
ABŞ dövlət katibinin konsulluq məsələləri üzrə müşavirinin köməkçisi Rena Bitter Polşa, Almaniya və Türkiyəyə səfər edəcək.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, Rena Bitter oktyabrın 7-dən 19-dək Frankfurt, Varşava, Krakov, İstanbul və Ankaraya səfər edəcək.
“Bu səfər xaricdəki ABŞ vətəndaşlarını qorumaq və Birləşmiş Ştatlara qanuni səyahətləri asanlaşdırmaq üçün bizim dərin və davamlı öhdəliyimizi təsdiq edir”, - ABŞ Dövlət Departamentinin məlumatında qeyd olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.