16-03-2025, 22:48 534

Qurban Məmmədov Baş Prokurorluğa çağırılıb

Qurban Məmmədov Baş Prokurorluğa çağırılıb.

Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilir ki, Baş Prokurorluğunun İstintaq idarəsi tərəfindən təqsirləndirilən şəxs Məmmədov Qurban Cəlal oğlu barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

Təqsirləndirilən şəxs 02.04.1959-cu il təvəllüdlü Məmmədov Qurban Cəlal oğlu Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

Qurban Məmmədov şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 16 aprel 2025-ci il tarixdə, saat 10:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

Qurban Məmmədov nədə ittiham olunur?Qurban Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2, 214-2, 12.1, 34.2, 281.2, 284.2-ci maddələri ilə təqsirləndirilir.

Qurban Məmmədovun 19 aprel 2019-cu il, 8 iyun 2019-cu il, 15 iyun 2019-cu il və 7 avqust 2019-cu il tarixlərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya resurslarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə, həmçinin 26 mart 2019-cu il, 29 iyun 2019-cu il, 18 oktyabr 2019-cu il, 27 oktyabr 2019-cu il tarixlərdə internet informasiya resurslarında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak zərərinin vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə, yəni terrorçuluğa, habelə əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlara açıq çağırışlar etməsinə, həmçinin 11 iyul 2023-cü il tarixdə "AzerFreedom TV" internet platformasında işinə görə ona məlum olan dövlət sirri təşkil edən məlumatları ağır nəticələrə səbəb olaraq dövlətə xəyanət əlamətləri olmadan yaymasına əsaslı şübhələr müəyyən edilib.

Qurban Məmmədov barəsində həbs və axtarış qərarı

Cinayət işi üzrə 07.09.2020-ci il tarixli qərarla Məmmədov Qurban Cəlal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.09.2020-cu il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 07.06.2019-cu il tarixli qərarla Məmmədov Qurban Cəlal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14.06.2019-cu il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, 20.12.2023-cü il tarixdə ona Cinayət Məcəlləsinin 214-2, 220.2 və 284.2-ci maddələri ilə yeni məzmunda ittihamın elan edilməsi haqqında qərar qəbul edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ibtidai istintaqı aparılmış cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün 13.03.2025-ci il tarixdə Baş Prokurorluğun İstintaq idarəsinə göndərilərək həmin idarədə ibtidai istintaqı aparılan cinayət işinə birləşdirilərək vahid icraatda ibtidai istintaq davam etdirilir.

İş üzrə toplanmış sübutların məcmusuna əsasən, 13 mart 2025-ci il tarixdə Məmmədov Qurban Cəlal oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2, 214-2, 12.1, 34.2, 281.2, 284.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.

Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.4-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Qurban Məmmədova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və bu, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər

Paylaş

Xəbər lenti

Dünyanın sonu nə zaman gələcək? 2012-ci ilin sirri, dini inanclar və elmin verdiyi cavab Bu gün, 00:48 Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür Bu gün, 00:48 Tərtərin bombalanmasından 6 il ötür Bu gün, 00:48 Həsrət Cəfərov dünya çempionatında medalsız qaldı Dünən, 23:48 Azərbaycanlıların yaşadığı Qıvraq kəndi: tarixdən silinən izlər və susan yaddaş Dünən, 23:48 Sankt-Peterburqdakı sabiq baş konsulun cinayət işi: Sultan Qasımov 191 minlik dələduzluqda ittiham edilir Dünən, 23:48 Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı Dünən, 23:48 TRIPP sülh sazişindən öncə işə düşəcək? Dünən, 23:48 Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq Dünən, 23:48 Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir Dünən, 22:48 AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq Dünən, 22:48 Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb Dünən, 22:48 Tramp "süni intellekt" terminini qadağan etmək istəyir Dünən, 22:48 BTQ: "Fransa Korsika xalqının öz gələcəyini müəyyənləşdirmək hüququna qarşı çıxır" Dünən, 22:48 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi Dünən, 21:48 Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq dərindir Dünən, 21:48 Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək Dünən, 21:48 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib Dünən, 21:48 TƏBİB-in yeni rəhbəri kimdir? Dünən, 20:48 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu Dünən, 20:48 Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir Dünən, 20:48 Ceyhun Bayramov BMT Turizmin Baş katibi ilə görüşüb Dünən, 20:48 Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib Dünən, 20:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 19:48 Pərviz Şahbazov: "Azərbaycan enerji ixracında tərəfdaşlıqlarını genişləndirir" Dünən, 19:48 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib Dünən, 19:48 Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib Dünən, 19:48 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar Dünən, 19:48 Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub Dünən, 18:48 Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları tutulub Dünən, 18:48 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub Dünən, 18:48 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır" Dünən, 18:48 Qonşusunu boğaraq öldürüb həyətində basdırmaqda təqsirləndirilən cütlüyə hökm oxundu Dünən, 18:48 TƏBİB Bahadur Rzayevə həvalə olundu Dünən, 18:48 İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı? Dünən, 17:48 Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb Dünən, 17:48 Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub Dünən, 17:48 Azərbaycanda Süni İntellekt Rəsədxanası yaradılır Dünən, 17:48 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü Dünən, 17:48 Azərbaycanda nitrat norması 4 dəfədən çox olan kartof satıldığı iddia edilir Dünən, 17:48 Metronun stansiyalarında ürək aparatları quraşdırılacaq Dünən, 17:48 Minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkü atılıb Dünən, 16:49 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib Dünən, 16:49 Telefondan istifadə edən sürücülər CƏRİMƏLƏNƏCƏK - Bu qədər Dünən, 16:48 Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ Dünən, 16:48 ADY yeni rayonlararası sərnişin qatarları alır Dünən, 16:48 AMEA alimləri Pezeşkiana İranda azərbaycanlıların ana dilində təhsil problemi ilə bağlı müraciət ediblər Dünən, 16:48 Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub? Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR