11-02-2025, 15:57 803

İrəvanda əsgi parçası qaldıranlar – kapitulyasiyanı unudanların yaddaşını yeniləmək olar - ŞƏRH

Ermənistanda revanşistlər, keçmiş qondarma “DQR” rejiminin tör-töküntüləri yenidən fəallaşıb. Onlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalar verir, o cümlədən, Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vururlar.

Revanşist və separatçı rejimin qalıqları İrəvanda Üçkilsədə (Eçmiədzin) yenindən qondarma rejimin "bayrağını" qaldırıblar.

Təxribatların və müharibə tərəfdarlarının artması təsadüfi sayıla bilməz. Bu fəallaşmanı müxtəlif səbəblərlə əlaqələndirmək olar. Hər zaman fürsətcillikləri ilə seçilən ermənilər, şübhəsiz ki, Azərbaycana məxsus mülki təyyarənin Rusiya səmasında vurulmasından sonra münasibətlərdə yaranmış vəziyyətdən istifadə etməyə çalışırlar.

Bəllidir ki, rəsmi Bakı Qroznıda vurulan və Aktauda yerə düşən təyyarə ilə bağlı narazılığını Kremlin diqqətinə çatdırıb, üzrxahlıq, təzminat və təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb edib.

Ehtimal etmək olar ki, Ermənistandakı qüvvələr Azərbaycanın Rusiya ilə münasibətlərində yaşananları gərginlik kimi görərək hərəkətə keçiblər. Separatçı kəsim və Ermənistandakı revanşizm tərəfdarları ümid edirlər ki, yaranmış vəziyyət onlara Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı planlarının həyata keçirilməsinə imkan verəcək.

Bu, tanış mənzərədir. Lakin indi nə ötən əsrin 90-cı illəridir, nə də Azərbaycan həmin ölkədir. Baş verən hakimiyyət çevrilişləri, tam xaos və ikitirəlik nəticəsində Azərbaycan nəinki torpaqlarının 20 faizindən məhrum oldu, hətta dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Yalnız Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Azərbaycanın bir dövlət kimi məhv olmasının qarşısı alındı. Məhz həmin illərdə Ermənistan əsas və başlıca havadarı Rusiya Federasiyasının siyasi, hərbi və iqtisadi yardımı ilə hərəkətə keçərək işğal planını reallaşdırdı.

Otuzillik işğal dövründə də Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi işğala son qoyulması ilə bağlı hər hansı bir təşəbbüslə çıxış etmədi, bir növ, bunun marağında olmadı.

Azərbaycan xalqı bu işğala yalnız 2020-ci ildə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özü son qoydu. Nə həmsədrlər, nə də BMT-nin qətnamələri bu işdə rol oynadı. Azərbaycan həmin qurumların faydasını görmədi, onların etmədiyi işi təkbaşına həyata keçirdi. Nəticədə Ermənistana elə bir zərbə vuruldu ki, hələ də bunun nəticələrindən özünə gələ bilmir.

Maraqlıdır ki, separatçı kəsim və revanşistlər “bayrağı” qaldırmaq üçün yeri də təsadüfi seçməyib. Separatçılar əsgi parçalarını birbaşa tapşırıq və əmrlər aldıqları ermənilər üçün dini mərkəzdən çox, siyasi mərkəz rolunu oynayan Üçkilsədə qaldırıblar.

Görünən odur ki, “miatsum”, “Böyük Ermənistan” xülyası hələ də separatçıların canından çıxmayıb. Halbuki Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda verdiyi açıqlamada birbaşa həmin kəsimə ünvanlanan tutarlı cavab verib. O, erməniləri separatçı və tarixi uydurmalara son qoymağa çağırıb. Baş nazir Qarabağdan olan "məcburi köçkünlər"in bəzi dairələrini Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan addımlar atmaqda günahlandırıb.

"Açıq şəkildə bəyan etmək istəyirəm ki, Ermənistanda yalnız bir hökumət var və o da bu zalda əyləşib. Lazım gələrsə, xarici qüvvələrin bəzi dairələrdən təhlükəsizliyə təhdid yaratmaq üçün istifadə edə bilməməsi üçün müvafiq tədbirlər görülməlidir. Dövlətə hörmət sərhədini aşan hər kəs cavab almalıdır", - Paşinyan bildirib.

Lakin məsələ ondadır ki, baş nazir dəfələrlə verdiyi bəyanat və fikirləri təkzib etməsi ilə yadda qalıb. Hər halda yaxşı olardı ki, Paşinyan hakimiyyəti separatçılara qarşı apardığı sistemli mübarizədə davamlılıq nümayiş etdirsin. Düzdür, ara-sıra bu istiqamətdə addımlar atılır. Götürək elə separatçı rejimin nümayəndələrinə qarşı çıxarılan məhkəmə qərarlarını. Məsələn, bu günlərdə Ermənistan məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin "komandanı" Cəlal Arutyunyanı xidməti səhlənkarlıqda təqsirli bilərək 5,5 il müddətinə azadlıqdan məhrum edib.

İrəvanda erməni siyasi mərkəzi kimi tanınan Eçmiədzində separatçı "bayrağını" qaldıranlara gəldikdə isə onların diqqətinə Bakıda keçirilən və artıq tarixə “İkinci Nürnberq” kimi düşən məhkəmə proseslərini çatdırmaq istərdik.

Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2 548 epizod üzrə Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Arutyunyan Arayik Vladimiri (Vladimiroviç), Saakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertin Bakıda məhkəməsi aparılır.

Göründüyü kimi, onların əməllərində müharibə cinayətlərinin bütün faktorları var. Azərbaycanın ayaqlar altına atdığı əsgi parçasını İrəvanda yenidən qaldıranlar bunu da unutmasınlar. İddialarından əl çəkməsələr, onlar da ittiham kürsüsünə çıxarılacaq və törətdikləri cinayətlərə görə cavab verəcəklər.

Ermənistan hakimiyyəti də dayanıqlı və davamlı sülh istəyirsə, qondarma rejimi xatırladacaq "simvolları" aradan götürməlidir. Çünki Ermənistan kapitulyasiya aktına imza atıb. Bunu unudanların isə yaddaşını asanlıqla yeniləmək olar...

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR