
Ukrayna parlamenti Rusiyaya qarşı xüsusi tribunalın yaradılmasını dəstəkləyib.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba tviterdə yazıb.
Onun sözlərinə görə, məsələ ilə bağlı parlamentdə böyük səs çoxluğu ilə qərar qəbul edilib: “Mən buna görə Ukrayna parlamentinin bütün üzvlərinə minnətdaram. Rusiya Prezidenti Vladimir Putin və onun ətrafı cavab verməlidir”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.