu deməkdir. Bundan başqa, ölkədə RF-nin 102 saylı hərbi bazası mövcuddur.

Rəsmi Bakı isə Ştatlarla daim sıx əlaqədə olub. Erməni lobbisi Vaşinqtona bu üstünlükdən yararlanmağa imkan vermir. Ermənistandan fərqli olaraq, Azərbaycan bir çox göstəricilərinə görə müstəqildir.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində ABŞ-Azərbaycan əlaqələrindən danışaraq bildirmişdi ki, Donald Tramp prezidentliyinin birinci dönəmində iki ölkə əlaqələrində hər hansı bir problem yaşanmayıb: “Əksinə, münasibətlər çox müsbət idi və bir çox istiqamətlər üzrə biz irəliləyişə nail ola bilmişdik. Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi”.

O deyib ki, bununla ABŞ Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyib: “Eyni zamanda, hesab edirəm, Bayden administrasiyasının səhvlərindən biri də o idi ki, Amerikaya olan inamı böyük dərəcədə sarsıtdı, özü öz əməlləri ilə. Biz onlara lazım olana qədər 907-ci düzəliş - sanksiya qaldırılırdı, biz ki, lazım olmadıq, tətbiq etdilər”.

Dövlət başçısı vurğulayıb ki, ABŞ ilə Azərbaycan arasında əsas ciddi əməkdaşlıq platforması Bill Klinton və Corc Buş dönəmində yaradılıb. Onun sözlərinə görə, Donald Trampın prezidentliyinin birinci dönəmində də bu davam edib: “Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”.

Hazırkı prezident Cozef Bayden senator olduğu dövrdə Azərbaycana qarşı “907-ci düzəlişin” həmmüəliflərindən biri olub. O, ermənilərin saxta iddialarını prezidentliyi dövründə fərdi olaraq “soyqırımı” kimi tanıyıb. Altı gündən sonra ABŞ tarixində Cozef Bayden erası bitir. Görünür, o, son məqamda erməni lobbisinin daha bir tapşırığına əməl edəcək. Deyilənə görə, bu lobbidən ən çox faydalanan da elə Baydendir.

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR