27-01-2025, 14:30 488

BMT-yə qarşı çıxan Makron – Paris Cənubi Qafqazda “yuyulmamış qaşıq” rolunda - ŞƏRH

Fransanın indiki hakimiyyəti, hökuməti ölkənin beynəlxalq nüfuzuna zərbə vurmaqla məşğuldur. Yelisey sarayı hələ də müstəmləkə ruhundan azad ola bilmir. Prezident Emmanuel Makron sələflərinin Fransa üçün topladıqları imici dağıdır.

Bu ölkə daha çox başqa dövlətlərin daxili işinə müdaxilə etməklə özünü dünyanın aparıcı dövlətləri sırasında saxlamağa çalışır. Afrikadan çıxarılan, Asiyada yer verilməyən, Avropa İttifaqında hegemon kimi davranan Fransa hakimiyyəti hikkəsini Cənubi Qafqazda, xüsusən Ermənistanda həyata keçirmək, Azərbaycana qarşı çıxışlarla reallaşdırmağa səy göstərir.

Bu günlərdə Fransanın Xarici İşlər Nazirliyi “Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyada siyasi prosesi pozmağa çalışdığını və Azərbaycanın Fransanın daxili işlərinə müdaxiləsinin qəbuledilməz olduğunu” bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın xarici işlər naziri Jan-Noel Barroya cavab verib: “Fransanın xarici işlər naziri Jan-Noel Barronun Azərbaycanı dənizaşırı ərazilərin işlərinə qarışmaqda ittiham edən şərhi Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdidir”.

Bakı Təşəbbüs Qrupu Fransanın hələ də yürütdüyü müstəmləkə siyasətini, dənizaşırı bölgələrdə rəsmi Parisin törətdiyi qanunsuz, insanlığa zidd əməlləri mütərəqqi, anti-kolonial dünya ictimaiyyətinin diqqətinə çatdırmağı hədəfləyir.

Makron hakimiyyəti və xarici işlər naziri Jan-Noel Barro həmin ərazilərdə reallığın yayılmasını əngəlləməyə, müstəmləkəçi fəaliyyətə don geyindirməyə çalışır.

Halbuki Fransa hakimiyyətinin dənizaşırı bölgələrdə müstəqilliyə qarşı törətdiyi zorakılıq əməllərinə etiraz aksiyaları keçirilir. Ötən il rəsmi Parisin bu etirazları yatırmaq cəhdləri nəticəsində 14 aksiyaçı ölüb, çoxlu sayda insan isə yaralanıb.

Yelisey sarayı qanunazidd əməllərinə cavab vermək, onu törədənləri cəzalandırmaqdansa Azərbaycana qarşı şər-böhtana əl atır.

Hər kəs Fransanın regiondakı əməllərindən xəbərdardır. Bu ölkə 30 ilə yaxın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olub. Bu müddət ərazində ancaq Qarabağın Ermənistana verilməsinə çalışıb. İkinci Qarabağ müharibəsi zamanı isə Azərbaycana qarşı şər-böhtan kampaniyası aparmaqla məşğul olub.

Müharibədən sonrakı dövrdə isə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində görülən işlərə, atılan addımlara maneə olmaqla özünü göstərib.

Ümumilikdə isə Fransa hakimiyyəti bu istiqamətdə əməlləri ilə “yuyulmamış qaşığ”ı xatırladıb.

Yanvarın 12-də Yeni Kaledoniyada müstəqillik uğrunda mübarizə aparanlar ənənəvi anım günü qeyd olunub. Kanala şəhərində keçirilən anım mərasimində çıxış edən Yeni Kaledoniya hökumətinin üzvü, nazir Maykl Forrest (Mickael Forrest) tədbirin əhəmiyyətindən danışaraq, bununla müstəqillik uğrunda mübarizə aparan liderlərin qətiyyəti və cəsarətinin yad edildiyini bildirib.

Qeyd edək ki, Fransa rəsmiləri və bu ölkənin Yeni Kaledoniyadakı havadarları tərəfindən son zamanlar Azərbaycana qarşı hücumlara cavab olaraq, nazir Forrest Azərbaycanla həmrəyliyini göstərmək üçün Fransanın dövlət televiziya kanalı “Franceinfo.1” qarşısına Bakı Təşəbbüs Qrupunun loqosu əks olunan baş geyimində çıxıb.

Rəsmi Parisin Yeni Kaledoniyadakı xidmətçiləri M.Forresti bu addımına görə qınayıblar.

Yeri gəlmişkən, 40 il əvvəl – 1985-ci il yanvarın 12-də Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparmış Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) görkəmli üzvləri Eloy Maçoro (Eloi Machoro) və Marsel Nonnaron fransız hərbçiləri tərəfindən amansızcasına qətlə yetiriliblər.

Yeni Kaledoniya sakinləri Fransadan ayrılmaq, müstəqil olmaq istəyir. Bu yolda mübarizə aparır, etiraz aksiyası keçirirlər. Yelisey sarayı isə Əlcəzair, Ruanda, və başqa ölkələrdə törətdiyi cinayətləri dənizaşırı bölgələrdə də təkrarlayır. Aksiya iştirakçılarını qətlə yetirir. Bununla müstəmləkə baxışı və davranışının dəyişmədiyini göstərir.

Fransa Ermənistanın və ermənilərin törətdiyi cinayətləri müdafiə etməklə, bir çox hallarda onlara köməkliklər göstərməklə suç ortağı olub. Belə bir dövlət əməllərinə don geyindirmək məqsədi ilə Azərbaycanı ittiham edir.

Halbuki Fransa bir qayda olaraq dünyanın müxtəlif ölkələrindəki inqilablarda, dövlət çevrilişlərində birbaşa, yaxud dolayı yolla iştirak edib.

Son zamanlar dünyanın gündəliyində olan məsələlərdən biri də İran hakimiyyəti ilə bağlıdır. Fevralın 11-də İranda inqilabın baş verməsinin 46-cı ili qeyd olunacaq. Bu hərəkatın lideri ayətullah Xomeyniyə sığınacağı verənlərdən biri də Fransadır. Bundan başqa onunla birlikdə ölkədə yaşayan anti-şahçılara da o ev sahibliyi edib. İrandakı hakimiyyətə qarşı mübarizə aparanların yuvasına çevrilib. Yaxud Xomeyni hakimiyyətə gəldikdən sonra İslam Respublikasına müxalifət olan Xalq Mücahidləri Təşkilatının baş qərargahlarından birinin yerləşdiyi ölkədir.

Fransa indi də Məhəmmədrza şahın oğlu Rza Pəhləvinin İrandakı hakimiyyətə qarşı çıxış etdiyi əsas ölkələrdəndir. Bu halda Yelisey sarayı, Makron hakimiyyəti daha çox başqalarının daxili işinə qarışmış olur.

Türkiyə və Azərbaycana qarşı fəaliyyət törətməyi qarşısına məqsəd qoyan ermənilərin ASALA terror təşkilatının əsas fəaliyyət yerlərindən biri bu ölkədir. “Erməni azadlıq hərəkatı” 1991-ci ildə Fransada yaradılıb, ASALA ilə sıx əlaqədə olub. “Qartallar qrupu” 1981-ci ildə Makronun ölkəsində yaradılıb. Dünyanın müxtəlif hava limanlarında ondan artıq terror aktları törədib.

“Demokratik cəbhə” qruplaşmasının əsas hədəfi türk dövlətlərinin parçalanmasıdır. Fransanın xeyir-duası ilə 2001-ci ildə yaradılan “Apostol” qruplaşmasının hədəfi Türkiyə və Azərbaycan ərazilərində müxtəlif terrorlar törətməkdir.

Bir neçə ay əvvəl PKK terrorçuları Fransanın Marsel şəhərində qondarma festival təşkil edib. Həmin tədbirdə terrorlarda iştirak etmiş PKK-çılar yad edilib, Türkiyəyə qarşı təbliğat aparılıb. “Festival” adı altında keçirilən nümayişdə PKK tərəfdarları əllərində terror təşkilatının cır-cındırları və liderilərinin azad edilməsi tələbi ilə şüarlar səsləndiriblər.

Fransa Xarici İşlər Nazirliyi belə bir tədbirin keçirilməsinə icazə verməsinə aydınlıq gətirməyib. Halbuki 2002-ci ildən Avropa İttifaqı PKK-nı terrorçu təşkilat olaraq tanıyır. Fransa da bu ittifaqın üzvüdür.

Bundan başqa Emmanuel Makronun PKK/PYD/YPG terror qruplaşmasının nəzarəti altında olan “Suriya Demokratik Şurası”nın üzvləri ilə görüşərək onlara dəstək verəcəyinə boyun olub.

Fransa ilə bağlı bu kimi faktlar çoxdur.

BMT 1945-ci ildə yaradılıb. Onda dünya əhalisinin təxminən üçdə biri, 750 milyon insan müstəmləkələrdə yaşayıb. Ötən 80 ildə anti-kolonial hərəkatlar və BMT-nin dəstəyi nəticəsində millətlər və xalqlar müstəmləkə zülmündən azad olub. Müstəmləkədən azad olmuş bir çox millətlərin qurduğu dövlətlər təşkilatın üzvüdür.

BMT-nin “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə”si var. Bu sənəd 65 il əvvəl, 1960-cı ildə təşkilatın Baş Assambleyası tərəfindən qəbul edilib. Bəyannamə bütün xalqların öz müqəddəratını təyin etmək hüququnu təsdiqləyir, müstəmləkəçiliyin tezliklə və qeyd-şərtsiz ləğvinin zəruriliyini bəyan edir. İki il sonra Bəyannamənin icrasına nəzarət etmək üçün Dekolonizasiya üzrə Xüsusi Komitə yaradılıb.

1990-cı ildə Assambleya Müstəmləkəçiliyin Aradan Qaldırılması üzrə Beynəlxalq Onilliyi (1990-2000) elan edib. Assambleya 2001-ci ildə müstəmləkəçiliyin kökünün kəsilməsi üzrə İkinci Beynəlxalq Onillik, 2011-2020-ci illəri müstəmləkəçiliyin kökünün kəsilməsi üzrə Üçüncü Beynəlxalq Onillik elan edib.

2020-ci ildə isə BMT 75/123 saylı qətnaməsi ilə 2021-ci ildən 2030-cu ilə qədər olan dövrü müstəmləkəçiliyin aradan qaldırılması üzrə IV Beynəlxalq Onillik elan olunub.

Deməli, neokolonializmə, kolonializmə qarşı mübarizə BMT-nin başlıca hədəflərindəndir. Bu baxımdan Fransanın Yeni Kaledoniyada, dənizaşırı ərazilərdə apardığı siyasət, müstəmləkə fəaliyyəti bu təşkilatın prinsiplərinə, qəbul olunmuş sənədlərinə qarşı çıxmaqdır.

Fransa hakimiyyətinin yeni müstəmləkə siyasəti yürütməsi BMT-nin qəbul etdiyi sənədlərə hörmətsizlik sayılır.

Ona görə də rəsmi Paris yol verdiyi bu kimi pozuntuları aradan qaldırıb, müstəmləkə saxladığı ərazilərin yerli sakinləri ilə münasibət qurmaq, onların azadlıq istəklərinə uyğun davranmaq yerinə, Azərbaycana şər atmağa, Ermənistanla Cənubi Qafqaza soxulub, özünə yer etməyə səy göstərir. Belə çıxır ki, rəsmi Paris Mirzə Fətəli Axundovun Məstəli şahının doğrudan da Fransanı dağıtdığına inanıb....

Fransa başqa ölkələrdə terror fəaliyyəti ilə məşğul olan şəxs və qruplaşmalara sığınacaq verməklə başqa dövlətlərdə çevrilişlərə yardım etməklə ölkələrin daxili işinə müdaxilə edib. İnsan hüquqları və müstəmləkəçiliyə qarşı mübarizə isə bir dövlətin daxili işi deyil.

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR