
Ötən gün Lənkarandakı ağır yol qəzasında xəsarət alanlardan 1 nəfərin müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi Travma şöbəsində davam etdirilir.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 24 nəfər (13 qadın, 10 kişi, 1 azyaşlı olmaqla) bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanlardan 1 nəfərin müalicəsi Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi Travma şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
17 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
MƏLUMAT YENİLƏNİR...
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.