17-01-2025, 16:23 664

Pezeşkianın Tacikistan və Rusiya səfərləri – İranın siyasi aktivliyinin nümayişi - ANALİZ

İran Prezidenti Məsud Pezeşkianın keçmiş sovet respublikalarına səfəri davam edir.

Yanvarın 16-da Tacikistana dövlət səfərini reallaşdırıb. Yanvarın 17-də isə Moskvaya səfər edib.

İranla Tacikistan arasında əməkdaşlığa dair 23 sənəd imzalanıb. Məsud Pezeşkian ölkə Prezidenti Emoməli Rəhmon və ölkənin müxtəlif rəsmiləri ilə görüşüb. Siyasi, iqtisadi, ticarət, sərmayə, energetika, səhiyyə, nəqliyyat, turizm və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Düşənbədə iki tərəfin iş adamlarının keçirdiyi biznes-forumda 450 milyon dollardan artıq məbləğdə razılaşmalar imzalanıb.

Emoməli Rəhmon İran Prezidentinin Tacikistana dövlət səfərinin nəticələrini bu ölkə ilə çoxşaxəli əlaqələrin inkişafı və genişləndirilməsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib.

Tacikistan-İran ticarət, investisiya və turizm forumunda ölkə Prezidenti Emoməli Rəhmon bildirib ki, hazırda Tacikistanın hidroenergetika potensialının yalnız 5 faizi istifadə olunur.

İran hazırda elektrik enerjisi çatışmazlığından əziyyət çəkir. E. Rəhmon bu məsələyə işarə etməklə İslam Respublikası ilə bu sahədə əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib.

Yeri gəlmişkən, Tacikistan Sanqtuda SES-2-nin tikintisinə 2006-cı il fevralın 20-də başlayıb. Obyektin tikintisinə İran 180 milyon dollar ayırıb, Tacikistan tərəfinin payı isə 40 milyon dollar təşkil edib. SES-in ilk bloku 2011-ci il sentyabrın 5-də Tacikistan və İran prezidentlərinin iştirakı ilə istismara verilib. Sanqtuda-2-nin birinci mərhələsinin istehsal gücü 110 MVt-dır.

2013-cü ilin sentyabrında Sanqtuda SES-2-nin 110 MVt gücündə ikinci bloku sınaq rejimində istismara verilib. 2014-cü ilin sentyabrında 110 MVt gücündə ikinci blok işə salınıb. Sanqtuda SES-2 tam istismara verildikdən sonra bir milyard kilovatsaata qədər, yəni 220 MVt elektrik enerjisi istehsal etmək gücündədir. “Sanqtuda-2” su elektrik stansiyası fəaliyyətə başladıqdan sonra 12,5 il müddətinə İranın mülkiyyəti sayılacaq, bundan sonra isə Tacikistanın mülkiyyətinə keçəcək. Bu ilin sentyabrında SES İslam Respublikasının tabeliyindən çıxacaq. Bu baxımdan tərəflər arasında müqavilənin yenilənməsinə də ehtiyac yarana bilər.

Bir müddət əvvəl iki ölkə arasında müəyyən soyuqluq yaranmışdı. Bu, 2013-cü il hadisələrindən, Babək Zəncaninin İranda saxlanmasından sonra yaranıb. Onun Tacikistan iqtisadiyyatına iki milyard dollar sərmayə qoyduğuna dair məlumat yayılmışdı. Edam cəzasına məhkum edilən Zəncaniyə qarşı irəli sürülən ittihamlardan biri İran pulunun Tacikistan Milli Bankına ödənildiyini sübut edən məktuba əsaslanırdı. Ancaq Tacikistan bankı məktubun saxta olduğunu bildirmişdi. Rəsmi Tehran hesab edirdi ki, Zəncani bu ölkənin bank sistemindən neft satışından pul oğurlamaq üçün istifadə edib.

Bundan başqa rəsmi Düşənbə bir neçə il öncə iddia edirdi ki, İranın maliyyə dəstəyi və tapşırığı ilə Tacikistanın tanınmış alimləri, siyasi xadimləri, jurnalistlərinin qətli həyata keçirilib. Hətta onda Tacikistanın Daxili İşlər Nazirliyi həmin dövrlərdə baş verən hadisələrlə bağlı sənədli film hazırlayıb. Sənədli filmdə bildirilib ki, ölkə müdafiə nazirinin keçmiş müavini Əbdülxalim Nazarzoda İranın maliyyə dəstəyi və tapşırığı ilə 1990-cı illərdə Tacikistanın tanınmış alimləri, siyasi xadimləri və jurnalistlərinin qətlini həyata keçirib.

Həmin dövrdə rəsmi Düşənbə İmam Xomeyni adına “İmdad” Xeyriyyə Cəmiyyətinin, iranlı sahibkarların Tacikistanda fəaliyyətinə, xüsusi ilə İslam Respublikasından ölkəyə ərzaq mallarının gətirilməsinə sanksiya tətbiq etmişdi.

İran hakimiyyəti Tacikistana farsdilli ölkə kimi yanaşır. Qarşı tərəfdə İran o cür qəbul edir. Pezeşkianla Rəhmonun açıqlamalarında da buna məmnunluğa işarə edilib. İran Prezidenti özünü ölkəsindəki kimi hiss etdiyini və s. belə açıqlama verib.

Bu səfər çərçivəsində təhsillə bağlı da müqavilə imzalanıb, halbuki, bir neçə il öncə Tacikistan hakimiyyəti oxumağa gedən tələbələri İslam Respublikasına buraxmayıb. 30 tacik tələbənin Düşənbə-Tehran hava reysinə minməsinə icazə verilməmişdi.

Yeri gəlmişkən, bir neçə il öncə Emoməli Rəhmon vətəndaşlarına müraciət edərək demişdi ki, son 10 ildə xaricdə çeşidli islam təhsil müəssisələrində oxuyan övladlarını geri çağırsınlar. O, valideynləri islam dövlətlərinin mədrəsələrində təhsil alan övladlarını geri qaytarmağa çağırıb: “Təəssüflər olsun ki, onların çoxu mollalıq öyrənmir, əksinə, terrorçu və ya ekstremist olurlar. Onların hamısını qaytarmaq lazımdır, yoxsa hamısı satqın və vətən xaini olacaq”.

E. Rahmon Pezeşkianı İranda Novruz bayramını birgə qeyd etməyə dəvət edib. Bununla da Tehran və Düşənbə bu mərasimin daha çox onlara aid olduğunu nümayiş etdirməyə səy göstərib.

İran hakimiyyəti Əfqanıstan və Tacikistanı farsdilli dövlət adlandıraraq, uzun illərdir onların daxili işlərinə müdaxilə etməyə, özünü "böyük qardaş" rolunda aparmağa çalışır. Hətta Tehran bir zaman üç dövlətin ortaq televiziyasını yaratmağa da cəhd göstərmişdi. Tehran Tacikistan və Əfqanıstandan regionda anti-NATO birliyi yaratmaq üçün də istifadə etməyə çalışıb.

Pezeşkian ilk rəsmi səfərini İraqa etmişdi. Bunu Tehran hakimiyyətinin siyasi-dini ideologiyası ilə əlaqələndirmək olardı. Ancaq onun seçkiqabağı kampaniya zamanı türk dili ilə bağlı verdiyi ismarışlardan, azərbaycanlıların hüquqlarından bəhs etməsindən elə anlaşılırdı ki, o, ilk səfərlərindən birini, hətta, İraqdan sonra ya Azərbaycana, ya da Türkiyəyə edəcək. Ancaq o da helikopter qəzasında ölən sələfi İbrahim Rəisi kimi İraqdan sonra ilk dövlət səfərini Tacikistana etməklə İran hakimiyyətinin etnik məsələyə belə üstünlük verdiyini nümayiş etdirib.

Rəsmi Düşənbə İran iş adamları üçün bütün maneələri aradan qaldırdıqlarını bildirib. Əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını və ötən illərdə baş verən anlaşılmazlıqlara qayıtmaq niyyətində olmadıqlarını nümayiş etdirib.

Məsud Pezeşkian bu səfərlə Tacikistanın İrana verdiyi önəmi də göstərməyə çalışıb. Tehran üçün əhəmiyyətinə görə ilk yerlərdə gələn ölkələrdən biri də Rusiyadır.

İki ölkə arasında 47 bəndlik Əhatəli Razılaşma üzrə Strateji Əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu sənəd uzun illərdir hazırlanırdı. Məlumatlara əsasən, sənədin hələ 2024-cü ildə imzalanması gözlənilirdi. Ancaq İbrahim Rəisinin həlak olması, İranda növbədənkənar prezident seçkisinin keçirilməsi bu prosesi ləngidib.

Ehtimal edilir ki, müqavilədə Tehranı qane etməyən məsələlər də olub. Xüsusən hərbi sahədə əməkdaşlığa dair bəzi maddələrin İranı qane etmədiyi ehtimalı var. Çünki Rusiya Vyetnam və Şimali Koreya ilə oxşar müqavilə imzalayıb. Həmin sənədlərdə bu ölkələrə hücum Rusiyaya və əksinə hal kimi qiymətləndirilib. Ona görə də Rusiya Ukraynadakı müharibədə Şimali Koreyanın hərbi texnikası, raketi və canlı qüvvəsindən yararlanır.

Bu baxımdan müqavilə imzalandıqdan sonra İran da Rusiyaya canlı qüvvə göndərəcək? Hər halda iki ölkə arasında hərbi, energetika, təhlükəsizlik kimi məsələlər üzrə əməkdaşlıq öz əksini tapır. 2024-cü ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard 770 milyon dollar təşkil edib. Ölkələr arasında ödənişin 96 faizi milli valyutalarla reallaşır.

Başqa vacib məsələ ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasıdır. Birləşmiş Ərəb Əmirlikləri Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları üzrə İrana qarşı ərazi iddiası irəli sürür. Rusiya bunu BƏƏ ilə İslam Respublikası arasında mübahisəli ərazi kimi qiymətləndirib. Strateji əməkdaşlığa dair müqavilədə Rusiya İranın ərazi bütövlüyünü tanıyacaq? Yaxud Rusiya Ukraynanın dördə vilayətinin və Krımı ilhaq edib. Tehran RF-nin ərazi bütövlüyünü tanıyacaq?

Ölkələrin biri-birinin ərazi bütövlüyünü bu şərtlərdə tanıması beynəlxalq münasibətlərdə Tehran, ərəb dövlətləri əlaqələrin qurulmasında Rusiya üçün problem yarada bilər. Ona görə ərazi bütövlüyü məsələsinin ola bilsin tərəflər elə çox qabartmayacaq.

Rusiya heç vaxt İranın strateji müttəfiqi, yaxud müttəfiq olmayıb. Bu ilk hadisə olacaq. Onları zorən müttəfiq də adlandırmaq olar. Çünki tarixən Rusiya İranın maraqlarına qarşı çıxıb, hətta, onun ərazilərini işğal belə edib. Odur ki, iki ölkənin tarixində biri-birinə dost olmasına təsadüf edilmir. Son 46 ildə yaranmış şərait zaman-zaman keçmiş sovetlər və Rusiya ilə İranın biri-birinə yaxınlaşmasına səbəb olub.

Son zamanlar İranla Avropa “üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) arasında nüvə proqramı, regional və qlobal məsələlərə dair müzakirələr gedir. Belə bir şəraitdə Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsinin imzalanması danışıqlarda Tehranın mövqeyini gücləndirmək üçün də istifadə edilə bilər. “Üçlük” İranın Rusiyaya sarı birmənalı şəkildə meyllənməsini arzu etməsə də, bunun qarşısını almağa da cəhd etmir. Tərəflər isə bu müqavilənin üçüncü dövlətə qarşı olmadığını bəyan edirlər.

Bütün hallarda Pezeşkianın Düşənbə və Moskva səfərləri İranın regional siyasətdə fəallığını göstərmək səyləridir.

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR