14-10-2022, 13:23 645

Türkiyənin dezinformasiyalarla bağlı qəbul etdiyi qanunu Azərbaycan da tətbiq edə bilər - RƏY

"Sosial şəbəkələrdə və bəzi "media qurumları"nda dezinformasiyalar, dövlət və şəxslər üzərinə yönələn məlumatlar yayılır. Türkiyə Böyük Millət Məclisinin (TBMM) qəbul etdiyi dezinformasiya hesab edilən media və sosial şəbəkə məlumatlarına görə 3 ilə qədər həbs cəzasını nəzərdə tutan qanun layihəsi çox vacib bir sənəddir. Bu istiqamətdə Azərbaycanda da layihənin qəbul edilməsi jurnalistikamızın inkişafına töhfə verə bilər".

Bu fikirləri "AVESTA.AZ"a açıqlamasında Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü Elşad Eyvazlı deyib.

Onun sözlərinə görə, kütlə daha çox doğru olub-olmamasından asılı olmayaraq diqqətçəkən, sensasiyalı məlumatları oxuyur:

"Bu qanun layihəsinin qəbul edilməsindən sonra isə Türkiyədə sosial şəbəkə istifadəçiləri jurnalistikanın prinsiplərinə əməl etməli olacaqlar. Heç kimə sirr deyil ki, bu günə qədər Azərbaycanda və Türkiyədə saytlar media qurumu kimi qəbul olunmurdular. Ölkəmizdə "Media haqqında" qanunun qəbul edilməsindən sonra bu yanaşma dəyişdirildi. Artıq Azərbaycanda saytlar media subyekti hesab ediləcək. Artıq Türkiyədə də ciddi məlumat yayan saytlar media subyekti kimi qəbul olunacaq".

 Elşad Eyvazlı
Elşad Eyvazlı

E.Eyvazlı vurğulayıb ki, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinə toxunan fikirlər, dezinformasiyalar, dövlət və şəxslər üzərinə yönələn məlumatlar yayılır:

"Həmin məlumatları yayanların isə heç bir öhdəliyi və üzərilərindəki məsuliyyəti yoxdur. Artıq yeni layihənin qəbul olunması ilə Türkiyədə feyk məlumatlar, dezinformasiyalar yayanların məsuliyyəti müəyyənləşir. Hesab edirəm ki, heç bir halda kiminsə şərəf və ləyaqətinə toxunmaq olmaz. Əminəm ki, qəbul olunan layihə Türkiyədə jurnalistikanın inkişafına öz müsbət təsirini göstərəcək. Hazırda Türkiyədəyəm və orada bir neçə jurnalistlə görüşüm olub. Onlar arasında bu layihənin əleyhinə olanlar yoxdur. Ancaq ümumilikdə layihənin əleyhinə olanları da istisna etmirəm".

MŞ-nin İdarə Heyətinin üzvü bildirib ki, Azərbaycan jurnalistikası qeyd olunan məsələlərdən xüsusilə əziyyət çəkir:

"Sosial şəbəkələrdə dezinformasiyalar, yanlış məlumatlar yayılandan sonra ciddi media qurumları məsələni dəqiqləşdirməyə və faktı olduğu kimi çatdırmağa çalışır. Ancaq bu, gec olur. Bundan əlavə, dəfələrlə şahidi olmuşuq ki, bəzi sosial şəbəkə istifadəçiləri, bir saytı, özü və kompüteri olan şəxslər ağıllarına gələnləri yazırlar. Bununla da insanlarda yanlış fikirlər yaradırlar. Ona görə TBMM-in dezinformasiya hesab edilən media və sosial şəbəkə məlumatları ilə bağlı qanun layihəsini dəstəkləyirəm. Bu sənədin qəbulu sosial şəbəkə istifadəçilərinə hər hansı bir məhdudiyyət yaratmayacaq. Sadəcə yanlış məlumatların yayımlanmasının qarşısı alınacaq və bununla bağlı hüquqi müstəvidə məsuliyyət bəlli olacaq".

Paylaş

Xəbər lenti

Samuxda ağır yol qəzası - Avtomobil iki hissəyə bölündü, xəsarət alan var Bu gün, 09:48 İstanbulda seldə ölənlərin sayı 5 nəfərə çatdı Bu gün, 09:48 "20 Yanvar" dairəsində yenilik olacaq Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq Bu gün, 09:48 Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:48 Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı Bu gün, 09:48 Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı Bu gün, 09:48 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür Bu gün, 00:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Amasiya kəndinin tarixi və arxiv faktları Bu gün, 00:48 Bu hallarda insanlarda aqressiya təhlükəli həddə çatır Dünən, 23:48 Tramp Krımdan danışdı Dünən, 23:48 Filipe Kandido: "İlk 10 dəqiqə ərzində "Araz-Naxçıvan"ın qarşısını necə alacağımızı düşünürdük" Dünən, 23:48 Döş xərçənginin ilk əlamətləri açıqlanıb Dünən, 23:48 Alyona Əliyeva rəssam Anar Hüseynzadənin "O" adlı fərdi sərgisinin açılış mərasimindən paylaşım edib Dünən, 23:48 Makron: Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək Dünən, 23:48 Minimum əməkhaqqı artacaq? Dünən, 22:48 İlqarə Kazımova: "Qoy sevməsin heç" Dünən, 22:48 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" Dünən, 22:48 Bitki yağları dizel mühərriklərinin yanacaq sərfiyyatını artırır - ARAŞDIRMA Dünən, 22:48 Azərbaycanın 2 boksçusu dünya çempionatına qələbə ilə start verib Dünən, 22:48 Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib Dünən, 21:48 Kreml Trampın Zelenski ilə bağlı fikirləri ilə razılaşıb Dünən, 21:48 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR Dünən, 21:48 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib Dünən, 21:48 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib Dünən, 21:48 Manatın taleyi necə olacaq? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI Dünən, 20:48 Güclü AQEM və Orta Dəhliz: Bakı sammiti qlobal təhlükəsizliyə nələr vəd edir? Dünən, 20:48 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb Dünən, 20:48 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir Dünən, 20:48 Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər Dünən, 20:48 Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 19:48 AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu açıqlayıb Dünən, 19:48 İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib Dünən, 19:48 Taleh Kazımov: "Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini təkbaşına təmin edə bilməz" Dünən, 19:48 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi Dünən, 19:48 Seymur Nəcəfova yüksək vəzifə verildi Dünən, 19:48 Pezeşkian Paşinyanla Azərbaycan dilində salamlaşdı Dünən, 18:48 Kirayəçi və ev sahibi arasında qalmaqal: "Beş qadın hücum çəkdi" Dünən, 18:48 Bakı-Astara qatarı nə vaxt İŞLƏYƏCƏK? - RƏSMİ CAVAB Dünən, 18:48 Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib Dünən, 18:48 Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb Dünən, 18:48 Sabah Bakıda bu yoldan keçməyin Dünən, 18:48 Bağçada dəhşət: "Məndən 5 min manat tələb etdi" Dünən, 17:48 Deputatdan hərbi canilərlə bağlı çağırış: Effektiv mexanizmlər yaradılması təklifi Dünən, 17:48 Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb Dünən, 17:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı Dünən, 17:48 İnşaatçılar prospektində piyada keçidi "təhlükə ünvanı"na çevrilib? Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR