
Şəki şəhərinin Şirinbulaq kəndi yaxınlığında dağlıq ərazidə yanğın olub
Bu barədə "AVESTA.AZ"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, dağlıq ərazidə 12 ha sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.