24-01-2025, 18:00 727

Fransanın iç üzü: neokolonializmə qarşı çıxanlar zorakılığa məruz qalır, həbs edilir - ŞƏRH

Fransanın keçmiş müstəmləkələrinə, dənizaşırı ərazilərinə qarşı aqressiyası səngimir. Hər vəchlə xalqların azadlıq və müstəqillik istəyinə qarşı çıxır, zorakılıqlara yol verir.

XX əsrdə dünya birliyi müstəmləkəçilik ideyalarından imtina etsə də, Fransa hələ də belə ərazilərə nəzarəti saxlayır, onları dənizaşırı ərazilər adlandırır, əslində isə onun müstəmləkələridir.

Yelisey sarayının hazırkı rəhbərliyinin azğınlığı o həddə çatıb ki, Bakıda yanvarın 21-də keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" adlı beynəlxalq konfransdan geri dönən heyəti Parisdə saxlayıb, heç bir səbəb göstərmədən saatlarla sorğu-sual ediblər. Mediada yer alan xəbərlərə görə, Şarl de Qoll aeroportunda təhlükəsizlik xidməti tərəfindən saxlanılan heyət üzvlərindən Azərbaycana səfər etmələrinin səbəbi, Bakı Təşəbbüs Qrupu (BTQ) ilə əməkdaşlığın detalları soruşulub.

Makron hakimiyyətini təmsil edənlərin məqsədlərinə çatdığı bəlli olmasa da, hər halda bu addım Fransanın iç üzünü, rəzilliyini göstərir. Görünən odur ki, Azərbaycan Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə misilsiz rol oynayır və bu, qarşı tərəfi daha da azğınlaşdırır.

Heyətin saxlanılması və sorğu-suala cəlb edilməsi əmrinin birbaşa prezident Emmanuel Makrondan gəldiyi şübhəsizdir. Azərbaycanın neokolonializmə qarşı mübarizəsi, keçirilən tədbirlərin effektivliyindən narahat olan Yelisey sarayı bu istiqamətdə aktiv fəaliyyətə keçməyə vadar olub. Fransa prezidenti 2024-cü ildə olduğu kimi, bu ili də Azərbaycana qarşı mübarizəni prioritet elan edib. Məsələn, o, ilin əvvəlində səfirlərlə görüşündə Azərbaycana qarşı əsassız iddia və real faktları təhrif edən təxribat dolu açıqlamaları ilə gündəmə gəlməyə çalışıb.

Makron iddia edib ki, Azərbaycan Fransanın daxili işlərinə qarışır. “Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək Azərbaycanın fəaliyyətini dəstəkləyib”, - deyən Makron əlavə edib: “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb”.

Azərbaycan tərəfinin bu cəfəng iddialara cavabı belə olub ki, Fransa Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlıq əleyhinə cinayətləri heç zaman tənqid etməyib.

Keçən ilin oktyabrında Parisdə Fransanın müstəmləkə siyasətinə qarşı çıxan siyasi fəal, jurnalist, keçmiş Fransa vətəndaşı Kemi Sebanın həbs edilməsini xatırlatmaq lazımdır. Maraqlısı odur ki, həbsindən bir neçə gün əvvəl Kemi Seba Bakıda Fransanın Afrikadakı neokolonial siyasətinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib. Bu tədbir Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilib.

Makronun bəyanatı, ilk növbədə, Azərbaycanın gücü, qüdrəti, həyata keçirdiyi antikolonial siyasətin uğurunun etirafıdır.

Məhz 2020-ci ildən sonra rəsmi Bakının başlatdığı fəaliyyət nəticəsində Fransa və digər keçmiş müstəmləkə ölkələrində azadlıq hərəkatı geniş vüsət alıb. Hətta Fransa bir sıra keçmiş müstəmləkələrindən birdəfəlik, özü də biabırcasına qovulub. Ən geniş etirazlar isə Makronun da bəhs etdiyi Yeni Kaledoniyada yaşanıb. Makron açıqlamasında iddia edib ki, rəsmi Bakı bu bölgədə vəziyyətin gərginləşməsinə rəvac verən hərəkətlərə yol verib. Halbuki, etirazlar tək Yeni Kaledoniyada deyil, digər dənizaşırı ərazilərdə, o cümlədən keçmiş müstəmləkələrdə də baş qaldırıb.

Makron Fransası da indi baş verənlərdən nəticə çıxarmaq, problemləri həll etmək əvəzinə, Azərbaycanı hədəfə alıb. O, dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəbini Azərbaycanda görməklə yanlış yolda olduğunu bir daha təsdiqləyib. Yaxşı olardı ki, prezident Azərbaycanı təqsirləndirmək əvəzinə, səriştəsiz xarici siyasətindən dərs çıxarardı.

Fransa tərəfini, şübhəsiz ki, özündən çıxaran dənizaşırı əraziləri təmsil edən heyətin Bakıda onun əleyhinə fikirlər səsləndirməsidir. Tək bu məsələ deyil. Məsələn, Fransa hakimiyyəti kanak xalqının dinc etirazlarını zorakılıqla yatırıb.

Yeri gəlmişkən, Prezident İlham Əliyev kanak xalqına qarşı törədilmiş cinayətləri açıq şəkildə pisləyib və müstəmləkə altında olan regionlara dəstəyini ifadə edib. Bundan əlavə, Bakı Təşəbbüs Qrupu tərəfindən dərhal beynəlxalq təşkilatların rəhbərlərinə məktublar ünvanlanıb və kanak xalqına qarşı törədilən vəhşiliklər dünya ictimaiyyətinə çatdırılıb.

Azərbaycan hesab edir ki, hər bir xalq öz taleyini özü müəyyən etməlidir və bu səbəbdən də müstəmləkə zülmündən əziyyət çəkən xalqlara dəstək göstərir. Fransa xalqların bu hüquqlarını pozur. Azərbaycan isə bu hala qarşı mübarizəni prioritet elan edib. Bu məqsədlə də Bakı Təşəbbüs Qrupu təsis edilib. Qrupun bu istiqamətdə fəaliyyəti artıq göz önündədir. Eyni zamanda, Azərbaycan parlamenti yanında dekolonizasiya məsələləri ilə məşğul olan xüsusi komissiya da yaradılıb.

Beləliklə, Azərbaycanın beynəlxalq arenada neokolonializm ilə mübarizədə oynadığı mühüm rolu əksəriyyət, o cümlədən Fransa da etiraf etməyə məcbur olub. Makron hakimiyyəti nəhayət anlamalıdır ki, xalqların müstəqillik və azadlıq hərəkatına qarşı repressiv addımlara son qoymalıdır.

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR