16-01-2025, 15:19 443

HƏMAS-İsrail atəşkəsi - beynəlxalq ictimaiyyətin uğuru - TƏHLİL

Hadisələr belə davam edərsə, Yaxın Şərqə də sülh, əmin-amanlıq, firavanlıq, əməkdaşlıq gələ bilər.

Yanvarın 15-də HƏMAS (İslam Müqavimət Hərəkatı) ilə İsrail arasında ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə atəşkəsə dair razılıq əldə edilib.

Qətərin xarici işlər naziri Məhəmməd Ben Abdel Rəhman ben Casim əl-Tani razılaşma imzalanandan sonra bildirib ki, onun ölkəsi, Misir və ABŞ atəşkəsin yerinə yetirilməsinə birgə nəzarət edəcək. Onun sözlərinə görə, birinci mərhələ başa çatdıqdan sonra ikinci və üçüncünün detalları açıqlanacaq: “Biz tərəflərin razılaşmanın üç mərhələsini tamamilə icra etməsini istəyirik”.

Razılaşma yanvarın 19-dan qüvvəyə minəcək. Sənəd 8 bənddən ibarətdir.

Birinci maddədə, “İkinci mərhələyə hazırlıq”da qeyd edilib ki, tərəflərin və vasitəçilərin məqsədi girovların və əsirlərin mübadiləsinə dair 2024-cü il mayın 27-də əldə edilmiş razılaşma üzrə yekun konsensusa nail olmaqdır. İkinci mərhələnin həyata keçirilməsi şərtləri ilə bağlı danışıqlar davam etdiyi müddətdə birinci mərhələnin bütün prosedurları ikinci mərhələdə davam etdiriləcək.

İsrail ordusunun Qəzza zolağından çıxarılması HƏMAS üçün vacib məsələ idi. Odur ki, ikinci maddədə bu məsələ öz əksini tapıb. İsrail qoşunları 400 metrdən çox olmayan beş lokallaşdırılmış məntəqə istisna olmaqla, perimetri 700 metr daxilində yerləşdiriləcək.

Əsir və girovların dəyişdirilməsinə dair razılıq birinci atəşkəs zamanı əldə edilmişdi. İlk növbədə, xəstə, yaşlı, yaralı məhbuslar sərbəst buraxılacaq. Ömürlük azadlıqdan məhrum edilmiş 110 fələstinli məhbus 33 xəstə və yaralı israilli ilə mübadilə olunacaq. 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunda iştirak etməyən, Qəzza zolağında saxlanılmış min fələstinlini də İsrail sərbəst buraxacaq.

Filadelfiya dəhlizi və sərhədyanı Rəfah keçidi ilə bağlı məsələ də iki ayrı maddə kimi sənəddə göstərilib. Silahsız insanların zolağa qayıtması və yerlərinin dəyişməsi, humanitar yardım haqqında protokolun da razılaşma çərçivəsində reallaşacağı nəzərdə tutulub.

Atəşkəsin birinci mərhələsi 42 gün sürəcək. Bu müharibə 468 gündür davam edir. Razılaşma sənədi qüvvəyə minən gün bu rəqəm 471 gün olacaq. Yanvarın 16-dək olan məlumata əsasən, bu müddət ərzində Qəzza zolağında 46 mindən çox insan ölüb, 2,3 milyon nəfər isə köçüb. Bu isə bölgədə humanitar fəlakət yaradıb.

Atəşkəs rejimi hələ ötən ilin yayında reallaşa bilərdi. Bu prosesin, İsraillə danışıqların tərəfdarı olanlar, yaxud əksinə, bu prosesə qarşı çıxanlar (İsmayıl Həniyə, Yəhya Sinvar və başqaları) öldürüləndən sonra vəziyyət dəyişməyə başlayıb.

Havadarları HƏMAS liderlərinin yoxluğunun hadisələrə təsir etmədiyini nümayiş etdirməyə başlasa da, bu, İsrailin zolaqda hərbi əməliyyatları genişləndirməsi, hərəkatın başqa başçılarının, komandirlərinin öldürülməsinin qarşısını ala bilmədi. Livanda “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsi, bunun ardınca İranın hərbi obyektlərinə İsrailin zərbə endirməsi isə vəziyyətin qarşı tərəfin əleyhinə dəyişməsinə təsir göstərdi.

“Hizbullah” və HƏMAS-da silah, hərbi texnika, başqa avadanlıqlar, ərzaq və s. ilə əsasən Suriya ərazisindən daşınma hesabına təchiz edilirdi. Bu ölkədə Bəşşar Əsəd rejiminin süquta uğraması, onun Moskvaya qaçışı HƏMAS və “Hizbullah”ın gələcək fəaliyyətinə də mənfi təsir etdi.

Dekabrın 8-də Əsəd rejimi süquta uğradı, 38 gün sonra atəşkəsə dair saziş imzalandı.

Zatən HƏMAS-ın razılaşmaya getməkdən başqa yolu da qalmamışdı. Ondan əvvəl isə bu addımı “Hizbullah” atdı. Livanın yeni prezidenti Cozef Aun isə bəyan etdi ki, bu qruplaşma tərk-silah edilməlidir: “Ölkədə vahid silahlı qüvvə olmalıdır”.

Bu, qruplaşmanı Livanda silahsız siyasi fəaliyyət göstərməyə çağırış da sayıla bilər.

Oxşar şəraitlə indi HƏMAS üzləşir. Arxa cəbhə mövcud deyildi. Hərəkatın hərbi sursat, raket və s.-lə təchizatı dayanıb. Ona bu istiqamətdə yardım apara biləcək yollar bağlanıb. Belə bir şəraitdə müqavimət göstərmək əbəs sayıldığında hərəkat daha doğru yolu, atəşkəsi seçib.

Ötən il mayın 27-də də bu proses reallaşa bilərdi. Ancaq bu, onda İsrailə sərfəli sayılmırdı. Çünki o, Qəzza zolağında qarşısına qoyduğu hədəflərə çatmamışdı. Binyamin Netanyahu hökumətinin əsas hədəflərindən biri, HƏMAS liderlərinin yerləşdikləri məkandan asılı olmayaraq neytrallaşması idi. Digər tərəfdən, Bəşşar Əsəd Dəməşqdə, şeyx Nəsrullah da sağ idi.

Bu baxımdan, rəsmi Təl-Əvivn həmin tarixdə razılaşmaya getməsi HƏMAS və “Hizbullah”ın İsrail üçün yenidən təhlükə mənbəyi rolunu oynamasına imkan verirdi. Odur ki, İsrail hər iki təşkilatın liderlərini sıradan çıxarmaq, Bəşşar Əsədi isə qaçmağa vadar edilməklə şəraiti öz xeyirinə inkişaf etdirə bilib.

Atəşkəs uzunömürlü ola bilər? Hərəkatın başlıca sponsoru sayılan İran artıq Qəzza zolağından, Livandan, Suriyadan geri çəkilib. Bu, o deməkdir ki, Tehran hakimiyyəti nəzarəti altında olan əraziləri itirib. Ümumiyyətlə, onun perspektivdə oralara eyni statusla qayıdacağı mümkünsüzdür.

Həmin torpaqları və əraziləri əldə etmək məqsədi ilə İran rəhbərliyi milyardlarla dollar vəsait xərcləyib, ən etibarlı adamlarını itirib.

Rusiya və Çin regionda islam respublikasının oynadığı rolu çətin oynaya. Digər tərəfdən, rəsmi Pekin Fələstində vahid idarəetmə sisteminin yaranmasının tərəfdarı olduğunu isbatlayıb. Çin paytaxtında Fəth və HƏMAS nümayəndələrinin görüşləri, əldə edilən razılıqlar əslində belə bir vəziyyətin yaranacağını proqnozlaşdırmağa imkan verirdi. Çünki Çinə Yaxın Şərq, Ərəb ölkələri ilə iqtisadi ticarət əlaqəsi saxlamaq daha sərfəlidir.

O, ərəb dünyasının rəğbətini qazanmaq üçün hətta BƏƏ ilə İran arasında mübahisəli sayılan Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adalarının islam respublikasına aid olduğunu birmənalı olaraq bəyan etməmişdi. Çin həmin əraziləri “mübahisəli” adlandırmışdı. Tehran buna görə Pekinə etirazını bildirmişdi və s.

Bu kimi məsələlər Çinin regiondakı hadisələrə Qərblə eyni mövqedən yanaşmasına imkan yaradır. İran kimi, Rusiya da bölgədən çıxarılır. O, indi Liviyada məskunlaşmağa səy göstərir. Bununla belə, Ukraynada apardığı müharibə onun beynəlxalq nüfuzuna arzuedilməz təsir göstərib. Habelə, Rusiya bu kimi beynəlxalq məsələlərə sovetlərin dövründəki kimi müdaxilə etmək gücündə deyil. Bu baxımdan, o da müttəfiqi Çinlə oxşar mövqe nümayiş etdirməyə məcbur olacaq.

Deməli, ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, Çin və Rusiya Fələstin, Livan, Suriya hadisələrinə oxşar mövqedən yanaşıblar. Bu da regionda fərqli siyasi, hərbi, perspektivdə isə əməkdaşlıq mühiti yarada bilər.

Pekin qətnaməsinə əsasən, Fələstin İsraili tanıyacaq. Odur ki, tərəflərin qarşılıqlı olaraq biri-birini tanıması Yaxın Şərq düyününün açılması üçün təkan verər.

2024-cü ilin məlumatına görə, BMT-nin 147 üzvü Fələstin dövlətini tanıyır. Bu sıraya ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və İsrailin də daxil olması regionun münaqişə bölgəsindən əməkdaşlıq, tərəfdaşlıq zonasına çevrilməsinə səbəb olar.

Bütün hallarda Livandakı kimi, Fələstində də Qərblə əməkdaşlıq edə biləcək hökumətin, hakimiyyətin qurulmasına ehtiyac yaranır. Dövlətin başçısı Mahmud Abbasın xeyir-duası ilə təyin edilmiş indiki Baş nazir Məhəmməd Mustafa və qurduğu texnokrat hökumət bunun öhdəsindən gələ biləcək? Ötən bir il ərzində Fələstində baş verənlər hökumətin də rolunun danılmazlığını göstərir.

Deməli, Fələstin, Livan, Suriya, İraq dəyişir. Növbə İsrailindir. Onun yeni şəraitə uyğun dəyişməsi regionda sülh və əməkdaşlığı dayanıqlı edə bilər. Ərəb dünyası ilə İsrailin anlaşması, biri-birini tanıması isə Yaxın Şərqin güclənməsinə, mədəniyyətlərin uğurlu dialoquna töhfə verər. Qüds üç dinin bir yerdə yaşadığı yerdir. Müsbət tendensiya bu, bölgəni də əhatə edə bilər.

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR