
Kişi və qadınlar arasında nüfuzlu "Grand Swiss" turnirinin keçiriləcəyi ölkə müəyyənləşib.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb.
Yarış sentyabrın 3-15-i aralığında Özbəkistanın Səmərqənd şəhərində təşkil olunacaq.
Qadınlar və kişilərin mübarizəsində ilk 2 yeri tutanlar 2026-cı ildə baş tutacaq İddiaçılar Turnirinə birbaşa vəsiqə qazanacaqlar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.