8-02-2025, 12:21 513

Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan 3-7 fevral tarixləri arasında ABŞ-də səfərdə olub. Əvvəlcədən planlaşdırılan və Beynəlxalq Dini Azadlıq Sammitində iştirakı ehtiva edən bu səfər əslində Tramp Administrasiyasının nəbzini yoxlamaq, müəyyən görüşlərə nail olmaq, imkan daxilində dəstək almaq məqsədi güdsə də, deyəsən bu dəfə də Nikol uğursuzluğa düçar olub.

İlk olaraq, qeyd edək ki, Nikol Paşinyanın dindar insan olmadığı və konkret olaraq Kilsəyə qarşı mövqe tutduğu bilinir. Eyni zamanda ateist kimi tanınan Arsen Torosyanı da özü ilə aparması bir daha sübut edir ki, baş nazirin səfər məqsədi başqadır, dini tədbir isə sadəcə bir bəhanədir.

Paşinyan bu səfərlə bir sıra mətləblərə aydınlıq gətirmək niyyətini güdüb. Onun üçün yeni ABŞ Prezidenti Donald Trampın xarici siyasətinin hansı istiqamətdə formalaşacağını dəqiqləşdirmək həyati əhəmiyyət kəsb edir. Ermənistan hökumətinin başçısı Bayden tərəfindən aldığı iqtisadi, maliyyə və siyasi dəstəyi Tramp administrasiyasından da ala biləcəkmi? Zatən USAID-in bağlanması İrəvanda bəzi işləri dolaşığa salıb. Bu səbəbdən, sadalanan məsələləri bilmək erməni siyasətçi üçün vacib olub.

Paşinyanı maraqlandıran digər məsələ Tramp administrasiyasının Azərbaycan-Ermənistan sülh danışıqlarına münasibəti və vasitəçiliyə davam edib-etməyəcəyidir. Çünki son gedişat onu göstərir ki, tərəflər arasında vasitəçi olmadan danışıqlar aparmaq daha məqsədəuyğundur. Amma Nikol “dayday”sız və ağasız heç bir masaya əyləşə bilməmə mərəzindən qurtula bilmir. Eyni zamanda yeni administrasiyanın “Sülhün kəsişməsi” layihəsi ilə nə dərəcədə maraqlandığı da Paşinyanı narahat edən məsələlərdən sayılır. Hələlik xəritə qoltuğunda Qərbin siyasi kulislərini, rəsmi görüşləri gəzən baş nazirə “xalaxətrin qalmasın” dəstəkdən başqa heç bir vəd verilməyib.

Qeyd etmək yerinə düşər ki, Trampın xarici siyasətinin İran və Rusiyaya qarşı mövqeyi də erməni siyasətçini maraqlandıran məsələlərdəndir. Bu, ona bu ölkələrlə münasibətlərində nə qədər manevr imkanı olacağını və ya onlardan nə qədər uzaqlaşa biləcəyini anlamaq üçün lazımdır. Xarici siyasətini ölkə maraqları yox, kiminsə marağı işığında formalaşdıran bir dövlət başçısı üçün bu, anlaşılandır. Təbii ki, Paşinyanın bunlardan başqa məqsədləri də olub. Bu sualların cavabını tapmaq üçün isə baş nazir ya Tramp, ya dövlət katibi, ya prezidentin təhlükəsizlik üzrə müşaviri, ya da ən azı müdafiə naziri ilə rəsmi qaydada bir neçə saatlıq görüş keçirməli, məsələləri aydınlaşdırmalı idi.

Bir neçə konqresmen, senatorla ayaqüstü söhbət və vitse-prezidentlə dəhlizdə çəkilən fotonu nəzərə almasaq, onun Ağ Evi sadəcə turist kimi gəzdiyini söyləmək olar. Əslində, Ermənistan hakimiyyəti bütün mümkün kanallarla Trampla Paşinyan arasında görüş təşkil etməyə çalışıb. XİN-in bütün rıçaqları işə salınıb, Ermənistanın ABŞ-dəki səfirliyi nüfuzlu ermənilərə müraciət edərək, heç olmasa yeni təyin olunmuş dövlət katibi Rubio ilə görüşün təşkil edilməsini istəsə də, bütün oxlar daşa dəyib.

Paşinyanı Vaşinqtonda tək qoymayan Anna Akopyan da fürsətdən istifadə edərək, “Təhsil dəbdir” kampaniyası çərçivəsində bir sıra insanları ilk müzakirəyə dəvət edib. Kampaniya çərçivəsində 15 mart tarixində keçirilməsi nəzərdə tutulan müzakirə sırf amerikan formatıdır və məruzəçilər dinləyicilərlə tematik söhbətlər aparırlar. Bununla da Akopyan müəyyən dairələrə ABŞ dəstəkçisi olduğunu, onların üslubunda çalışmağı daha üstün tutduğu mesajını ötürüb.

Uzun cəhdlərdən sonra Nikol Paşinyan nəhayət, Ağ Evin dəhlizində vitse-prezident Ceyms Devid Venslə foto çəkdirə bilib. Hakimiyyətə məxsus media bu görüşü və fotonu eninə-boluna tirajlayaraq, təriflər yağdırmağa, görüşün çox uğurlu keçdiyi, Paşinyanın belə bir məmurla müzakirəsinin Ermənistan üçün faydaları barədə palaz-palaz yazılar yazmağa başlasa da, reallıq əslində çox acıdır. Birincisi, fotoları və yayılan xəbərləri diqqətlə analiz edəndə məlum olur ki, tərəflərin görüşü cəmi 7-8 dəqiqə çəkib.

Təbii ki, bu müddət ərzində hansısa ciddi bir müzakirənin aparıldığını düşünmək, ehtiva etmək ən azı savadsızlıq olardı. Eyni zamanda dövlət başçısının qəbulu müvafiq protokol olmadan, ayaqüstü, tələsik formada keçirilib. Elə fotoların da ayaqüstü çəkilməsi, Paşinyanın özünü amerikalıya tərəf sıxması bir daha sübut edir ki, söhbət rəsmi yox, dəhliz görüşündən gedir. Amma Nikola bu foto hava və su kimi lazım idi ki, komandasını aldada bilsin və hər şeyin yaxşı olduğuna inandırsın.

Eyni zamanda fotoların analizi, səliqəsiz masanın, otağın formasının görüntüləri sübut edir ki, bu otaq çox güman, ABŞ vitse-prezidentinin ofisi deyil. Fotonun özünün də peşəkar aparatla yox, telefonla çəkildiyi diqqətlə baxanda sezilir. Otaq da o qədər dardır ki, qonaqla şəkil çəkdirmək üçün iş masasından başqa uyğun fon yoxdur. İşin maraqlı tərəfi də odur ki, masanın üzərində Ermənistan bayrağı yoxdur. Bu da görüşün rəsmi olmadığını, protokol qaydalarına uyğun keçirilmədiyini bildirir. Elə bil Ceyms Devid Vens hansısa ölkənin hökumət başçısı ilə yox, Ağ Evi turist kimi gəzən bir şəxslə foto çəkdirib.

Bu görüş bir daha sübut edir ki, Donald Trampın administrasiyası Ermənistana əhəmiyyət vermir və maraq göstərmir. Çünki Ağ Evin rəsmi saytında da belə bir görüşün keçirilməsi barədə nə məlumat var, nə də Paşinyanın fotosu yerləşdirilib. Bu isə bir daha onu söyləməyə əsas verir ki, görüş ya dəhlizdə, ya da otaqların birində, ayaqüstü baş tutub. Fotonu isə ya baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan, ya da Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts mobil telefon vasitəsilə çəkib. Bu foto və görüş bəlkə də, Vensin yadından çıxıb. Amma Paşinyanın bu fotodan eninə-boluna istifadə etmək, uğur kimi xalqa sırımaq cəhdi fiaskoya uğradı.

Son olaraq söyləmək yerinə düşər ki, Tramp administrasiyasının Ermənistana ciddi maraq göstərəcəyini, problemlərinin həlli üçün səy göstərəcəyini düşünmək absurddur. Vaşinqton İran və Rusiyanın təsirini zəiflətmək üçün Ermənistandan istifadə edə bilər. Başqa heç bir göstərici ilə İrəvan Ştatlar üçün maraq və əhəmiyyət kəsb etmir.

Kamil Məmmədov

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR