
Şimali Atlantika Alyansı ölkələrinin müdafiə nazirləri silah, sursat və texnika ehtiyatlarının artırılması barədə razılığa gəliblər.
"AVESTA.AZ" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyans dövlətlərinin müdafiə nazirlərinin ikigünlük görüşünün yekunlarına dair mətbuat konfransında deyib.
"Bu gün (dünən-red) biz alyansın müdafiə qabiliyyətini gücləndirmək üçün silah, sursat və avadanlıq ehtiyatlarını artırmağa qərar verdik", - Stoltenberq bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.