
Astarada 82 yaşlı kişi çayda boğularaq ölüb.
"AVESTA.AZ"un Cənub bürosunun verdiyi xəbərə görə, Ərçivan qəsəbəsində yerli sakin, 1940-cı il təvəllüdlü Baldadaş Mənsur oğlu Cəfərov balıq ovu zamanı ehtiyatsızlıqdan suya yıxılıb.
O, köməksiz vəziyyətdə qaldığından suda boğulub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.